DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pezeşkian: Təcavüzkarı cəzalandırmaq ölkələrin qanuni haqqıdır

© AP Photo / Vahid SalemiMəsud Pezeşkian
Məsud Pezeşkian - Sputnik Azərbaycan, 1920, 13.08.2024
Abunə olmaq
İran İslam Respublikası hesab edir ki, dünyanın heç bir yerində müharibə heç bir ölkənin mənafeyinə xidmət etmir.
BAKI, 13 avqust — Sputnik. İran prezidenti Məsud Pezeşkian Böyük Britaniyanın baş naziri Key Starmerlə telefon danışığında regionda gərginliyin artırılmasını müzakirə edib. Bu barədə İran prezidentinin rəsmi saytında dərc olunmuş bəyanatda deyilir.
İran prezidenti bildirib ki, təcavüzkarı cəzalandırmaq ölkələrin qanuni haqqıdır.
Starmer İran prezidenti ilə söhbətində HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin İran torpaqlarında öldürülməsinə cavab olaraq Tehranı İsrailə hücum etməkdən çəkinməyə çağırıb. Yaxın Şərqdəki vəziyyətlə bağlı və bütün tərəfləri gərginliyi azaltmağa və gələcək regional qarşıdurmadan qaçmağa çağırıb. Starmer onu da əlavə edib ki, ciddi səhv hesablama riski var və diqqəti diplomatik danışıqlara yönəltmək lazımdır.

"İran İslam Respublikası hesab edir ki, dünyanın heç bir yerində müharibə heç bir ölkənin mənafeyinə xidmət etmir. Pezeşkian təcavüzkarın cəzalandırılmasını ölkələrin qanuni haqqı,cinayətlərin və təcavüzün dayandırılması üçün həll yolu adlandırıb", - İran prezidenti deyib.

Siyasətçilər arasında söhbət ötən gecə Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin iyulun sonunda ölümü ilə əlaqədar bölgədə gərginliyin artması fonunda baş verib. Haniyə İsrailin hücumu nəticəsində ölüb.
HƏMAS Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, HƏMAS Siyasi Büro rəhbərinin ölümü və Təl-Əvivin bu işdə əli olması ilə bağlı heç nə deyə bilməz. İsrail ordusunun nümayəndələri də öz növbəsində Haniyənin öldürülməsi ilə bağlı mediada yayılan xəbərlərə cavab vermədiklərini bildiriblər. "The Jerusalem Post" yazıb ki, ölkə hakimiyyəti nazirlərə HƏMAS liderinin qətli barədə danışmamağı tapşırıb.
İyulun 31-i axşam saatlarında ABŞ-nin "New York Times" qəzeti mənbələrə istinadən iddia edib ki, İranın ali dini lideri Əli Xamneyi Tehranda Haniyyənin qətlinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib. Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani Təhlükəsizlik Şurasının iclasında deyib ki, Tehran beynəlxalq qanunlara riayət edərək, lazım bildiyi zaman Haniyənin qətlinə cavab vermək üçün özünümüdafiə hüququnu özündə saxlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0