https://sputnik.az/20240813/mikati-beynelxalq-ictimaiyyet-muharibe-tehlukesi-ile-uzlesen-livana-komek-etmelidir-466657141.html
Mikati: Beynəlxalq ictimaiyyət müharibə təhlükəsi ilə üzləşən Livana kömək etməlidir
Mikati: Beynəlxalq ictimaiyyət müharibə təhlükəsi ilə üzləşən Livana kömək etməlidir
Sputnik Azərbaycan
Diplomat qeyd edib ki, bu gün livanlıların bir neçə aydır davam edən İsrail təhdidinə və təcavüzünə qarşı birləşməsi vacibdir. 13.08.2024, Sputnik Azərbaycan
2024-08-13T20:24+0400
2024-08-13T20:24+0400
2024-08-13T20:24+0400
livan
dünya xəbərləri
"hizbullah" təşkilatı
hava hücumu
təhlükəsizlik
beynəlxalq
təşkilat
pua
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0d/466656975_0:11:2001:1136_1920x0_80_0_0_a4003e4d16bd238324d9858a3c323752.jpg
BAKI, 13 avqust — Sputnik. Beynəlxalq ictimaiyyət və təşkilatlar İsrailin genişmiqyaslı hərbi kampaniyası təhlükəsi fonunda mövcud böhranlı vəziyyətdə Livana kömək etməlidir. Bunu ölkənin baş naziri vəzifəsini icra edən Nəcib Mikati jurnalistlərə deyib. Diplomat qeyd edib ki, bu gün livanlıların bir neçə aydır davam edən İsrail təhdidinə və təcavüzünə qarşı birləşməsi vacibdir. Onun sözlərinə görə, livanlıların bu gün öz aralarında məsələləri həll etməsi üçün uyğun vaxt deyil. Mikatinin fikrincə, çərşənbə günü müvəqqəti hökumət elan edilmiş "təcili milli plan" çərçivəsində lazımi tədbirləri ətraflı müzakirə edəcək. Son həftələrdə İsrail hərbçiləri Livanın cənubuna endirdikləri hava hücumları zamanı "Hizbullah"ın bir sıra yüksək rütbəli komandir və əməliyyatçılarının öldürüldüyü barədə məlumat veriblər.Hərəkat hər bir ölüm üçün onlarla raket və pilotsuz uçan aparatların (PUA, dron) buraxılması ilə İsrailin şimalını kütləvi atəşə tutmaqla cavab verir. Çox vaxt Livan tərəfindən atəşə tutulması İsrailin şimalında yanğınların (yüzlərlə hektar ərazi yanıb) baş verməsinə səbəb olur. İyunun ortalarında İsrail hərbi komandanlığı Livanda hücum üçün döyüş planlarının təsdiqləndiyini elan edib. Bundan sonra ölkənin xarici işlər naziri İsrael Kats genişmiqyaslı müharibə olacağı təqdirdə "Hizbullah"ın məhv ediləcəyi və Livana ciddi ziyan vuracağı ilə hədələyərək əlavə edib ki, İsrail şimal cəbhəsindəki qaydaları dəyişəcək qərar qəbul etmə məqamına yaxındır. Öz növbəsində "Hizbullah"ın baş katibi Həsən Nəsrullah iyunun 19-da bildirib ki, qarşıdurma daha da güclənərsə, hərəkat İsrailin şimalını işğal edə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0d/466656975_0:0:1861:1396_1920x0_80_0_0_1b0f1098795191d93a7ad126b69c7aec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
livan, "hizbullah" təşkilatı, hava hücumu, təhlükəsizlik, beynəlxalq, təşkilat, pua
livan, "hizbullah" təşkilatı, hava hücumu, təhlükəsizlik, beynəlxalq, təşkilat, pua
Mikati: Beynəlxalq ictimaiyyət müharibə təhlükəsi ilə üzləşən Livana kömək etməlidir
Diplomat qeyd edib ki, bu gün livanlıların bir neçə aydır davam edən İsrail təhdidinə və təcavüzünə qarşı birləşməsi vacibdir.
BAKI, 13 avqust — Sputnik. Beynəlxalq ictimaiyyət və təşkilatlar İsrailin genişmiqyaslı hərbi kampaniyası təhlükəsi fonunda mövcud böhranlı vəziyyətdə Livana kömək etməlidir. Bunu ölkənin baş naziri vəzifəsini icra edən Nəcib Mikati jurnalistlərə deyib.
"Beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların Livan qarşısında öz öhdəliklərini yerinə yetirməsi və bu çətin şəraitdə, o cümlədən suriyalı qaçqınların sayının çox olması ilə bağlı ciddi çətinlikləri nəzərə alınmaqla onu dəstəkləmələri lazımdır", - Mikati bildirib.
Diplomat qeyd edib ki, bu gün livanlıların bir neçə aydır davam edən İsrail təhdidinə və təcavüzünə qarşı birləşməsi vacibdir. Onun sözlərinə görə, livanlıların bu gün öz aralarında məsələləri həll etməsi üçün uyğun vaxt deyil.
Mikatinin fikrincə, çərşənbə günü müvəqqəti hökumət elan edilmiş "təcili milli plan" çərçivəsində lazımi tədbirləri ətraflı müzakirə edəcək.
Son həftələrdə İsrail hərbçiləri Livanın cənubuna endirdikləri hava hücumları zamanı "Hizbullah"ın bir sıra yüksək rütbəli komandir və əməliyyatçılarının öldürüldüyü barədə məlumat veriblər.
Hərəkat hər bir ölüm üçün onlarla raket və pilotsuz uçan aparatların (PUA, dron) buraxılması ilə İsrailin şimalını kütləvi atəşə tutmaqla cavab verir. Çox vaxt Livan tərəfindən atəşə tutulması İsrailin şimalında yanğınların (yüzlərlə hektar ərazi yanıb) baş verməsinə səbəb olur.
İyunun ortalarında İsrail hərbi komandanlığı Livanda hücum üçün döyüş planlarının təsdiqləndiyini elan edib. Bundan sonra ölkənin xarici işlər naziri İsrael Kats genişmiqyaslı müharibə olacağı təqdirdə "Hizbullah"ın məhv ediləcəyi və Livana ciddi ziyan vuracağı ilə hədələyərək əlavə edib ki, İsrail şimal cəbhəsindəki qaydaları dəyişəcək qərar qəbul etmə məqamına yaxındır. Öz növbəsində "Hizbullah"ın baş katibi Həsən Nəsrullah iyunun 19-da bildirib ki, qarşıdurma daha da güclənərsə, hərəkat İsrailin şimalını işğal edə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.