https://sputnik.az/20240813/kiberdeleduzlar-edv-lerin-geri-qaytarilmasi-ile-bagli-saxta-sayt-yaradiblar-466647295.html
Kiberdələduzlar ƏDV-lərin geri qaytarılması ilə bağlı saxta sayt yaradıblar
Kiberdələduzlar ƏDV-lərin geri qaytarılması ilə bağlı saxta sayt yaradıblar
Sputnik Azərbaycan
"edv-almaq.com" adlı veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə fin kodlarını daxil etmək, daha sonra isə ƏDV-lərin bank kartına köçürülməsi üçün kart... 13.08.2024, Sputnik Azərbaycan
2024-08-13T21:34+0400
2024-08-13T21:34+0400
2024-08-13T21:34+0400
xaker
cəmiyyət
ədv geri al
sayt
kart
dövlət vergi xidməti
vətəndaş
saxta
elektron
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438226442_0:0:2000:1125_1920x0_80_0_0_119e5a7efa957b3f825b798c8dee67ff.jpg
BAKI, 13 avqust — Sputnik. Kiberdələduzlar tərəfindən yığılan ƏDV-lərin geri qaytarılması üçün saxta "edv-almaq.com" adlı veb-sayt yaradılıb. Sputnik Azərbaycan Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, "edv-almaq.com" adlı veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə fin kodlarını daxil etmək, daha sonra isə ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi və hər hansı xüsusi təkliflərlə qarşılaşdıqda yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edir. Dövlət Vergi Xidməti: "Saxta ünvanlarla "ƏDV Geri Al" adından dələduzluq edilir" Xatırladaq ki, bundan öncə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb ki, Azərbaycanda "ƏDV Geri Al" layihəsi adından saxta elektron ünvanlarla dələduzluq həyata keçirilir. Bildirilib ki, son zamanlar Dövlət Vergi Xidmətinin adından yaradılan saxta elektron resurslar vasitəsilə həqiqətəuyğun olmayan məlumatların yayılması və digər sui-istifadə halları artmaqdadır. Kiberdələduzlar Dövlət Vergi Xidmətinin və quruma aid olan internet səhifələrinin elektron ünvanlarına oxşar saxta saytlar və səhifələr yaradaraq müxtəlif məzmunlu məlumatlar təqdim edir, yaxud saxta keçidə daxil olmaqla, zərərli faylların istifadəçilərin elektron avadanlıqlarına yüklənməsini həyata keçirirlər. Əhalinin "ƏDV geri al" layihəsi çərçivəsində www.edvgerial.az portalından fəal istifadə etdiyini nəzərə alan dələduzlar ƏDV-nin bir hissəsinin geri qaytarılmasını vəd edən saxta elektron ünvanlar yaradır və internet üzərindən vətəndaşların şəxsi və bank məlumatlarını ələ keçirərək onlara məxsus vəsaitləri mənimsəməyə çalışırlar. Dövlət Vergi Xidməti ictimaiyyətə müraciət edərək heç bir halda şəxsi və bank məlumatlarını şübhəli portallara daxil etməməyə çağırır. Şəxsi həyatın toxunulmazlığını təmin etmək və maliyyə itkilərinə məruz qalmamaq üçün elektron ünvanların dəqiqliyinin yoxlanılması və yalnız rəsmi elektron mənbələrdən istifadə edilməsi zəruridir. Xidmətin rəsmi internet resurslarının ünvanlarını bir daha ictimaiyyətin diqqətinə təqdim edilir: Yuxarıda qeyd olunanlarla bağlı hər-hansı şübhəli hallarla qarşılaşdıqda, bu haqda Dövlət Vergi Xidmətinə məlumat verilməsi xahiş edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438226442_331:0:1831:1125_1920x0_80_0_0_3a069ee75731258a573022e33f0f1858.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xaker, ədv geri al, sayt, kart, dövlət vergi xidməti, vətəndaş, saxta, elektron
xaker, ədv geri al, sayt, kart, dövlət vergi xidməti, vətəndaş, saxta, elektron
Kiberdələduzlar ƏDV-lərin geri qaytarılması ilə bağlı saxta sayt yaradıblar
"edv-almaq.com" adlı veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə fin kodlarını daxil etmək, daha sonra isə ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur.
BAKI, 13 avqust — Sputnik. Kiberdələduzlar tərəfindən yığılan ƏDV-lərin geri qaytarılması üçün saxta "edv-almaq.com" adlı veb-sayt yaradılıb.
Sputnik Azərbaycan Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, "edv-almaq.com" adlı veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə fin kodlarını daxil etmək, daha sonra isə ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi və hər hansı xüsusi təkliflərlə qarşılaşdıqda yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edir.
Dövlət Vergi Xidməti: "Saxta ünvanlarla "ƏDV Geri Al" adından dələduzluq edilir"
Xatırladaq ki, bundan öncə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb ki, Azərbaycanda "ƏDV Geri Al" layihəsi adından saxta elektron ünvanlarla dələduzluq həyata keçirilir.
Bildirilib ki, son zamanlar Dövlət Vergi Xidmətinin adından yaradılan saxta elektron resurslar vasitəsilə həqiqətəuyğun olmayan məlumatların yayılması və digər sui-istifadə halları artmaqdadır.
Kiberdələduzlar Dövlət Vergi Xidmətinin və quruma aid olan internet səhifələrinin elektron ünvanlarına oxşar saxta saytlar və səhifələr yaradaraq müxtəlif məzmunlu məlumatlar təqdim edir, yaxud saxta keçidə daxil olmaqla, zərərli faylların istifadəçilərin elektron avadanlıqlarına yüklənməsini həyata keçirirlər.
Əhalinin "ƏDV geri al" layihəsi çərçivəsində www.edvgerial.az portalından fəal istifadə etdiyini nəzərə alan dələduzlar ƏDV-nin bir hissəsinin geri qaytarılmasını vəd edən saxta elektron ünvanlar yaradır və internet üzərindən vətəndaşların şəxsi və bank məlumatlarını ələ keçirərək onlara məxsus vəsaitləri mənimsəməyə çalışırlar.
Dövlət Vergi Xidməti ictimaiyyətə müraciət edərək heç bir halda şəxsi və bank məlumatlarını şübhəli portallara daxil etməməyə çağırır. Şəxsi həyatın toxunulmazlığını təmin etmək və maliyyə itkilərinə məruz qalmamaq üçün elektron ünvanların dəqiqliyinin yoxlanılması və yalnız rəsmi elektron mənbələrdən istifadə edilməsi zəruridir.
Xidmətin rəsmi internet resurslarının ünvanlarını bir daha ictimaiyyətin diqqətinə təqdim edilir:
Rəsmi internet saytı - www.taxes.gov.az
İnternet Vergi İdarəsi - www.new.e-taxes.gov.az
"ƏDV geri al" layihəsi çərçivəsində yaradılmış sayt - www.edvgerial.az
Yuxarıda qeyd olunanlarla bağlı hər-hansı şübhəli hallarla qarşılaşdıqda, bu haqda Dövlət Vergi Xidmətinə məlumat verilməsi xahiş edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.