https://sputnik.az/20240813/gurcustan-hakimiyyeti-saakasvilini-xeyanetde-ittiham-edib-466645704.html
Gürcüstan hakimiyyəti Saakaşvilini xəyanətdə ittiham edib
Gürcüstan hakimiyyəti Saakaşvilini xəyanətdə ittiham edib
Sputnik Azərbaycan
"Gürcü arzusu" hesab edir ki, Gürcüstana və onun xalqına qarşı ağır xəyanət cinayətini kimin törətdiyini birdəfəlik müəyyən etmək üçün ictimai hüquqi proses... 13.08.2024, Sputnik Azərbaycan
2024-08-13T15:36+0400
2024-08-13T15:36+0400
2024-08-13T15:36+0400
mixail saakaşvili
dünya xəbərləri
"gürcü arzusu"
abxaziya
cənubi osetiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/04/433879753_0:0:3071:1728_1920x0_80_0_0_b3a0611f85767627e3f28dd2ee20f60b.jpg
BAKI, 13 avqust — Sputnik. Hakim "Gürcü Arzusu" partiyası eks-prezident Mixail Saakaşvilini 2008-ci ilin avqustunda kənardan gələn sifarişlə Cənubi Osetiyaya qarşı müharibəyə başlamaqda ittiham edib. "Gürcü arzusu" hesab edir ki, Gürcüstana və onun xalqına qarşı ağır xəyanət cinayətini kimin törətdiyini birdəfəlik müəyyən etmək üçün ictimai hüquqi proses aparılmalıdır. Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə rəhbərliyinin 2008-ci il müharibəsinin şərtlərini istənilən hüquqi yolla aydınlaşdıracağını bildirmişdi. 2008-ci il avqustun 8-nə keçən gecə Gürcüstan Cənubi Osetiyanı "Qrad" reaktiv yaylım atəşi ilə atəşə tutub. Gürcü qoşunları Sxinvali şəhərini ciddi şəkildə dağıdıblar. Əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş Cənubi Osetiya sakinlərini qoruyan Rusiya Osetiyaya qoşun yeridib və beş günlük döyüşlərdən sonra Gürcüstan hərbçilərini oradan sıxışdırıb çıxarıb.Həmin il avqustun 26-da Moskva Cənubi Osetiyanın və digər keçmiş Gürcüstan muxtariyyətinin - Abxaziyanın suverenliyini tanıyıb. Rusiya liderləri dəfələrlə bəyan ediblər ki, bu tanınma mövcud reallıqları əks etdirir və ona yenidən baxıla bilməz. Gürcüstan öz növbəsində Abxaziya və Cənubi Osetiyanı öz regionları hesab edərək hələ də müstəqilliklərini tanımır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abxaziya
cənubi osetiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/04/433879753_26:0:2757:2048_1920x0_80_0_0_28e49ed250cca9ec8d67e27b51d98fb7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mixail saakaşvili, "gürcü arzusu", abxaziya, cənubi osetiya
mixail saakaşvili, "gürcü arzusu", abxaziya, cənubi osetiya
Gürcüstan hakimiyyəti Saakaşvilini xəyanətdə ittiham edib
"Gürcü arzusu" hesab edir ki, Gürcüstana və onun xalqına qarşı ağır xəyanət cinayətini kimin törətdiyini birdəfəlik müəyyən etmək üçün ictimai hüquqi proses aparılmalıdır.
BAKI, 13 avqust — Sputnik. Hakim "Gürcü Arzusu" partiyası eks-prezident Mixail Saakaşvilini 2008-ci ilin avqustunda kənardan gələn sifarişlə Cənubi Osetiyaya qarşı müharibəyə başlamaqda ittiham edib.
"Gürcüstan cəmiyyətinin əksəriyyəti Saakaşvilinin adekvatlığına şübhə ilə yanaşır, lakin fakt odur ki, 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist hərəkətləri yaxşı planlaşdırılmış və xaricdən sifarişli xəyanətinin nəticəsi idi", - bəyanatda bildirilir.
"Gürcü arzusu" hesab edir ki, Gürcüstana və onun xalqına qarşı ağır xəyanət cinayətini kimin törətdiyini birdəfəlik müəyyən etmək üçün ictimai hüquqi proses aparılmalıdır.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə rəhbərliyinin 2008-ci il müharibəsinin şərtlərini istənilən hüquqi yolla aydınlaşdıracağını bildirmişdi.
2008-ci il avqustun 8-nə keçən gecə Gürcüstan Cənubi Osetiyanı "Qrad" reaktiv yaylım atəşi ilə atəşə tutub. Gürcü qoşunları Sxinvali şəhərini ciddi şəkildə dağıdıblar. Əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş Cənubi Osetiya sakinlərini qoruyan Rusiya Osetiyaya qoşun yeridib və beş günlük döyüşlərdən sonra Gürcüstan hərbçilərini oradan sıxışdırıb çıxarıb.
Həmin il avqustun 26-da Moskva Cənubi Osetiyanın və digər keçmiş Gürcüstan muxtariyyətinin - Abxaziyanın suverenliyini tanıyıb. Rusiya liderləri dəfələrlə bəyan ediblər ki, bu tanınma mövcud reallıqları əks etdirir və ona yenidən baxıla bilməz. Gürcüstan öz növbəsində Abxaziya və Cənubi Osetiyanı öz regionları hesab edərək hələ də müstəqilliklərini tanımır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.