https://sputnik.az/20240813/daha-205-nefer-novbeti-tedris-ilinde-dovlet-proqrami-uzre-xaricde-tehsil-alacaq-466641201.html
Daha 205 nəfər növbəti tədris ilində Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq
Daha 205 nəfər növbəti tədris ilində Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq
Sputnik Azərbaycan
Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. 13.08.2024, Sputnik Azərbaycan
2024-08-13T12:02+0400
2024-08-13T12:02+0400
2024-08-13T12:04+0400
dövlət proqramı
təhsil
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0d/463219948_0:143:3380:2044_1920x0_80_0_0_c9391e330af49971f68beffd8346974f.jpg
BAKI, 13 avqust — Sputnik. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı"na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair növbəti siyahı açıqlanıb. Siyahıya əsasən, daha 205 namizəd proqram iştirakçısı adını qazanıb. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.Beləliklə, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq. Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Cari ildə təqaüd hüququ əldə etmiş namizədlərdən 15 nəfəri Kolumbiya Universitetində, 7-si Harvard Universitetində, 7-si Kembric Universitetində, 6-sı Yel Universitetində, 5-i Berkli Kaliforniya Universitetində, 4-ü Sinqapur Milli Universitetində, 3-ü Oksford Universitetində, 3-ü İsveçrə Federal Texnologiya İnstitutunda (ETH Zurich), 3-ü Çikaqo Universitetində və digər nüfuzlu universitetlərdə təhsil alacaq. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə qazanan, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı mövcuddur. 2024–2025-ci tədris ili üzrə proqram iştirakçısı adını qazanmış namizədlərdən bu və ya digər səbəbdən imtina edənlər olarsa, Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutulmaqla həmin siyahıya istinadən növbəti iştirakçılar seçiləcəklər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0d/463219948_206:0:2937:2048_1920x0_80_0_0_425c04275460140fee1c7502fb198e6e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət proqramı, elm və təhsil nazirliyi
dövlət proqramı, elm və təhsil nazirliyi
Daha 205 nəfər növbəti tədris ilində Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq
12:02 13.08.2024 (Yenilənib: 12:04 13.08.2024) Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq.
BAKI, 13 avqust — Sputnik. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı"na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair növbəti siyahı açıqlanıb. Siyahıya əsasən, daha 205 namizəd proqram iştirakçısı adını qazanıb. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Beləliklə, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq.
Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Cari ildə təqaüd hüququ əldə etmiş namizədlərdən 15 nəfəri Kolumbiya Universitetində, 7-si Harvard Universitetində, 7-si Kembric Universitetində, 6-sı Yel Universitetində, 5-i Berkli Kaliforniya Universitetində, 4-ü Sinqapur Milli Universitetində, 3-ü Oksford Universitetində, 3-ü İsveçrə Federal Texnologiya İnstitutunda (ETH Zurich), 3-ü Çikaqo Universitetində və digər nüfuzlu universitetlərdə təhsil alacaq.
Elm və Təhsil Nazirliyi ilə bağlanılacaq müqavilənin müvafiq şərtinə əsasən, proqram iştirakçısı təhsili bitdikdən sonra 2 ay ərzində ölkəyə qayıtmalı və 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmalıdır.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə qazanan, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı mövcuddur. 2024–2025-ci tədris ili üzrə proqram iştirakçısı adını qazanmış namizədlərdən bu və ya digər səbəbdən imtina edənlər olarsa, Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutulmaqla həmin siyahıya istinadən növbəti iştirakçılar seçiləcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.