https://sputnik.az/20240813/azerbaycanda-meiset-zorakiliginin-qurbani-olan-kisilere-pulsuz-yardim-gosterilib-466643590.html
Azərbaycanda məişət zorakılığının qurbanı olan kişilərə pulsuz yardım göstərilib
Azərbaycanda məişət zorakılığının qurbanı olan kişilərə pulsuz yardım göstərilib
Sputnik Azərbaycan
Azərbaycanda məişət zorakılığına qarşı mübarizənin tərkib hissəsi kimi kişilərə psixoloji yardımın göstərilməsi indiyədək heç vaxt işlənməyib. 13.08.2024, Sputnik Azərbaycan
2024-08-13T17:59+0400
2024-08-13T17:59+0400
2024-08-13T20:04+0400
kişi
cəmiyyət
yardım
psixoloji
azərbaycan
ictimai birlik
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0c/466630374_0:0:2121:1194_1920x0_80_0_0_8aa2fe3b632c332f68a8669f1eddc1c9.jpg
BAKI, 13 avqust — Sputnik. Bakıda məişət zorakılığına məruz qalan kişilər üçün ilk psixoloji və hüquqi yardım mərkəzi açılıb. Bu barədə "Təmiz Dünya" İctimai Birliyinin sədri, qadın və uşaq sığınacağının rəhbəri Mehriban Zeynalova Sputnik Azərbaycan-a məlumat verib. İctimai birliyin bazasında yaradılan mərkəzdə təkcə məişət zorakılığı qurbanlarına deyil, həm də onu təhrik edənlərə də pulsuz psixoloji yardım göstərilir. Azərbaycanda məişət zorakılığına qarşı mübarizənin tərkib hissəsi kimi kişilərə psixoloji yardımın göstərilməsi indiyədək heç vaxt işlənməyib. Zeynalova bildirib ki, çox vaxt qeyri-hökumət təşkilatı (QHT) və dövlət qurumları qadınlara dəstək olmağa çalışılar. Əksər hallarda bu, kişilər arasında daha da aqressivliyə gətirib çıxarır. Artıq "Təmiz Dünya" rayon İcra Hakimiyyətlərinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də Bakıdakı hüquq-mühafizə orqanlarına öz fəaliyyəti barədə məlumat verib. Həmin qurumlara problemli ailələrdən olan insanların mərkəzə göndərilməsi tövsiyə olunub ki, tərəflər sağlam mühitdə ümumi problemlərini müzakirə edib həll edə bilsinlər. Zeynalovanın sözlərinə görə, dövlət qurumları təşkilatla həvəslə əməkdaşlıq edir və artıq bir neçə nəfəri məsləhətləşmələrə göndəriblər. BMT-nin tövsiyələri onun təşkilatçılarının Kişilər üçün Psixoloji və Hüquqi Yardım Mərkəzinin yaradılmasına təkan verib. Onları dinlədikləri bir çox ölkədə məhkəmə kişilərin psixoloji yardım üçün göndərilməsi barədə qərar çıxarıb. Azərbaycanda hələlik belə bir proqram yoxdur. İnsanlar yeniliklərə alışdıqdan sonra "Təmiz Dünya" parlament üzvlərinə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlı tövsiyələr göndərəcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatına əsasən, 2023-cü ildə Azərbaycanda 1224 qadın və 289 kişi məişət zorakılığının qurbanı olub. Törədilən cinayətlərə görə 1386 nəfər (88 qadın və 1298 kişi) məsuliyyətə cəlb edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0c/466630374_116:0:2001:1414_1920x0_80_0_0_8dc45feb2bfb299cc1bdba126f371855.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
kişi, yardım, psixoloji, azərbaycan, ictimai birlik
kişi, yardım, psixoloji, azərbaycan, ictimai birlik
Azərbaycanda məişət zorakılığının qurbanı olan kişilərə pulsuz yardım göstərilib
17:59 13.08.2024 (Yenilənib: 20:04 13.08.2024) Azərbaycanda məişət zorakılığına qarşı mübarizənin tərkib hissəsi kimi kişilərə psixoloji yardımın göstərilməsi indiyədək heç vaxt işlənməyib.
BAKI, 13 avqust — Sputnik. Bakıda məişət zorakılığına məruz qalan kişilər üçün ilk psixoloji və hüquqi yardım mərkəzi açılıb. Bu barədə "Təmiz Dünya" İctimai Birliyinin sədri, qadın və uşaq sığınacağının rəhbəri Mehriban Zeynalova Sputnik Azərbaycan-a məlumat verib.
İctimai birliyin bazasında yaradılan mərkəzdə təkcə məişət zorakılığı qurbanlarına deyil, həm də onu təhrik edənlərə də pulsuz psixoloji yardım göstərilir.
Azərbaycanda məişət zorakılığına qarşı mübarizənin tərkib hissəsi kimi kişilərə psixoloji yardımın göstərilməsi indiyədək heç vaxt işlənməyib. Zeynalova bildirib ki, çox vaxt qeyri-hökumət təşkilatı (QHT) və dövlət qurumları qadınlara dəstək olmağa çalışılar. Əksər hallarda bu, kişilər arasında daha da aqressivliyə gətirib çıxarır.
"Bu mərkəz evdə daim nifaq hökm sürənlər üçün yaradılıb. Mərkəzimiz əsasən mühafizə orderi verilən kişilərlə və öz ailə üzvlərinə aqressiv yanaşan şəxslərlə işləyir. Bununla biz erkən mərhələdə ailə üzvlərini qəddarlıqdan qorumağa çalışırıq. Həmçinin hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bizə göndərilən şəxslərlə də işləyirik", - hüquq müdafiəçisi bildirib.
Artıq "Təmiz Dünya" rayon İcra Hakimiyyətlərinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də Bakıdakı hüquq-mühafizə orqanlarına öz fəaliyyəti barədə məlumat verib. Həmin qurumlara problemli ailələrdən olan insanların mərkəzə göndərilməsi tövsiyə olunub ki, tərəflər sağlam mühitdə ümumi problemlərini müzakirə edib həll edə bilsinlər.
Zeynalovanın sözlərinə görə, dövlət qurumları təşkilatla həvəslə əməkdaşlıq edir və artıq bir neçə nəfəri məsləhətləşmələrə göndəriblər.
BMT-nin tövsiyələri onun təşkilatçılarının Kişilər üçün Psixoloji və Hüquqi Yardım Mərkəzinin yaradılmasına təkan verib. Onları dinlədikləri bir çox ölkədə məhkəmə kişilərin psixoloji yardım üçün göndərilməsi barədə qərar çıxarıb. Azərbaycanda hələlik belə bir proqram yoxdur. İnsanlar yeniliklərə alışdıqdan sonra "Təmiz Dünya" parlament üzvlərinə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlı tövsiyələr göndərəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatına əsasən, 2023-cü ildə Azərbaycanda 1224 qadın və 289 kişi məişət zorakılığının qurbanı olub. Törədilən cinayətlərə görə 1386 nəfər (88 qadın və 1298 kişi) məsuliyyətə cəlb edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.