https://sputnik.az/20240813/abs-ranla-bagli-muttefiqlerinden-ne-isteyib-466637493.html
ABŞ İranla bağlı müttəfiqlərindən nə istəyib?
ABŞ İranla bağlı müttəfiqlərindən nə istəyib?
Sputnik Azərbaycan
İyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi... 13.08.2024, Sputnik Azərbaycan
2024-08-13T10:30+0400
2024-08-13T10:30+0400
2024-08-13T10:30+0400
dünya xəbərləri
həmas
abş
israil
israil dövləti
"the new york times"
bmt
zərbə
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e8/03/14/463426788_0:0:3060:1722_1920x0_80_0_0_bb8a4468126e98dc36e6c7b729fdc259.jpg
BAKI, 13 avqust — Sputnik. Amerika Birləşmiş Ştatları bütün müttəfiqlərindən, o cümlədən İranla əlaqələri saxlayan Türkiyədən Tehranı Yaxın Şərqdə gərginliyi azaltmağa inandırmağa çağırır. Bu barədə "Reuters" ABŞ-ın Ankaradakı səfiri Ceff Fleykə istinadən yazıb.İyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb.Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. İsrail rəsmiləri Haniyənin öldürülməsi ilə bağlı heç bir şərh verməyəcəklərini bildiriblər. ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud daha sonra HƏMAS siyasi bürosunun rəhbərinin ölümündə ABŞ-ın əli olmadığını bildirib. İyulun 31-i axşam saatlarında ABŞ-ın "New York Times" qəzeti mənbələrə istinadən iddia edib ki, İranın ali dini lideri Əli Xamneyi Tehranda Haniyyənin qətlinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib.Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Tehran beynəlxalq qanunlara riayət edərək, lazım bildiyi zaman Həniyənin qətlinə cavab vermək üçün özünümüdafiə hüququnu özündə saxlayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/14/463426788_329:0:3060:2048_1920x0_80_0_0_e0c5e9f3ea98ff0f3d880514efc26cee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
həmas, abş, israil, israil dövləti, "the new york times", bmt, zərbə, türkiyə
həmas, abş, israil, israil dövləti, "the new york times", bmt, zərbə, türkiyə
ABŞ İranla bağlı müttəfiqlərindən nə istəyib?
İyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb.
BAKI, 13 avqust — Sputnik. Amerika Birləşmiş Ştatları bütün müttəfiqlərindən, o cümlədən İranla əlaqələri saxlayan Türkiyədən Tehranı Yaxın Şərqdə gərginliyi azaltmağa inandırmağa çağırır. Bu barədə "Reuters" ABŞ-ın Ankaradakı səfiri Ceff Fleykə istinadən yazıb.
"Biz İranla hər hansı əlaqəsi olan bütün müttəfiqlərimizdən Türkiyə də daxil olmaqla, gərginliyin azaldılmasının zəruriliyinə inandırmalarını xahiş edirik", - nəşr diplomatın sözlərindən sitat gətirir.
İyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb.
Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. İsrail rəsmiləri Haniyənin öldürülməsi ilə bağlı heç bir şərh verməyəcəklərini bildiriblər. ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud daha sonra HƏMAS siyasi bürosunun rəhbərinin ölümündə ABŞ-ın əli olmadığını bildirib.
İyulun 31-i axşam saatlarında ABŞ-ın "New York Times" qəzeti mənbələrə istinadən iddia edib ki, İranın ali dini lideri Əli Xamneyi Tehranda Haniyyənin qətlinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib.
Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Tehran beynəlxalq qanunlara riayət edərək, lazım bildiyi zaman Həniyənin qətlinə cavab vermək üçün özünümüdafiə hüququnu özündə saxlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.