https://sputnik.az/20240812/zerif-getse-ran-mutleq-sraili-vuracaq-ran-siyasetinde-bohran-yaranirmi-466625922.html
Zərif getsə, İran mütləq İsraili vuracaq: İran siyasətində böhran yaranırmı?
Zərif getsə, İran mütləq İsraili vuracaq: İran siyasətində böhran yaranırmı?
Sputnik Azərbaycan
Cavad Zərif İranın vitse-prezidenti vəzifəsinə təyin olunmasından cəmi on gün keçmişdi ki, işindən razı qalmadığını deyərək istefa verib. 12.08.2024, Sputnik Azərbaycan
2024-08-12T17:04+0400
2024-08-12T17:04+0400
2024-08-12T17:04+0400
siyasət
məhəmməd cavad zərif
cavad zərif
ayətullah əli xameneyi
iran
iran prezidenti məsud pezeşkian
məsud pezeşkian
israil
təl-əviv
tehran
https://cdnn1.img.sputnik.az/img/07e5/01/19/426047584_0:0:3023:1700_1920x0_80_0_0_a86aaf7e6995596a75adde4a4cf1db1d.jpg
BAKI, 12 avqust — Sputnik. İranın yeni seçilmiş prezidenti, əvvəlki İran liderlərinin siyasi təcrübəsinə malik olmadığı bilinən Məsud Pezeşkian islahatçı fikirlərini təbliğ etmək üçün çox vaxt yaxın çevrəsinə arxalanır. Seçkilərdə Pezeşkiyanın namizədliyini tam dəstəkləyən ağır siyasi simalardan biri də İran diplomatiyasının görkəmli nümayəndəsi Məhəmməd Cavad Zərif idi. Pezeşkian seçildikdən sonra bir çoxları Zərifin İran siyasətində "boz nüfuzlu" rolunu proqnozlaşdırdılar və yeni seçilmiş prezident özü onu strateji məsələlər üzrə vitse-prezident təyin etdi. Lakin Cavad Zərif yeni hökumətin formalaşdırılması üzrə məşvərət şurasının rəhbəri kimi işindən razı qalmadığını bildirərək, İran xalqından üzrxahlıq edərək istefa verdiyini elan edəndə təyinatından cəmi on gün keçmişdi. Baş verənlərin İran mətbuatında müzakirə olunan rəsmi versiyası budur ki, onun əsas nazir vəzifələrinə təqdim etdiyi namizədlərin çoxu ali lider (rəhbər) Əli Xamneyinin razılığını almayıb. Lakin digər ekspertlər hesab edir ki, vitse-prezident vəzifəsində cəmi on gün işləmiş Zərif sadəcə tənqidə görə istefa verməzdi - əlbəttə ki, o, buna öyrəşməyib. Zərif siyasətdə - sevgidən nifrətə Cavad Zərif bu gün İran ictimaiyyəti üçün kifayət qədər mübahisəli fiqurdur. Varlı bir ailədən olan Zərif gənc yaşlarında ailəsi ilə birlikdə ABŞ-a köçüb, orada ali təhsil alıb, sonra bir müddət İranın San-Fransiskodakı Baş Konsulluğunda çalışıb və kifayət qədər yetkin yaşda ölkəsinə qayıdıb. O İranın Xarici İşlər Nazirliyində vəzifəsini davam etdirib. O, həmişə İranın hakim elitasından islahatçı ideyalara sadiqliyi, Qərblə, xüsusən də ABŞ-la yaxınlaşma kursu və Yaxın Şərqdə proksi müharibələri aparmaqdan imtina etməsi ilə fərqlənib. Hətta vitse-prezident olduğu bu on gün ərzində Zərif bəyan edə bildi ki, İranın fələstinlilərdən daha çox fələstinli olmağı dayandırmağının vaxtı çatıb. Qeyd edək ki, Zərifin siyasi karyerasının zirvəsi İranın nüvə razılaşmasının əldə olunması üçün Qərblə əsas danışıqlar aparanlardan biri olduğu dövrə təsadüf edib. İslahatçı prezident Həsən Ruhaninin dövründə Zərif özünü kifayət qədər inamlı hiss edirdi. O, ABŞ-la danışıqlar apardı və nəticədə 2015-ci ildə İran və altılıq ölkələri arasında İranın Nüvə Proqramı (JCPOA) üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını imzalamağa nail oldu. Elə həmin il Qərbin İran üzərindəki sanksiyaları qismən götürüldü, bunun nəticəsində Tehran başqa şeylərlə yanaşı, öz neftini də sata bildi və sanksiyalardan azad olduğu iki il ərzində İslam respublikasının iqtisadiyyatı nəzərəçarpacaq dərəcədə böyüdü. Bu dövrdə İran xalqı Zərifi diplomatiya qəhrəmanı adlandırdı və islahatçılar onun səyləri sayəsində həm əhali, həm də rəhbərliklə yaxşı münasibətdə idilər. Bununla belə, cəmi iki il sonra - 2017-ci ildə Donald Tramp ABŞ-ın prezidenti seçildi və o, Vaşinqtonun JCPOA-dan birtərəfli qaydada çıxdığını və Tehrana qarşı sanksiyaların yenidən tətbiq olunduğunu elan etdi. Nəticədə İranda islahatçılar Qərblə danışıqlarda həddən artıq mülayim olmaqda günahlandırıldılar və qəhrəmandan İran diplomatiyasını məhvə aparanlara çevrildilər. İslahatçılar, təbii ki, bütün günahı 2015-ci ildə saziş bağlanarkən danışıqların baş iştirakçısı Cavad Zərifin üzərinə atırdılar. Cavad Zərif İsraili vurmaq istəmir Zərifin vitse-prezident postunu niyə tərk etməsi sualına qayıdaraq, bir sıra ekspertlər qeyd edir ki, səbəblərdən bir də onun Cavad Zərif İsraili vurmaq istəmir Zərifin baş nazirin müavini postunu niyə tərk etməsi sualına qayıdaraq, bir sıra ekspertlər Rəhbərin istefada israr etməsinə səbəb onunn SEPAH-a qarşı barışmaz mövqeyidir. Digər tərəfdən, onun getməsinin səbəblərindən biri İranın İsrailə gözlənilən hücumunda iştirak etmək istəməməsi olduğunu güman etmək olar. Belə ki, HƏMAS lideri İsmayıl Haniyə Tehranda İsrail tərəfindən törədildiyi iddia edilən partlayış zamanı öldürüldükdən sonra İran yəhudi dövlətinin ərazisinə zərbələr endirməklə hədələyir. Eyni zamanda, həmişə ABŞ-la yaxınlaşmanın və İsraillə normallaşmanın əsas tərəfdarı olan Zərif çox güman ki, Tehranın Təl-Əvivə cavabında iştirak etmək istəmir. Zərif üçün İranın xarici siyasətinin əsas müzakirəçi və "sağlam düşüncə daşıyıcısı" imicini qoruyub saxlamaq vacibdir. Zərif istefa verməklə Qərblə danışıqların əsas dəstəkçisi kimi reputasiyasını qoruyub saxlayacaq və islahatçı Pezeşkian ətrafına həmfikir nazirləri toplamağa nail olsa, o, İsraillə qarşıdurmanın gərgin mərhələsi başa çatdıqdan sonra yeni prezidentin hökumətində heç də az əhəmiyyətli olmayan başqa bir vəzifəyə qayıda biləcək.
təl-əviv
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/19/426047584_214:0:2945:2048_1920x0_80_0_0_8cff8faf87efd289f0d0b22591cf922e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
məhəmməd cavad zərif, cavad zərif, ayətullah əli xameneyi, iran, iran prezidenti məsud pezeşkian, məsud pezeşkian, israil, təl-əviv, tehran, sepah
məhəmməd cavad zərif, cavad zərif, ayətullah əli xameneyi, iran, iran prezidenti məsud pezeşkian, məsud pezeşkian, israil, təl-əviv, tehran, sepah
Zərif getsə, İran mütləq İsraili vuracaq: İran siyasətində böhran yaranırmı?
Cavad Zərif İranın vitse-prezidenti vəzifəsinə təyin olunmasından cəmi on gün keçmişdi ki, işindən razı qalmadığını deyərək istefa verib.
BAKI, 12 avqust — Sputnik. İranın yeni seçilmiş prezidenti, əvvəlki İran liderlərinin siyasi təcrübəsinə malik olmadığı bilinən Məsud Pezeşkian islahatçı fikirlərini təbliğ etmək üçün çox vaxt yaxın çevrəsinə arxalanır. Seçkilərdə Pezeşkiyanın namizədliyini tam dəstəkləyən ağır siyasi simalardan biri də İran diplomatiyasının görkəmli nümayəndəsi Məhəmməd Cavad Zərif idi.
Pezeşkian seçildikdən sonra bir çoxları Zərifin İran siyasətində "boz nüfuzlu" rolunu proqnozlaşdırdılar və yeni seçilmiş prezident özü onu strateji məsələlər üzrə vitse-prezident təyin etdi. Lakin Cavad Zərif yeni hökumətin formalaşdırılması üzrə məşvərət şurasının rəhbəri kimi işindən razı qalmadığını bildirərək, İran xalqından üzrxahlıq edərək istefa verdiyini elan edəndə təyinatından cəmi on gün keçmişdi.
Baş verənlərin İran mətbuatında müzakirə olunan rəsmi versiyası budur ki, onun əsas nazir vəzifələrinə təqdim etdiyi namizədlərin çoxu ali lider (rəhbər) Əli Xamneyinin razılığını almayıb. Lakin digər ekspertlər hesab edir ki, vitse-prezident vəzifəsində cəmi on gün işləmiş Zərif sadəcə tənqidə görə istefa verməzdi - əlbəttə ki, o, buna öyrəşməyib.
Zərif siyasətdə - sevgidən nifrətə
Cavad Zərif bu gün İran ictimaiyyəti üçün kifayət qədər mübahisəli fiqurdur. Varlı bir ailədən olan Zərif gənc yaşlarında ailəsi ilə birlikdə ABŞ-a köçüb, orada ali təhsil alıb, sonra bir müddət İranın San-Fransiskodakı Baş Konsulluğunda çalışıb və kifayət qədər yetkin yaşda ölkəsinə qayıdıb. O İranın Xarici İşlər Nazirliyində vəzifəsini davam etdirib.
O, həmişə İranın hakim elitasından islahatçı ideyalara sadiqliyi, Qərblə, xüsusən də ABŞ-la yaxınlaşma kursu və Yaxın Şərqdə proksi müharibələri aparmaqdan imtina etməsi ilə fərqlənib. Hətta vitse-prezident olduğu bu on gün ərzində Zərif bəyan edə bildi ki, İranın fələstinlilərdən daha çox fələstinli olmağı dayandırmağının vaxtı çatıb.
Qeyd edək ki, Zərifin siyasi karyerasının zirvəsi İranın nüvə razılaşmasının əldə olunması üçün Qərblə əsas danışıqlar aparanlardan biri olduğu dövrə təsadüf edib. İslahatçı prezident Həsən Ruhaninin dövründə Zərif özünü kifayət qədər inamlı hiss edirdi. O, ABŞ-la danışıqlar apardı və nəticədə 2015-ci ildə İran və altılıq ölkələri arasında İranın Nüvə Proqramı (JCPOA) üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını imzalamağa nail oldu.
Elə həmin il Qərbin İran üzərindəki sanksiyaları qismən götürüldü, bunun nəticəsində Tehran başqa şeylərlə yanaşı, öz neftini də sata bildi və sanksiyalardan azad olduğu iki il ərzində İslam respublikasının iqtisadiyyatı nəzərəçarpacaq dərəcədə böyüdü. Bu dövrdə İran xalqı Zərifi diplomatiya qəhrəmanı adlandırdı və islahatçılar onun səyləri sayəsində həm əhali, həm də rəhbərliklə yaxşı münasibətdə idilər.
Bununla belə, cəmi iki il sonra - 2017-ci ildə Donald Tramp ABŞ-ın prezidenti seçildi və o, Vaşinqtonun JCPOA-dan birtərəfli qaydada çıxdığını və Tehrana qarşı sanksiyaların yenidən tətbiq olunduğunu elan etdi.
Nəticədə İranda islahatçılar Qərblə danışıqlarda həddən artıq mülayim olmaqda günahlandırıldılar və qəhrəmandan İran diplomatiyasını məhvə aparanlara çevrildilər.
İslahatçılar, təbii ki, bütün günahı 2015-ci ildə saziş bağlanarkən danışıqların baş iştirakçısı Cavad Zərifin üzərinə atırdılar.
Cavad Zərif İsraili vurmaq istəmir
Zərifin vitse-prezident postunu niyə tərk etməsi sualına qayıdaraq, bir sıra ekspertlər qeyd edir ki, səbəblərdən bir də onun Cavad Zərif İsraili vurmaq istəmir
Zərifin baş nazirin müavini postunu niyə tərk etməsi sualına qayıdaraq, bir sıra ekspertlər Rəhbərin istefada israr etməsinə səbəb onunn SEPAH-a qarşı barışmaz mövqeyidir.
Digər tərəfdən, onun getməsinin səbəblərindən biri İranın İsrailə gözlənilən hücumunda iştirak etmək istəməməsi olduğunu güman etmək olar. Belə ki, HƏMAS lideri İsmayıl Haniyə Tehranda İsrail tərəfindən törədildiyi iddia edilən partlayış zamanı öldürüldükdən sonra İran yəhudi dövlətinin ərazisinə zərbələr endirməklə hədələyir.
Eyni zamanda, həmişə ABŞ-la yaxınlaşmanın və İsraillə normallaşmanın əsas tərəfdarı olan Zərif çox güman ki, Tehranın Təl-Əvivə cavabında iştirak etmək istəmir. Zərif üçün İranın xarici siyasətinin əsas müzakirəçi və "sağlam düşüncə daşıyıcısı" imicini qoruyub saxlamaq vacibdir.
Zərif istefa verməklə Qərblə danışıqların əsas dəstəkçisi kimi reputasiyasını qoruyub saxlayacaq və islahatçı Pezeşkian ətrafına həmfikir nazirləri toplamağa nail olsa, o, İsraillə qarşıdurmanın gərgin mərhələsi başa çatdıqdan sonra yeni prezidentin hökumətində heç də az əhəmiyyətli olmayan başqa bir vəzifəyə qayıda biləcək.