Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Xəzərin sirri açıldı: Dənizində qeyri-bərabər qızma və soyuma baş verir

© iStock.com / HarvepinoXəritədə Xəzər dənizi, arxiv
Xəritədə Xəzər dənizi, arxiv - Sputnik Azərbaycan, 1920, 12.08.2024
Abunə olmaq
Xəzər dənizində güclü dalğalanma xüsusilə payız və qış aylarında əsən güclü şimal və cənub istiqamətli küləklərin əsməsi ilə yaranır.
BAKI, 12 avqust - Sputnik. Aparılan hidrometeoroloji müşahidələrə və deyə bilərik ki, ilin soyuq dövründə Xəzər dənizində şərq, şimal-şərq və şimal küləkləri, ilin isti dövründə isə qərb, şimal-qərb və bəzi yerlərdə cənub-şərq istiqamətli küləklər üstünlük təşkil edir. Ən sürətli küləklər (tufanlar) Abşeron, Mahaçqala və Manqışlaq ərazilərində müşahidə edilir.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova "Xəzər günü" nə həsr olunan tədbirdə jurnalistlərə açıqlaması zamanı deyib.
O qeyd edib ki, tarixən Xəzər dənizi regionun xalqları üçün böyük əhəmiyyət kəsb edib və müşahidə altında saxlanılması insanlar üçün önəmli olub:
"Qapalı su hövzəsi olan Xəzər dənizinin (gölünün) su səthinin sahəsi böyük və hidrometeoroloji şəraiti mürəkkəb olmaqla səviyyəsi Baltik sistemi ilə təqribən - 28 metrdir. Dənizin və ətraf ərazilərin qeyri bərabər qızması və soyuması nəticəsində, xüsusilə onun cənub hissəsində musson və briz küləkləri, Orta və Cənubi Xəzərin qərb sahillərində, dağların sahilə yaxın ərazilərində isə Böyük Qafqaz dağlarından əsən fen küləkləri müşahidə edilir.
Onu da qeyd edək ki, ərazi üzrə ən yüksək rütubət Xəzər dənizinin şimalında və cənubunda olur. Yay aylarında ən aşağı rütubətə dənizin cənub-şərq hissəsində rast gəlmək olur. Xəzər dənizində güclü dalğalanma xüsusilə payız və qış aylarında əsən güclü şimal və cənub istiqamətli küləklərin əsməsi ilə yaranır. Ən böyük dalğalar isə cənub küləyi zamanı orta Xəzərlə sərhəd ərazilərdə müşahidə edilir".
G. Abbasovanın sözlərinə görə, xidmət tərəfindən Xəzər dənizində aparılan hidrometeoroloji müşahidələr Xəzər dənizinin Azərbaycan sektorunda müxtəlif əraziləri üzrə yerləşdirilmiş, ümumi olaraq 8 ədəd hidrometeoroloji müşahidə stansiya və məntəqələri vasitəsilə həyata keçirilir:
"Stansiyaların 4 ədədi demək olar ki, tam avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərir. Bu müşahidələr vasitəsilə dəniz suyunun səviyyəsi, temperaturu, duzluluğu, rəngi, şəffaflığı, dalğanın hündürlüyü, yağıntının miqdarı və digər məlumatlar qeydə alınır. Ümumdünya Meteorologiya Təşkilatının dəstəyi ilə 1994-cü ildə yaradılmış Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi mütəmadi olaraq Xəzəryanı ölkələrin Xəzər dənizinin hidrometeoroloji məlumatlarının mübadiləsi işini və birgə koordinasiyalı fəaliyyətini təşkil edir. Bu da ölkəmiz üçün hidrometeoroloji müşahidə işlərinin daha dolğun və sistemli həyata keçirilməsinə imkan yaradır" (APA).
Xəbər lenti
0