DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə hökuməti "Instagram"ın ardından "Telegram"ı bloklamağa hazırlaşır

© AFP 2024 / Manan VATSYAYANASosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli
Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.08.2024
Abunə olmaq
Türkiyənin Texnologiya və Kommunikasiya Şurası teleqramın baş ofisinə qanunsuz fəaliyyət üçün istifadə edilən kanalların bağlanması tələbi ilə 1 000-dən çox xəbərdarlıq göndərib,
BAKI, 12 avqust — Sputnik. Türkiyə rəsmiləri "Telegram"ın narkotik maddələrin satışı, fahişəliyin təbliği, qumar oyunları və uşaq pornoqrafiyası ilə videoların yayılması üçün istifadə edildiyi üçün onun bloklanması ehtimalı barədə xəbərdarlıq edib.
Bu barədə "Takvim" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Türkiyənin Texnologiya və Kommunikasiya Şurası "Telegram"ın baş ofisinə qanunsuz fəaliyyət üçün istifadə edilən kanalların bağlanması tələbi ilə 1 000-dən çox xəbərdarlıq göndərib, lakin hələ də cavab almayıb.
05.08.24, 11:53
Türkiyə hökuməti "Instagram"ın bərpası üçün şərtini açıqlayıb
Türkiyədə "Instagram"* sosial şəbəkə platformasının bərpa olunması ilə bağlı şərt açıqlanıb. "CNN Türk"ün məlumatına görə, bu barədə müvafiq mənbələr bildirib.
Qeyd olunub ki, bunun üçün əsas şərt "Instagram"ın Türkiyə hökumətinin tələblərini yerinə yetirməsidir:
"Əgər "Instagram" paylaşımlara məhdudiyyət qoymasa, bu sosial şəbəkənin ölkə daxilində fəaliyyəti bərpa olunacaq. Əks halda, məhdudiyyət davam edəcək".
Xatırladaq ki, avqustun 2-də Türkiyədə "Instagram"a giriş bağlanıb. Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara qadağa qoyulması göstərilir.
*Rusiyada ekstremist kimi tanınan Meta şirkətinə aiddir.
02.08.24, 11:26
Türkiyədə instaqram sosial şəbəkəsinə giriş bloklanıb
Türkiyədə bu gün instaqram* sosial şəbəkəsinə giriş bağlanıb.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, qərar ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən verilib.
İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (BTQ) saytında yayılan məlumata görə, bu gün səhər saatlarından etibarən ölkə ərazisində instaqram-a* giriş bloklanıb.
Bloklamanın səbəbləri və müddəti göstərilmir.
*Rusiyada ekstremist kimi tanınan Meta şirkətinə aiddir.
Xəbər lenti
0