https://sputnik.az/20240812/tramp-abs-ucun-esas-tehluke-xaricden-deyil-daxildeki-fasistlerden-gelir-457394379.html
Tramp ABŞ Ədliyyə Nazirliyindən 100 milyon dollarlıq təzminat tələb edəcək
Tramp ABŞ Ədliyyə Nazirliyindən 100 milyon dollarlıq təzminat tələb edəcək
Sputnik Azərbaycan
ABŞ Konqresinin binasına silahlı basqın olub
2024-08-12T23:23+0400
2024-08-12T23:23+0400
2024-08-12T18:15+0400
abş
dünya xəbərləri
tramp
donald tramp
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/10/449683899_0:160:3072:1888_1920x0_80_0_0_a745827039478705ebdb5dbfdce50a82.jpg
BAKI, 12 avqust - Sputnik. ABŞ-ın eks-prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 2022-ci ildə Federal Təhqiqatlar Bürosunun (FTB) Florida ştatındakı Mar-a-Laqo mülkündə apardığı axtarışa görə cəza tələb edir. KİV-in yazdığına görə, o, məhkəmə yolu ilə ABŞ Ədliyyə Nazirliyindən 100 milyon ABŞ dolları təzminat tələb etməyi planlaşdırır.Trampın hüquqşünaslar komandası axtarışın sırf siyasi təqib məqsədilə aparıldığına əmindir.Onlar artıq Ədliyyə Nazirliyinə məhkəmədə iddia qaldırmaq niyyəti barədə bildiriş göndəriblər. Nazirliyə məsələni məhkəmədən kənar qaydada həll etmək üçün bildirişin alındığı tarixdən etibarən, 180 gün vaxt veriləcək, əks halda, iş Florida ştatının Cənub dairəsi üzrə Federal Məhkəməsinə göndəriləcək.FTB-nin əməkdaşları 2022-ci ilin avqustunda Trampın Floridadakı Mar-a-Laqo malikanəsində axtarış zamanı ümumilikdə 102 sənədi müsadirə ediblər. Onlardan 17-si “tam məxfi” qrifli sənəd olub.15.07.24, 23:59Tramp vitse-prezidentliyə namizədinin adını açıqladıABŞ-ın eks-prezidenti Donald Tramp Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi ABŞ vitse-prezidentliyinə namizəd kimi irəli sürdüyünü açıqlayıb.Bu barədə eks-prezident sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb.“Çox fikirləşdikdən sonra və bir çox başqalarının möhtəşəm istedadlarını nəzərə alaraq, qərara gəldim ki, ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışacaq ən uyğun şəxs Ohayodan olan senator Ceyms Devid Vansdır” – o, qeyd edib.Xatırladaq ki, Tramp yenidən ABŞ Prezidentliyinə namizədliyini irəli sürüb. Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub. Qalib 2025-ci ilin yanvarından başlayaraq 4 il müddətinə Ağ evə rəhbərlik edəcək.26.05.24, 23:53Tramp: ABŞ üçün əsas təhlükə xaricdən deyil, daxildəki faşistlərdən gəlirABŞ üçün əsas təhlükə xaricdən deyil, “kommunistlər və faşistlərdən” gəlir.Müvafiq bəyanatı keçmiş dövlət başçısı Donald Tramp Vaşinqtonda Libertarların Milli Konvensiyasında çıxışı zamanı deyib.Onun sözlərinə görə, ölkə daxilindəki bədxahlar ABŞ sakinlərinin hüquq və azadlıqlarına qəsd edirlər.Tramp, həmçinin “digər ölkələrdə hökumətləri sonsuz devirmək və mənasız müharibələr aparmaq” deyil, ölkəni içəridəki hücumlardan qorumalı olduğunu düşündüyü qoşunların məqsədindən də danışıb.Daha əvvəl Donald Tramp demişdi ki, onun varisi və hazırkı ABŞ lideri Co Bayden “ölkə tarixindəki ən pis prezident”dir.Siyasətçi əmindir ki, ABŞ-ı axmaq və səriştəsiz insanlar idarə edir. Onun fikrincə, Ukrayna münaqişəsi məhz buna görə başlayıb və Qəzzadakı vəziyyət daha da pisləşib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/10/449683899_171:0:2902:2048_1920x0_80_0_0_9d8b58bf49134abe9bb62acc7dde312f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş konqres kapitoli silahlı hücum
abş konqres kapitoli silahlı hücum
Tramp ABŞ Ədliyyə Nazirliyindən 100 milyon dollarlıq təzminat tələb edəcək
Eks-prezident 2022-ci ildə Federal Təhqiqatlar Bürosunun (FTB) Florida ştatındakı Mar-a-Laqo mülkündə apardığı axtarışa görə cəza tələb edir.
BAKI, 12 avqust - Sputnik. ABŞ-ın eks-prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 2022-ci ildə Federal Təhqiqatlar Bürosunun (FTB) Florida ştatındakı Mar-a-Laqo mülkündə apardığı axtarışa görə cəza tələb edir.
KİV-in yazdığına görə, o, məhkəmə yolu ilə ABŞ Ədliyyə Nazirliyindən 100 milyon ABŞ dolları təzminat tələb etməyi planlaşdırır.
Trampın hüquqşünaslar komandası axtarışın sırf siyasi təqib məqsədilə aparıldığına əmindir.
Onlar artıq Ədliyyə Nazirliyinə məhkəmədə iddia qaldırmaq niyyəti barədə bildiriş göndəriblər. Nazirliyə məsələni məhkəmədən kənar qaydada həll etmək üçün bildirişin alındığı tarixdən etibarən, 180 gün vaxt veriləcək, əks halda, iş Florida ştatının Cənub dairəsi üzrə Federal Məhkəməsinə göndəriləcək.
FTB-nin əməkdaşları 2022-ci ilin avqustunda Trampın Floridadakı Mar-a-Laqo malikanəsində axtarış zamanı ümumilikdə 102 sənədi müsadirə ediblər. Onlardan 17-si “tam məxfi” qrifli sənəd olub.
Tramp vitse-prezidentliyə namizədinin adını açıqladı
ABŞ-ın eks-prezidenti Donald Tramp Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi ABŞ vitse-prezidentliyinə namizəd kimi irəli sürdüyünü açıqlayıb.
Bu barədə eks-prezident sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb.
“Çox fikirləşdikdən sonra və bir çox başqalarının möhtəşəm istedadlarını nəzərə alaraq, qərara gəldim ki, ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışacaq ən uyğun şəxs Ohayodan olan senator Ceyms Devid Vansdır” – o, qeyd edib.
Xatırladaq ki, Tramp yenidən ABŞ Prezidentliyinə namizədliyini irəli sürüb. Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub. Qalib 2025-ci ilin yanvarından başlayaraq 4 il müddətinə Ağ evə rəhbərlik edəcək.
Tramp: ABŞ üçün əsas təhlükə xaricdən deyil, daxildəki faşistlərdən gəlir
ABŞ üçün əsas təhlükə xaricdən deyil, “kommunistlər və faşistlərdən” gəlir.
Müvafiq bəyanatı keçmiş dövlət başçısı Donald Tramp Vaşinqtonda Libertarların Milli Konvensiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkə daxilindəki bədxahlar ABŞ sakinlərinin hüquq və azadlıqlarına qəsd edirlər.
Tramp, həmçinin “digər ölkələrdə hökumətləri sonsuz devirmək və mənasız müharibələr aparmaq” deyil, ölkəni içəridəki hücumlardan qorumalı olduğunu düşündüyü qoşunların məqsədindən də danışıb.
Daha əvvəl Donald Tramp demişdi ki, onun varisi və hazırkı ABŞ lideri Co Bayden “ölkə tarixindəki ən pis prezident”dir.
Siyasətçi əmindir ki, ABŞ-ı axmaq və səriştəsiz insanlar idarə edir. Onun fikrincə, Ukrayna münaqişəsi məhz buna görə başlayıb və Qəzzadakı vəziyyət daha da pisləşib.