Tarixdə bu gün: 12 avqust – FOTO
© Sputnik12 avqust
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 12 avqust — Sputnik. Avqustun 12-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 12-də kimlər anadan olub?
Qabil Allahverdi (1926-2007) - Azərbaycanın xalq şairidir. Onun əsərləri bir çox dillərə tərcümə olunub. Şair "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.
Ervin Şredinger (1887-1961) - avstriyalı nəzəri fizik, kvant mexanikasının yaradıcılarından biridir. O, fizika üzrə "Nobel" mükafatı laureatıdır (1933).
Kara Delevin (1992) - ingilis supermodel və kino aktrisadır. O, "İntihar dəstəsi", "Valerian və min planetlər şəhəri" və s. filmlərdə rol alıb.
© Joel Ryan / Invision / APKara Delevin
Kara Delevin
© Joel Ryan / Invision / AP
Bryus Qrinvud (1956) - kanadalı kinoaktyor, prodüser və musiqiçidir. O, "Ulduz yolu", "Mən, Robotam", "Ağ əsir" kimi filmlərdəki rolları ilə tanınıb.
© AP Photo / Joel RyanBryus Qrinvud
Bryus Qrinvud
© AP Photo / Joel Ryan
12 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1851-ci ildə amerikalı Ayzek Zinger ilk tikiş maşını üçün patent alıb.
1865-ci ildə ingilis həkimi Cozef Lister ilk dəfə olaraq əməliyyat zamanı alətlərini və əllərini dezinfeksiya etmək üçün fenoldan istifadə edin.
1877-ci ildə amerikalı astronom Asaf Holl Marsın peykini - Deymosu kəşf edib.
1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu yaradılıb.
2000-ci ildə Barents dənizində təlimlər zamanı Rusiyanın K-141 "Kursk" nüvə sualtı qayığı batıb. Bu fəlakət Rusiya Hərbi Dəniz Qüvvələrinin müasir tarixində ən böyük qəza olub: 118 nəfər həyatını itirib.
1999-cu ilin dekabrında BMT Baş Assambleyası tərəfindən Ümumdünya Nazirlər Konfransının təklifi ilə təsis edilmiş Beynəlxalq Gənclər Günü keçirilir.