https://sputnik.az/20240812/moskva-esed-ve-erdogan-arasinda-gorus-kecirmeye-hazirdir-466584934.html
Ankara və Dəməşq danışıqlar apara bilər – Türkiyə Müdafiə Nazirliyi
Ankara və Dəməşq danışıqlar apara bilər – Türkiyə Müdafiə Nazirliyi
Sputnik Azərbaycan
Yaşar Gülər deyib ki, uyğun şərait yaradılarsa, Türkiyə və Suriya nazirlər səviyyəsində görüşə bilərlər. 12.08.2024, Sputnik Azərbaycan
2024-08-12T13:22+0400
2024-08-12T13:22+0400
2024-08-12T12:04+0400
moskva
dünya xəbərləri
mixail boqdanov
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
bəşər əsəd
suriya prezidenti bəşər əsəd
hakan fidan
https://cdnn1.img.sputnik.az/img/40834/08/408340884_0:0:3968:2233_1920x0_80_0_0_fbe63f551ac41abc8bbce609fb242bd1.jpg
BAKI, 12 avqust — Sputnik. Uyğun şərait yaradılarsa, Ankara və Dəməşq müdafiə nazirləri səviyyəsində danışıqlar apara bilər. Bu barədə Reuters agentliyi Türkiyənin müdafiə naziri Yaşar Gülərə istinadən xəbər verir. Türkiyənin müdafiə naziri Yaşar Gülər müsahibəsində deyib ki, Türkiyə və Suriya uyğun şərait yaradılarsa, münasibətlərin normallaşdırılması səyləri çərçivəsində nazirlər səviyyəsində görüşə bilərlər. Türkiyə və Suriya liderləri arasında sonuncu görüş 2011-ci ildə baş tutub. Daha sonra Ankara 2012-ci ildə ölkədəki qarşıdurma zamanı Əsəd rejimini müxalifəti sərt şəkildə sıxışdırmasına görə tənqid etməyə başlayıb, ölkələr arasında diplomatik əlaqələr kəsilib. Bu yay iki ölkə arasında münasibətlərin normallaşması kursu intensivləşib. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, xarici işlər naziri Hakan Fidan və həmkarları Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması, Türkiyə və Suriya liderləri arasında danışıqların üçüncü ölkədə həyata keçirilməsi planını müəyyənləşdirirlər. Suriya Xarici İşlər Nazirliyi buna cavab olaraq bildirib ki, Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşması 2011-ci ildən əvvəl mövcud olan vəziyyətə qayıtmağa əsaslanmalıdır. Bəşər Əsəd özü türkiyəli həmkarı ilə Suriyanın milli maraqlarına cavab verəcəyi təqdirdə görüşə hazır olduğunu bildirib. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvanın Türkiyə və Suriya prezidentləri arasında görüş təşkil etməyə hazır olduğunu bildirib, bunun üçün ciddi hazırlıq lazımdır.11.08.24, 14:25Moskva Əsəd və Ərdoğan arasında görüş keçirməyə hazırdırTürkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüşün təşkili ciddi hazırlıq tələb edir, Moskva bu cür danışıqları qəbul etməyə hazırdır. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib. "Biz həmişə maraqlı olan iki tərəflə rəsmi Dəməşqin və Ankaranın nümayəndələri ilə Moskvada, üçtərəfli görüşlər keçirməyə hazırıq. Təbii ki, biz iranlılarla, iraqlılarla da əlaqə saxlayırıq. Çünki onlar həm də Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşmasında çox maraqlıdırlar ki, bu da Suriya və onun ətrafında ümumi vəziyyətə müsbət təsir göstərəcək", Boqdanov deyib. Rusiyanın iki prezidentin mümkün görüşü üçün platforma kimi Moskvanı təklif edib-etməməsi ilə bağlı sualı cavablandıran Boqdanov bildirib ki, onda belə bir məlumat yoxdur. "Biz Türkiyə ilə Suriya arasında dövlətlərarası münasibətlərin iki qonşu ölkənin ərazi bütövlüyü, birliyi və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşması prosesinin tərəfdarıyıq", - o, jurnalistlərə bildirib. Əsəd iyulun 15-də bildirib ki, o, Suriyanın milli maraqlarına cavab verərsə, türkiyəli həmkarı ilə görüşə hazırdır. Daha əvvəl Ərdoğan bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və həmkarları Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması və Türkiyə və Suriya liderləri arasında danışıqların həyata keçirilməsi planını müəyyənləşdirirlər. Türkiyə prezidenti bildirib ki, Fidan Əsədlə görüşünü, üçüncü ölkədə təşkil etmək səlahiyyətinə malikdir. Suriya Xarici İşlər Nazirliyi buna cavab olaraq bildirib ki, Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşması 2011-ci ildən əvvəl mövcud olan vəziyyətə qayıtmağa əsaslanmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40834/08/408340884_439:0:3852:2560_1920x0_80_0_0_32ef522382c053a2ee9676b3b5c8db8b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
moskva, mixail boqdanov, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, bəşər əsəd, suriya prezidenti bəşər əsəd, hakan fidan
moskva, mixail boqdanov, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, bəşər əsəd, suriya prezidenti bəşər əsəd, hakan fidan
Ankara və Dəməşq danışıqlar apara bilər – Türkiyə Müdafiə Nazirliyi
Yaşar Gülər deyib ki, uyğun şərait yaradılarsa, Türkiyə və Suriya nazirlər səviyyəsində görüşə bilərlər.
BAKI, 12 avqust — Sputnik. Uyğun şərait yaradılarsa, Ankara və Dəməşq müdafiə nazirləri səviyyəsində danışıqlar apara bilər. Bu barədə Reuters agentliyi Türkiyənin müdafiə naziri Yaşar Gülərə istinadən xəbər verir.
Türkiyənin müdafiə naziri Yaşar Gülər müsahibəsində deyib ki, Türkiyə və Suriya uyğun şərait yaradılarsa, münasibətlərin normallaşdırılması səyləri çərçivəsində nazirlər səviyyəsində görüşə bilərlər.
Türkiyə və Suriya liderləri arasında sonuncu görüş 2011-ci ildə baş tutub. Daha sonra Ankara 2012-ci ildə ölkədəki qarşıdurma zamanı Əsəd rejimini müxalifəti sərt şəkildə sıxışdırmasına görə tənqid etməyə başlayıb, ölkələr arasında diplomatik əlaqələr kəsilib. Bu yay iki ölkə arasında münasibətlərin normallaşması kursu intensivləşib. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, xarici işlər naziri Hakan Fidan və həmkarları Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması, Türkiyə və Suriya liderləri arasında danışıqların üçüncü ölkədə həyata keçirilməsi planını müəyyənləşdirirlər.
Suriya Xarici İşlər Nazirliyi buna cavab olaraq bildirib ki, Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşması 2011-ci ildən əvvəl mövcud olan vəziyyətə qayıtmağa əsaslanmalıdır.
Bəşər Əsəd özü türkiyəli həmkarı ilə Suriyanın milli maraqlarına cavab verəcəyi təqdirdə görüşə hazır olduğunu bildirib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvanın Türkiyə və Suriya prezidentləri arasında görüş təşkil etməyə hazır olduğunu bildirib, bunun üçün ciddi hazırlıq lazımdır.
Moskva Əsəd və Ərdoğan arasında görüş keçirməyə hazırdır
Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüşün təşkili ciddi hazırlıq tələb edir, Moskva bu cür danışıqları qəbul etməyə hazırdır. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
"Biz həmişə maraqlı olan iki tərəflə rəsmi Dəməşqin və Ankaranın nümayəndələri ilə Moskvada, üçtərəfli görüşlər keçirməyə hazırıq. Təbii ki, biz iranlılarla, iraqlılarla da əlaqə saxlayırıq. Çünki onlar həm də Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşmasında çox maraqlıdırlar ki, bu da Suriya və onun ətrafında ümumi vəziyyətə müsbət təsir göstərəcək", Boqdanov deyib.
Rusiyanın iki prezidentin mümkün görüşü üçün platforma kimi Moskvanı təklif edib-etməməsi ilə bağlı sualı cavablandıran Boqdanov bildirib ki, onda belə bir məlumat yoxdur.
"Biz Türkiyə ilə Suriya arasında dövlətlərarası münasibətlərin iki qonşu ölkənin ərazi bütövlüyü, birliyi və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşması prosesinin tərəfdarıyıq", - o, jurnalistlərə bildirib.
Əsəd iyulun 15-də bildirib ki, o, Suriyanın milli maraqlarına cavab verərsə, türkiyəli həmkarı ilə görüşə hazırdır.
Daha əvvəl Ərdoğan bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və həmkarları Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması və Türkiyə və Suriya liderləri arasında danışıqların həyata keçirilməsi planını müəyyənləşdirirlər. Türkiyə prezidenti bildirib ki, Fidan Əsədlə görüşünü, üçüncü ölkədə təşkil etmək səlahiyyətinə malikdir. Suriya Xarici İşlər Nazirliyi buna cavab olaraq bildirib ki, Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşması 2011-ci ildən əvvəl mövcud olan vəziyyətə qayıtmağa əsaslanmalıdır.