https://sputnik.az/20240812/kobaxidze--zurabisvilini-muxalifetin-kuklasi-adlandirdi-466627976.html
Kobaxidze Zurabişvilini müxalifətin "kuklası" adlandırdı
Kobaxidze Zurabişvilini müxalifətin "kuklası" adlandırdı
Sputnik Azərbaycan
Baş naziri İrakli Kobaxidze deyib ki, Salome Zurabişvili prezident yox, "Milli Hərəkat" partiyasının oyuncağıdır. 12.08.2024, Sputnik Azərbaycan
2024-08-12T20:41+0400
2024-08-12T20:41+0400
2024-08-12T20:41+0400
salome zurabişvili
dünya xəbərləri
irakli kobaxidze
mixeil saakaşvili
gürcüstan
"gürcü arzusu"
https://cdnn1.img.sputnik.az/img/07e5/03/05/426383403_0:0:2896:1629_1920x0_80_0_0_82736ffbb81fefc7db7a57320ef635e4.jpg
BAKI, 12 avqust — Sputnik. Gürcüstanın Baş naziri İrakli Kobaxidze dövlət başçısı Salome Zurabişvilini müxalifətin "kuklası" adlandırıb. Bu barədə yerli KİV yazıb. "Salome Zurabişvili özü də etiraf edib ki, o, konstitusiyanı pozan prezidentdir və "Milli Hərəkat" partiyasının (sabiq prezident Mixail Saakaşvilinin müxalifət partiyası – red.) impiçmenti dəstəkləməməsi səbəbindən öz mövqeyini qoruyub. O, artıq Gürcüstanın prezidenti deyil və Milli Hərəkat üçün prezident adi bir oyuncaqdır, buna görə də, onun sözləri və bəyanatları heç bir gücə malik deyil", Kobaxidze jurnalistlərə bildirib. Gürcüstan prezidentinin hökumətlə razılaşdırılmayan xarici səfərləri əvvəllər Zurabişvili ilə hakim partiya arasında münaqişəyə səbəb olub. "Gürcü arzusu" hətta prezidentə qarşı impiçment tələbi ilə konstitusiya məhkəməsində iddia qaldırıb. Məhkəmə onun qanunu pozduğunu müəyyən edib, lakin parlamentdə səs yetərsizliyi səbəbindən impiçment prosesi başa çatmayıb. Bundan əlavə, Zurabişvili dəfələrlə hakim partiyanı xarici siyasətdəki hərəkətlərinə görə tənqid edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/05/426383403_78:0:2809:2048_1920x0_80_0_0_c16bf31fe7558310a312d468de058bfa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
salome zurabişvili, irakli kobaxidze, mixeil saakaşvili, gürcüstan, "gürcü arzusu"
salome zurabişvili, irakli kobaxidze, mixeil saakaşvili, gürcüstan, "gürcü arzusu"
Kobaxidze Zurabişvilini müxalifətin "kuklası" adlandırdı
Baş naziri İrakli Kobaxidze deyib ki, Salome Zurabişvili prezident yox, "Milli Hərəkat" partiyasının oyuncağıdır.
BAKI, 12 avqust — Sputnik. Gürcüstanın Baş naziri İrakli Kobaxidze dövlət başçısı Salome Zurabişvilini müxalifətin "kuklası" adlandırıb.
Bu barədə yerli KİV yazıb.
"Salome Zurabişvili özü də etiraf edib ki, o, konstitusiyanı pozan prezidentdir və "Milli Hərəkat" partiyasının (sabiq prezident Mixail Saakaşvilinin müxalifət partiyası – red.) impiçmenti dəstəkləməməsi səbəbindən öz mövqeyini qoruyub. O, artıq Gürcüstanın prezidenti deyil və Milli Hərəkat üçün prezident adi bir oyuncaqdır, buna görə də, onun sözləri və bəyanatları heç bir gücə malik deyil", Kobaxidze jurnalistlərə bildirib.
Gürcüstan prezidentinin hökumətlə razılaşdırılmayan xarici səfərləri əvvəllər Zurabişvili ilə hakim partiya arasında münaqişəyə səbəb olub. "Gürcü arzusu" hətta prezidentə qarşı impiçment tələbi ilə konstitusiya məhkəməsində iddia qaldırıb. Məhkəmə onun qanunu pozduğunu müəyyən edib, lakin parlamentdə səs yetərsizliyi səbəbindən impiçment prosesi başa çatmayıb.
Bundan əlavə, Zurabişvili dəfələrlə hakim partiyanı xarici siyasətdəki hərəkətlərinə görə tənqid edib.