NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Rusiya MN Ukrayna ordusunun Kursk istiqamətindəki itkilərini açıqladı

© Photo : Telegram-канал врио губернатора Курской областиKursk vilayətinin Sudja şəhərinin atəşə tutulmasının nəticələri
Kursk vilayətinin Sudja şəhərinin atəşə tutulmasının nəticələri - Sputnik Azərbaycan, 1920, 12.08.2024
Abunə olmaq
Baş Qərargah rəisi Valeri Gerasimov əməliyyatın düşmənin darmadağın edilməsi və dövlət sərhədinə daxil olması ilə yekunlaşacağını bildirib.
BAKI, 12 avqust — Sputnik. Kursk istiqamətində bütün döyüş əməliyyatları zamanı Ukrayna qoşunları 1,6 mindən çox hərbi qulluqçu, 32 tank və 23 zirehli transportyor itirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Ümumilikdə, Kursk istiqamətində gedən döyüşlər zamanı düşmən 1610-dək hərbi qulluqçu, 32 tank, 23 zirehli transportyor, 17 piyada döyüş maşını, 136 zirehli döyüş maşını itirib" - Nazirliyin məlumatında deyilir.
Kurska hücum edəndən bəri Ukrayna qoşunları həmçinin 47 maşın, dörd zenit-raket kompleksi, bir RYAS buraxılış qurğusu və 13 səhra artilleriya qurğusunu itirib.
Qeyd edək ki, avqustun 6-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Sudjanski rayonunun ərazisinin bir hissəsini ələ keçirməyə cəhd edib.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun prezidentə məruzə etdiyi kimi, hərbçilər onların irəliləyişini dayandırıblar. O, əməliyyatın düşmənin darmadağın edilməsi və dövlət sərhədinə daxil olması ilə yekunlaşacağını vurğulayıb.
11.08.24, 18:43
Rusiya Kursk vilayətindəki mülki itkiləri açıqlayıb
Rusiyanın səhiyyə naziri Mixail Muraşko Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə həmləsindən sonra ümumilikdə 106 nəfərin yaralandığını açıqlayıb.
Onun sözlərinə görə, Ukrayna ordusunun Kursk vilayətinə həmləsi başladıqdan bəri 69 nəfər, o cümlədən 8 uşaq stasionar müalicə üçün xəstəxanalarda qalır.
Nazir vurğulayıb ki, 17 zərərçəkənin vəziyyəti ağırdır. Muraşko əlavə edib ki, dördü uşaq olmaqla 11 nəfər Moskvadakı tibb mərkəzlərində və xəstəxanalarda müalicə olunur. O qeyd edib ki, Kursk vilayətinin 29 sakininə ambulator yardım göstərilib, avqustun 11-nə olan məlumata görə, daha 8 nəfər isə xəstəxanalardan buraxılıb.
Beləliklə, Kursk vilayətində döyüşlər başlayandan azı 106 nəfər yaralanıb.
09.08.24, 18:43
Kiyevin Kursk bölgəsində məqsədi Avropaya qaz nəqlini pozmaq ola bilər
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatın məqsədlərindən biri Avropaya bütün qaz tədarükünü dayandırmaq ola bilər.
"The Washington Post" bu barədə analitiklərə istinadən yazıb.
"Kiyevin məqsədi təzyiq rıçaqı kimi bütün Rusiya qazının Avropaya tədarükünü dayandırmaq ola bilər", - nəşr yazıb.
Nəşr qeyd edib ki, avqustun 8-də mavi yanacağın Avropaya daşınması üçün son əməliyyat məntəqəsi olan Sudjadan qaz hələ də axırdı.
Daha əvvəl bildirilmişdi ki, Avropada qazın qiyməti Londonun ICE birjasında avqustun 8-də ticarət sessiyasının əvvəlində cari il üçün maksimumunu yeniləyib. Avropa qaz bazarına Rusiyadan Ukrayna ərazisindən tranzitlə bağlı narahatlıqlar təsir edə bilər. Belə ki, tədarüklər bir marşrut üzrə - hazırda Rusiya və Ukrayna hərbçiləri arasında aktiv döyüş əməliyyatlarının getdiyi Kursk vilayətindəki Sudja qazölçmə stansiyası vasitəsilə həyata keçirilir.
Xəbər lenti
0