https://sputnik.az/20240812/britaniya-fransa-ve-almaniya-rana-qarsi-birge-beyanat-yaydi-466621583.html
Britaniya, Fransa və Almaniya İrana qarşı birgə bəyanat yaydı
Britaniya, Fransa və Almaniya İrana qarşı birgə bəyanat yaydı
Sputnik Azərbaycan
Britaniya, Fransa və Almaniya Yaxın Şərqdəki gərgin vəziyyətdənvə eskalasiyadan narahat olduqlarını və regional sabitliyə sadiq olduqlarını bildiriblər. 12.08.2024, Sputnik Azərbaycan
2024-08-12T15:51+0400
2024-08-12T15:51+0400
2024-08-12T15:51+0400
britaniya
dünya xəbərləri
rusiya
iran
qüds
israil
fransa
almaniya
bəyanat
həmas
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/05/433902803_0:0:3001:1688_1920x0_80_0_0_2750366373f35a1ea63b68b43d7012a7.jpg
BAKI, 12 avqust — Sputnik. Böyük Britaniya, Fransa və Almaniya İranı Yaxın Şərqdə gərginliyi artıracaq hərəkətlərdən çəkinməyə çağırıblar. Bu bardə üç ölkənin birgə bəyanatı Britaniya hökumətinin saytında dərc olunub. "Biz İranı və onun müttəfiqlərini regionda gərginliyi daha da artıran, atəşkəs və girovların azad edilməsi üzrə danışıqlar aparmaq imkanını təhlükə altına qoyan hücumlardan çəkinməyə çağırırıq. Onlar sülh və sabitliyə nail olmaq üçün bu fürsəti təhlükə altına qoyan hərəkətlərə görə məsuliyyət daşıyacaqlar", - bəyanatda deyilir. Britaniya, Fransa və Almaniya Yaxın Şərqdəki gərgin vəziyyətdənvə eskalasiyadan narahat olduqlarını və regional sabitliyə sadiq olduqlarını bildiriblər. Ölkələr həmçinin münaqişənin həllində Qətər, Misir və ABŞ-ın vasitəçiliyinə dəstək ifadə ediblər. Bundan əvvəl Misir, Qətər və ABŞ İsrail və HƏMAS-ı avqustun 14-15-də atəşkəs şərtləri ilə bağlı müzakirələri bərpa etməyə çağırıb. Üç ölkənin liderləri razılığa gəlmək üçün yekun təklifi təqdim etməyə hazır olduqlarını bildiriblər. 7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavı tam blokadaya aldığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. İsrailin oktyabrın 7-dən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 40 mini keçib, 91 mindən çox insan isə yaralanıb. Qəzza zolağı faktiki olaraq cənub və şimal hissələrə bölünüb. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/05/433902803_202:0:2745:1907_1920x0_80_0_0_ca0c7a016062b5cda6f0955e86298a23.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
britaniya, rusiya, iran, qüds, israil, fransa, almaniya, bəyanat, həmas
britaniya, rusiya, iran, qüds, israil, fransa, almaniya, bəyanat, həmas
Britaniya, Fransa və Almaniya İrana qarşı birgə bəyanat yaydı
Britaniya, Fransa və Almaniya Yaxın Şərqdəki gərgin vəziyyətdənvə eskalasiyadan narahat olduqlarını və regional sabitliyə sadiq olduqlarını bildiriblər.
BAKI, 12 avqust — Sputnik. Böyük Britaniya, Fransa və Almaniya İranı Yaxın Şərqdə gərginliyi artıracaq hərəkətlərdən çəkinməyə çağırıblar. Bu bardə üç ölkənin birgə bəyanatı Britaniya hökumətinin saytında dərc olunub.
"Biz İranı və onun müttəfiqlərini regionda gərginliyi daha da artıran, atəşkəs və girovların azad edilməsi üzrə danışıqlar aparmaq imkanını təhlükə altına qoyan hücumlardan çəkinməyə çağırırıq. Onlar sülh və sabitliyə nail olmaq üçün bu fürsəti təhlükə altına qoyan hərəkətlərə görə məsuliyyət daşıyacaqlar", - bəyanatda deyilir.
Britaniya, Fransa və Almaniya Yaxın Şərqdəki gərgin vəziyyətdənvə eskalasiyadan narahat olduqlarını və regional sabitliyə sadiq olduqlarını bildiriblər. Ölkələr həmçinin münaqişənin həllində Qətər, Misir və ABŞ-ın vasitəçiliyinə dəstək ifadə ediblər.
Bundan əvvəl Misir, Qətər və ABŞ İsrail və HƏMAS-ı avqustun 14-15-də atəşkəs şərtləri ilə bağlı müzakirələri bərpa etməyə çağırıb. Üç ölkənin liderləri razılığa gəlmək üçün yekun təklifi təqdim etməyə hazır olduqlarını bildiriblər.
7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavı tam blokadaya aldığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. İsrailin oktyabrın 7-dən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 40 mini keçib, 91 mindən çox insan isə yaralanıb.
Qəzza zolağı faktiki olaraq cənub və şimal hissələrə bölünüb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.