Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Army-2024" forumunda 83 dövlətin hərbi nümayəndə heyəti iştirak edəcək - Rusiya MN

© Sputnik / Ilya Pitalev / Mediabanka keçid"Army-2024" forumu
Army-2024 forumu - Sputnik Azərbaycan, 1920, 12.08.2024
Abunə olmaq
Nazirlik əlavə edib ki, "Army-2024" növbəti dəfə Rusiya və xarici silahlı qüvvələrin nümayəndələrini bir araya gətirəcək.
BAKI, 12 avqust — Sputnik. "Army-2024" beynəlxalq hərbi-texniki forumunda 83 dövlətin hərbi nümayəndə heyəti iştirak edəcək. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya Müdafiə Nazirliyi, Rusiyanın FSMTC, "Rosoboroneksport" və Rusiya Sənaye və Ticarət Nazirliyi xətti ilə hərbi-texniki əməkdaşlığın inkişafına dair xarici dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər nəzərdə tutulub.
"Forumda 83 dövlətdən rəsmi hərbi nümayəndə heyətləri iştirak edəcək, onlara müdafiə idarələrinin rəisləri və baş qərargah rəisləri olmaqla 39 nümayəndə heyəti qatılacaq. Belarus, İran, Hindistan, Çin müdafiə sənayesi müəssisələrinin milli ekspozisiyaları və fərdi stendlərihazırlanıb. Forumda 120-dən çox xarici şirkətin nümayəndəsi iştirak edir", - məlumatda deyilir.
Nazirlik əlavə edib ki, "Army-2024" növbəti dəfə Rusiya və xarici silahlı qüvvələrin nümayəndələrini bir araya gətirəcək, həmçinin müdafiə və milli təhlükəsizlik sahəsində ekspertlərə əməkdaşlıq əlaqələrini gücləndirməyə imkan verəcək.
Xəbər lenti
0