https://sputnik.az/20240811/ciddi-iqlim-deyisikliyi-proqnozlasdirilir-466535870.html
Ciddi iqlim dəyişikliyi proqnozlaşdırılır
Ciddi iqlim dəyişikliyi proqnozlaşdırılır
Sputnik Azərbaycan
Nature nəşri yazır ki, temperaturun artması Yerin iqliminin dəyişikliyi ilə bağlıdır 11.08.2024, Sputnik Azərbaycan
2024-08-11T10:01+0400
2024-08-11T10:01+0400
2024-08-11T16:07+0400
iqlim dəyişikliyi
dünya xəbərləri
temperatur
yer kürəsi
dünya
alimlər
buzlaq
amazon
meşə
yer planeti
https://cdnn1.img.sputnik.az/img/07e7/04/19/454097939_0:160:3072:1888_1920x0_80_0_0_ce0e776d21a66054c29b2210567d58f9.jpg
BAKI, 11 avqust — Sputnik. Yer kürəsində temperaturun artması ilə əlaqədar ciddi iqlim dəyişiklikləri baş verəcək. Bu barədə Rusiya mediası "Nature" jurnalında dərc olunan araşdırmaya istinadən məlumat verib. Beynəlxalq alimlər qrupunun sözlərinə görə, insan fəaliyyəti ilə nəticələnən iqlim dəyişikliyi Yer kürəsinin ekosisteminin böyük komponentlərini qeyri-sabitləşdirə bilər. Bunlara, məsələn, Amazon tropik meşələri, Arktika və Antarktidanın buzlaqları daxildir. Mütəxəssislər qeyd ediblər ki, əgər hazırkı iqlim meylləri davam edərsə, "qırılma anı"nın yaranma riski 45 faizə yaxınlaşacaq. Müəlliflər qeyd ediblər ki, 1,5 dərəcə həddi keçdikdən sonra temperaturun hər 0,1 dərəcə artması ilə hadisələrin bu cür inkişaf riski artacaq. Araşdırmanın həmmüəllifi Annika Ernest Heqner mövcud iqlim meylləri ilə əsrin sonuna qədər Yer kürəsində temperaturun 2,6 dərəcə yüksələcəyini proqnozlaşdırıb. Həmmüəllif Tessa Meller həmçinin bildirib ki, bəşəriyyət üçün riskləri effektiv şəkildə məhdudlaşdırmaq məqsədilə istixana qazlarının sıfır tullantılarına nail olmaq və onları dəstəkləmək lazımdır. Lakin hazırda Yer sistemlərini öyrənmək üçün istifadə edilən müasir modellər hələ gələcəyi tam olaraq proqnozlaşdırmaq iqtidarında deyil. Onun sözlərinə görə, istixana qazlarının tullantılarının azaldılması bütün planet üçün həyati əhəmiyyət kəsb edir. Bu yaxınlardaq Boston Kollecinin alimləri tropik yüksək dağlıq buzlaqların son 11,700 il ərzində rekord dərəcədə kiçik ölçülərə qədər azaldığını aşkar ediblər. Müəlliflər qeyd ediblər ki, tropik bölgələrin istiləşməsi holosen dövrünə xas olan səviyyələri aşıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
dünya
amazon
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/19/454097939_171:0:2902:2048_1920x0_80_0_0_a33547d4e7552c1e8f9c4be41cc0d339.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iqlim dəyişikliyi, temperatur, yer kürəsi, dünya, alimlər, buzlaq, amazon, meşə, yer planeti
iqlim dəyişikliyi, temperatur, yer kürəsi, dünya, alimlər, buzlaq, amazon, meşə, yer planeti
Ciddi iqlim dəyişikliyi proqnozlaşdırılır
10:01 11.08.2024 (Yenilənib: 16:07 11.08.2024) Nature nəşri yazır ki, temperaturun artması Yerin iqliminin dəyişikliyi ilə bağlıdır
BAKI, 11 avqust — Sputnik. Yer kürəsində temperaturun artması ilə əlaqədar ciddi iqlim dəyişiklikləri baş verəcək. Bu barədə Rusiya mediası "Nature" jurnalında dərc olunan araşdırmaya istinadən məlumat verib.
Beynəlxalq alimlər qrupunun sözlərinə görə, insan fəaliyyəti ilə nəticələnən iqlim dəyişikliyi Yer kürəsinin ekosisteminin böyük komponentlərini qeyri-sabitləşdirə bilər. Bunlara, məsələn, Amazon tropik meşələri, Arktika və Antarktidanın buzlaqları daxildir. Mütəxəssislər qeyd ediblər ki, əgər hazırkı iqlim meylləri davam edərsə, "qırılma anı"nın yaranma riski 45 faizə yaxınlaşacaq.
Müəlliflər qeyd ediblər ki, 1,5 dərəcə həddi keçdikdən sonra temperaturun hər 0,1 dərəcə artması ilə hadisələrin bu cür inkişaf riski artacaq. Araşdırmanın həmmüəllifi Annika Ernest Heqner mövcud iqlim meylləri ilə əsrin sonuna qədər Yer kürəsində temperaturun 2,6 dərəcə yüksələcəyini proqnozlaşdırıb.
Həmmüəllif Tessa Meller həmçinin bildirib ki, bəşəriyyət üçün riskləri effektiv şəkildə məhdudlaşdırmaq məqsədilə istixana qazlarının sıfır tullantılarına nail olmaq və onları dəstəkləmək lazımdır. Lakin hazırda Yer sistemlərini öyrənmək üçün istifadə edilən müasir modellər hələ gələcəyi tam olaraq proqnozlaşdırmaq iqtidarında deyil.
"Yalnız aşılan istiləşmədən sonra onun tez bir zamanda azalması qırılma nöqtəsinin risklərini effektiv şəkildə məhdudlaşdıra bilər", - doktor Karl Şleyssner bildirib.
Onun sözlərinə görə, istixana qazlarının tullantılarının azaldılması bütün planet üçün həyati əhəmiyyət kəsb edir.
Bu yaxınlardaq Boston Kollecinin alimləri tropik yüksək dağlıq buzlaqların son 11,700 il ərzində rekord dərəcədə kiçik ölçülərə qədər azaldığını aşkar ediblər. Müəlliflər qeyd ediblər ki, tropik bölgələrin istiləşməsi holosen dövrünə xas olan səviyyələri aşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.