https://sputnik.az/20240810/turkiyede-iki-fransiz-mektebine-sagird-qebuluna-resmi-qadaga-qoyulub-466600320.html
Türkiyədə iki fransız məktəbinə şagird qəbuluna rəsmi qadağa qoyulub
Türkiyədə iki fransız məktəbinə şagird qəbuluna rəsmi qadağa qoyulub
Sputnik Azərbaycan
Bir müddət əvvəl rəsmi Paris Türkiyənin Fransada türk məktəblərinin açılması ilə bağlı müraciətini rədd edib. 10.08.2024, Sputnik Azərbaycan
2024-08-10T15:47+0400
2024-08-10T15:47+0400
2024-08-10T15:47+0400
dünya xəbərləri
lisey
fransa
türkiyə
qadağan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426114001_0:52:1000:615_1920x0_80_0_0_184ee7f2bf715734fc36680b7be33317.jpg
BAKI, 10 avqust - Sputnik. Türkiyənin Milli Təhsil Nazirliyi şənbə günü, avqustun 10-da Şarl de Qoll (İstanbul) və Pyer Loti (Ankara) adına fransız liseylərinə Türkiyə vətəndaşlarının qəbuluna rəsmi qadağa qoyulduğunu elan edib.Azərbaycan Dövlət İnformasiya Agentliyi Türkiyənin Milli Təhsil Nazirliyinə istinadla xəbər verir ki, qadağa bu təhsil müəssisələrinin hüquqi statusunu müəyyən edən beynəlxalq müqavilə bağlanana qədər qüvvədə qalacaq. Nazirlik bəyan edib:Məlumatda Türkiyədə təhsil prosesinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təşkil edildiyi və Təhsil Nazirliyi tərəfindən tədris prosesinin monitorinqini nəzərdə tutulduğu vurğulanıb.Açıqlamada Türkiyədə dünyanın bir çox ölkələrinə nümunə olan təhsilin yüksək keyfiyyəti qeyd olunur:Ankara ilə Paris arasında təhsil sahəsində danışıqlara başlanmasının Fransadakı türk diasporunun nümayəndələri üçün ana dilində məktəblərin fəaliyyət göstərməsinə yol açacağı vurğulanır.Bundan əvvəl rəsmi Paris Türkiyənin Fransada türk məktəblərinin açılması ilə bağlı müraciətini rədd etmişdi.Türkiyənin təhsil naziri Yusuf Tekin ölkədəki 12 xarici məktəbin fəaliyyətinin Türkiyə qanunvericiliyinə uyğun olmadığını da bəyan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426114001_56:0:944:666_1920x0_80_0_0_2ed6420a468b621cde0d5fcda87cfdda.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lisey, fransa, türkiyə, qadağan
lisey, fransa, türkiyə, qadağan
Türkiyədə iki fransız məktəbinə şagird qəbuluna rəsmi qadağa qoyulub
Bir müddət əvvəl rəsmi Paris Türkiyənin Fransada türk məktəblərinin açılması ilə bağlı müraciətini rədd edib.
BAKI, 10 avqust - Sputnik. Türkiyənin Milli Təhsil Nazirliyi şənbə günü, avqustun 10-da Şarl de Qoll (İstanbul) və Pyer Loti (Ankara) adına fransız liseylərinə Türkiyə vətəndaşlarının qəbuluna rəsmi qadağa qoyulduğunu elan edib.
Azərbaycan Dövlət İnformasiya Agentliyi Türkiyənin Milli Təhsil Nazirliyinə istinadla xəbər verir ki, qadağa bu təhsil müəssisələrinin hüquqi statusunu müəyyən edən beynəlxalq müqavilə bağlanana qədər qüvvədə qalacaq. Nazirlik bəyan edib:
“2024-cü il yanvarın 1-dən bu təhsil müəssisələrinin ibtidai siniflərinə şagird qəbulu qadağandır. Yeni tələbələrin müxtəlif siniflərə köçürülməsinə də icazə verilmir”.
Məlumatda Türkiyədə təhsil prosesinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təşkil edildiyi və Təhsil Nazirliyi tərəfindən tədris prosesinin monitorinqini nəzərdə tutulduğu vurğulanıb.
Açıqlamada Türkiyədə dünyanın bir çox ölkələrinə nümunə olan təhsilin yüksək keyfiyyəti qeyd olunur:
“Beynəlxalq müqavilələrə uyğun olaraq, ölkəmizdə ümumilikdə 328 milli azlıqların özəl məktəbi və əcnəbilər tərəfindən açılmış təhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərdə tədris prosesinə dövlət tərəfindən hər cür dəstək verilir”.
Ankara ilə Paris arasında təhsil sahəsində danışıqlara başlanmasının Fransadakı türk diasporunun nümayəndələri üçün ana dilində məktəblərin fəaliyyət göstərməsinə yol açacağı vurğulanır.
Bundan əvvəl rəsmi Paris Türkiyənin Fransada türk məktəblərinin açılması ilə bağlı müraciətini rədd etmişdi.
Türkiyənin təhsil naziri Yusuf Tekin ölkədəki 12 xarici məktəbin fəaliyyətinin Türkiyə qanunvericiliyinə uyğun olmadığını da bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.