https://sputnik.az/20240810/rusiya-onlayn-ticaret-platformasi-azerbaycanda-satisa-baslayib-466591420.html
Rusiya onlayn ticarət platforması Azərbaycanda satışa başlayıb
Rusiya onlayn ticarət platforması Azərbaycanda satışa başlayıb
Sputnik Azərbaycan
"Ozon" şirkətində satışa yerli sahibkarların cəlb edilməsi, Azərbaycan Respublikasından Rusiya Federasiyasına və digər MDB ölkələrinə malların satışına... 10.08.2024, Sputnik Azərbaycan
2024-08-10T17:32+0400
2024-08-10T17:32+0400
2024-08-10T17:32+0400
ticarət
iqtisadiyyat
rusiya
azərbaycan
platforma
mdb
https://cdnn1.img.sputnik.az/img/07e8/08/08/466546117_0:0:2706:1523_1920x0_80_0_0_e8128c9a08861dd9d9bf5d430b69120e.jpg
BAKI, 10 avqust — Sputnik. Rusiyanın "Ozon" onlayn ticarət platforması Azərbaycanda satışlarını aktiv edib. Şirkətdən verilən məlumata görə, malların çatdırılması təxminən on gün çəkəcək və müştərilər onları respublikadakı sifarişlərin təslimat məntəqələrində əldə edə biləcəklər. Şirkət əlavə edib ki, yaxın gələcəkdə respublikada sifariş edilə bilən malların çeşidi on dəfədən çox - 370 milyon adda genişlənəcək. "Ozon" şirkət həmçinin ölkədə logistika infrastrukturunu inkişaf etdirməyi də planlaşdırır: anbar kompleksləri, öz çatdırılma xidməti və franşiza üzrə sifarişlərin qəbulu və verilməsi üçün brend məntəqələr şəbəkəsi. Onlayn ticarət platforması qeyd edib ki, gələcəkdə platformada satışa yerli sahibkarların cəlb edilməsi, Azərbaycandan Rusiya və Müstəqil Dövlətlər Birliyinin (MDB) digər ölkələrinə malların satışına başlanılması planlaşdırılır. "Ozon" 2021-ci ildən MDB məkanında biznesi inkişaf etdirir. Şirkət artıq Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan bazarlarında mövcuddur. Azərbaycan onlayn ticarət platformasını satışa çıxarmaq niyyətində olduğu altıncı Birlik ölkəsi olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/08/466546117_75:0:2479:1803_1920x0_80_0_0_bbe02ebe951586cd141fba30d6469a99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
ticarət, rusiya, azərbaycan, platforma, mdb
ticarət, rusiya, azərbaycan, platforma, mdb
Rusiya onlayn ticarət platforması Azərbaycanda satışa başlayıb
"Ozon" şirkətində satışa yerli sahibkarların cəlb edilməsi, Azərbaycan Respublikasından Rusiya Federasiyasına və digər MDB ölkələrinə malların satışına başlanılması planlaşdırılır.
BAKI, 10 avqust — Sputnik. Rusiyanın "Ozon" onlayn ticarət platforması Azərbaycanda satışlarını aktiv edib. Şirkətdən verilən məlumata görə, malların çatdırılması təxminən on gün çəkəcək və müştərilər onları respublikadakı sifarişlərin təslimat məntəqələrində əldə edə biləcəklər.
""Ozon" Azərbaycanda satışlarını aktiv edib. Respublika sakinləri artıq onlayn ticarət platformasında müxtəlif kateqoriyalı 30 milyondan çox məhsul ala bilərlər - elektronikadan tutmuş gözəllik və sağlamlıq məhsullarına qədər. Çatdırılma təxminən on gün çəkəcək və müştərilər sifarişlərini evlərinin yaxınlığında yerləşən sifarişlərin təslimat məntəqələrindən ala biləcəklər", - mesajda deyilir.
Şirkət əlavə edib ki, yaxın gələcəkdə respublikada sifariş edilə bilən malların çeşidi on dəfədən çox - 370 milyon adda genişlənəcək.
"Ozon" şirkət həmçinin ölkədə logistika infrastrukturunu inkişaf etdirməyi də planlaşdırır: anbar kompleksləri, öz çatdırılma xidməti və franşiza üzrə sifarişlərin qəbulu və verilməsi üçün brend məntəqələr şəbəkəsi.
Onlayn ticarət platforması qeyd edib ki, gələcəkdə platformada satışa yerli sahibkarların cəlb edilməsi, Azərbaycandan Rusiya və Müstəqil Dövlətlər Birliyinin (MDB) digər ölkələrinə malların satışına başlanılması planlaşdırılır.
"Ozon" 2021-ci ildən MDB məkanında biznesi inkişaf etdirir. Şirkət artıq Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan bazarlarında mövcuddur.
Azərbaycan onlayn ticarət platformasını satışa çıxarmaq niyyətində olduğu altıncı Birlik ölkəsi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.