https://sputnik.az/20240810/finlandiyali-nazir-oz-is-yerinde-lgbt-temsilcilerininin-islemesine-qadaga-qoyub-466539070.html
Finlandiyalı nazir öz iş yerində LGBT təmsilçilərininin işləməsinə qadağa qoyub
Finlandiyalı nazir öz iş yerində LGBT təmsilçilərininin işləməsinə qadağa qoyub
Sputnik Azərbaycan
Məmur nazirlikdəki öz kabinetində ayda bir dəfə dini mövzuda goruşlər keçirir. 10.08.2024, Sputnik Azərbaycan
2024-08-10T22:57+0400
2024-08-10T22:57+0400
2024-08-10T22:57+0400
finlandiya
dünya xəbərləri
nazir
lgbt
gey
rusiya
nazirlik
qadağa
rusiya federasiyası
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/04/436960023_0:0:2933:1651_1920x0_80_0_0_858c7dcc783fbde180cda5de7f470d2a.jpg
BAKI, 10 avqust — Sputnik. Finlandiyanın xarici ticarət və inkişaf naziri Ville Tavio Xarici İşlər Nazirliyindəki öz iş yerində cinsi və gender azlıqlarını görmək istəmir. Onun rəsmi çıxışlarında onlar haqqında heç nə qeyd edilməməlidir. Bu barədə Rusiya mediası yerli "Helsingin Sanomat" (HS) qəzetinə istinadən xəbər verib.Nəşrin məlumatına görə, qadağan olunmuşlar siyahısına LGBT* abreviaturu kimi genderlərin və cinsi müxtəlifliyini təsvir edən müxtəlif terminlər daxildir. Xristianlıq nazirin həyatında mühüm rol oynayır. Onun xüsusi işlər üzrə köməkçisi Tuomas Tahti qəzetə bildirib ki, Tavio ayda bir dəfə Nazirlikdəki öz kabinetində dini mövzuda goruşlər keçirir, lakin bu, onun çıxışlarında cinsi və gender azlıqlardan danışmağı qadağan etməsi ilə bağlı deyil. Finlandiya xarici işlər naziri Elina Valtonen bildirib ki, nazirin öz işçilərinə necə göstəriş verməsi onun səlahiyyətində deyil. Onun sözlərinə görə, vacib olan Finlandiya rəsmilərinin dövlətin rəsmi xəttinə uyğun danışması və fəaliyyət göstərməsidir. İyun ayında Rusiya Ədliyyə Nazirliyinin rəis müavini Oleq Sviridenko ölkədə "gey millətçiliyinin" təhlükəsindən danışıb. Bu yaxınlarda Qazaxıstanda da LGBT təbliğatını qadağan etmək istəyiblər. *"Beynəlxalq LGBT İctimai Hərəkatı" - ekstremist və terrorçu kimi tanınır və Rusiya Federasiyasının ərazisində qadağan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/04/436960023_82:0:2813:2048_1920x0_80_0_0_79e988d573326ca0b96efe8396c615e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
finlandiya, nazir, lgbt, gey, rusiya, nazirlik, qadağa, rusiya federasiyası, qazaxıstan
finlandiya, nazir, lgbt, gey, rusiya, nazirlik, qadağa, rusiya federasiyası, qazaxıstan
Finlandiyalı nazir öz iş yerində LGBT təmsilçilərininin işləməsinə qadağa qoyub
Məmur nazirlikdəki öz kabinetində ayda bir dəfə dini mövzuda goruşlər keçirir.
BAKI, 10 avqust — Sputnik. Finlandiyanın xarici ticarət və inkişaf naziri Ville Tavio Xarici İşlər Nazirliyindəki öz iş yerində cinsi və gender azlıqlarını görmək istəmir. Onun rəsmi çıxışlarında onlar haqqında heç nə qeyd edilməməlidir. Bu barədə Rusiya mediası yerli "Helsingin Sanomat" (HS) qəzetinə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, qadağan olunmuşlar siyahısına LGBT* abreviaturu kimi genderlərin və cinsi müxtəlifliyini təsvir edən müxtəlif terminlər daxildir.
Xristianlıq nazirin həyatında mühüm rol oynayır. Onun xüsusi işlər üzrə köməkçisi Tuomas Tahti qəzetə bildirib ki, Tavio ayda bir dəfə Nazirlikdəki öz kabinetində dini mövzuda goruşlər keçirir, lakin bu, onun çıxışlarında cinsi və gender azlıqlardan danışmağı qadağan etməsi ilə bağlı deyil.
Finlandiya xarici işlər naziri Elina Valtonen bildirib ki, nazirin öz işçilərinə necə göstəriş verməsi onun səlahiyyətində deyil. Onun sözlərinə görə, vacib olan Finlandiya rəsmilərinin dövlətin rəsmi xəttinə uyğun danışması və fəaliyyət göstərməsidir.
İyun ayında Rusiya Ədliyyə Nazirliyinin rəis müavini Oleq Sviridenko ölkədə "gey millətçiliyinin" təhlükəsindən danışıb.
Bu yaxınlarda Qazaxıstanda da LGBT təbliğatını qadağan etmək istəyiblər.
*"Beynəlxalq LGBT İctimai Hərəkatı" - ekstremist və terrorçu kimi tanınır və Rusiya Federasiyasının ərazisində qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.