https://sputnik.az/20240810/dunya-maliyye-brokeri-azerbaycan-bazarina-daxil-olub-466592042.html
Dünya maliyyə brokeri Azərbaycan bazarına daxil olub
Dünya maliyyə brokeri Azərbaycan bazarına daxil olub
Sputnik Azərbaycan
Azərbaycan Respublikasında treyderlər səhmlər, əmtəələr, valyutalar və s. daxil olmaqla müxtəlif aktiv sinifləri üzrə CFI məhsullarının hərtərəfli dəstinə... 10.08.2024, Sputnik Azərbaycan
2024-08-10T18:34+0400
2024-08-10T18:34+0400
2024-08-10T18:34+0400
bazar
iqtisadiyyat
azərbaycan
treyder
investisiya
şirkət
səhm
əmtəə
ticarət
mərkəzi bank
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240027_0:160:3072:1888_1920x0_80_0_0_7fb367d992326aac617c196a83404f9a.jpg
BAKI, 10 avqust — Sputnik. Dünyanın aparıcı maliyyə brokeri CFI (Capital Finance International) Azərbaycanın qiymətli kağızlar bazarına daxil olub. Qərb mediası xəbər verir ki, bu, onun Azərbaycan Respublikasının Mərkəzi Bankının lisenziyası olan "Azfinance" investisiya şirkətini əldə etməsi nəticəsində mümkün olub. Onların məlumatına görə, CFI şirkəti Azərbaycanın onlayn treydinq bazarına daxil olan ilk beynəlxalq şirkətdir. Bu ilin dördüncü rübündə "Azfinance" investisiya şirkətinin rebrendinqi və müvafiq xidmətlərin işə salınması gözlənilir. Tam işə salındıqdan sonra Azərbaycanda treyderlər səhmlər, əmtəələr, valyutalar və s. daxil olmaqla müxtəlif aktiv sinifləri üzrə CFI məhsullarının hərtərəfli dəstinə çıxış əldə edəcəklər. Şirkətin həmtəsisçisi və icraçı direktoru Hişam Mansur jurnalistlərə bildirib ki, onlar Azərbaycanda mövcudluğunun genişlənməsindən məmnundurlar və ölkədə müstəsna ticarət xidmətləri göstərməyə çalışırlar. Xatırladaq ki, CFI şirkəti 1998-ci ildə yaradılıb. Bu gün onun ofisləri Böyük Britaniya, Kipr, Livan, İordaniya, BƏƏ və Mavrikidə fəaliyyət göstərir. Şirkətin baş ofisi Dubayda yerləşir. CFI öz müştərilərinə 18 dünya bazarında 7000-dən çox məhsulla ticarət aparmağa imkan verir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240027_171:0:2902:2048_1920x0_80_0_0_7f50a66cf36d029c1c6f4609e01dc4ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
bazar, azərbaycan, treyder, investisiya, şirkət, səhm, əmtəə, ticarət, mərkəzi bank
bazar, azərbaycan, treyder, investisiya, şirkət, səhm, əmtəə, ticarət, mərkəzi bank
Dünya maliyyə brokeri Azərbaycan bazarına daxil olub
Azərbaycan Respublikasında treyderlər səhmlər, əmtəələr, valyutalar və s. daxil olmaqla müxtəlif aktiv sinifləri üzrə CFI məhsullarının hərtərəfli dəstinə çıxış əldə edəcəklər.
BAKI, 10 avqust — Sputnik. Dünyanın aparıcı maliyyə brokeri CFI (Capital Finance International) Azərbaycanın qiymətli kağızlar bazarına daxil olub.
Qərb mediası xəbər verir ki, bu, onun Azərbaycan Respublikasının Mərkəzi Bankının lisenziyası olan "Azfinance" investisiya şirkətini əldə etməsi nəticəsində mümkün olub.
Onların məlumatına görə, CFI şirkəti Azərbaycanın onlayn treydinq bazarına daxil olan ilk beynəlxalq şirkətdir.
Bu ilin dördüncü rübündə "Azfinance" investisiya şirkətinin rebrendinqi və müvafiq xidmətlərin işə salınması gözlənilir.
Tam işə salındıqdan sonra Azərbaycanda treyderlər səhmlər, əmtəələr, valyutalar və s. daxil olmaqla müxtəlif aktiv sinifləri üzrə CFI məhsullarının hərtərəfli dəstinə çıxış əldə edəcəklər.
Şirkətin həmtəsisçisi və icraçı direktoru Hişam Mansur jurnalistlərə bildirib ki, onlar Azərbaycanda mövcudluğunun genişlənməsindən məmnundurlar və ölkədə müstəsna ticarət xidmətləri göstərməyə çalışırlar.
"Azərbaycan dinamik bazarı və iqtisadi potensialına görə mühüm strateji əhəmiyyətə malikdir", - Hişam Mansur qeyd edib.
Xatırladaq ki, CFI şirkəti 1998-ci ildə yaradılıb. Bu gün onun ofisləri Böyük Britaniya, Kipr, Livan, İordaniya, BƏƏ və Mavrikidə fəaliyyət göstərir.
Şirkətin baş ofisi Dubayda yerləşir. CFI öz müştərilərinə 18 dünya bazarında 7000-dən çox məhsulla ticarət aparmağa imkan verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.