https://sputnik.az/20240810/alimler-yerin-muasir-landsaftinin-nece-formalasdigini-askar-edibler-466593072.html
Alimlər Yerin müasir landşaftının necə formalaşdığını aşkar ediblər
Alimlər Yerin müasir landşaftının necə formalaşdığını aşkar ediblər
Sputnik Azərbaycan
Kompüter simulyasiyaları göstərib ki, kontinental çatlar planetin mantiyasını pozaraq, qitənin ürəyinə doğru yuvarlanan dərin dalğalara səbəb olur. 10.08.2024, Sputnik Azərbaycan
2024-08-10T19:16+0400
2024-08-10T19:16+0400
2024-08-10T19:16+0400
yer
dünya xəbərləri
mineral
hindistan
afrika
dizəvər yaylağı
qitə
dalğa
dağ
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436892737_0:214:3072:1942_1920x0_80_0_0_5ec5f95ce64d9296b199f2200725d470.jpg
BAKI, 10 avqust — Sputnik. Sauthempton Universitetinin britaniyalı alimləri Yerin mantiyasında qitələrin yüksəlməsinə və dağ sistemlərinin formalaşmasına cavabdeh olan mexanizm aşkar ediblər. Araşdırma "Nature" elmi jurnalında dərc olunub. Komanda superkontinent Qondvananın parçalanması zamanı meydana çıxan üç geoloji zonanı tədqiq edib. Onlardan biri Hindistan sahillərində, ikincisi Braziliyada, üçüncüsü isə Cənubi Afrikadakı Mərkəzi Yaylanı əhatə edir. Tədqiqatçılar bu ərazilərin kontinental sərhədlərlə üst-üstə düşdüyünü göstərmək üçün topoqrafik xəritələrdən istifadə ediblər. Bu, kontinental plitələrin bir-birindən ayrılması (riftlənməsi) nəticəsində onların mənşəyini göstərir. Kompüter modelləşdirməsi göstərib ki, kontinental çatlar mantiyanı pozaraq, qitənin ürəyinə doğru yuvarlanan dərin dalğalara səbəb olur. Elm adamları daha sonra mövcud mineral məlumatları təhlil edərək, yayladakı yüksəlmə və eroziyanın mantiyadakı dalğa ilə, təxminən eyni vaxtda və eyni sürətlə içəriyə doğru yönəldiyini göstəriblər. Bu, iki landşaft xüsusiyyətlərinin, ehtimal ki, eyni kontinental parçalanma prosesindən qaynaqlandığını göstərib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
dizəvər yaylağı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436892737_342:0:3071:2047_1920x0_80_0_0_8652cb75c5f94984e0a61dd6a9828e6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
yer, mineral, hindistan, afrika, dizəvər yaylağı, qitə, dalğa, dağ
yer, mineral, hindistan, afrika, dizəvər yaylağı, qitə, dalğa, dağ
Alimlər Yerin müasir landşaftının necə formalaşdığını aşkar ediblər
Kompüter simulyasiyaları göstərib ki, kontinental çatlar planetin mantiyasını pozaraq, qitənin ürəyinə doğru yuvarlanan dərin dalğalara səbəb olur.
BAKI, 10 avqust — Sputnik. Sauthempton Universitetinin britaniyalı alimləri Yerin mantiyasında qitələrin yüksəlməsinə və dağ sistemlərinin formalaşmasına cavabdeh olan mexanizm aşkar ediblər. Araşdırma "Nature" elmi jurnalında dərc olunub.
Komanda superkontinent Qondvananın parçalanması zamanı meydana çıxan üç geoloji zonanı tədqiq edib. Onlardan biri Hindistan sahillərində, ikincisi Braziliyada, üçüncüsü isə Cənubi Afrikadakı Mərkəzi Yaylanı əhatə edir.
Tədqiqatçılar bu ərazilərin kontinental sərhədlərlə üst-üstə düşdüyünü göstərmək üçün topoqrafik xəritələrdən istifadə ediblər. Bu, kontinental plitələrin bir-birindən ayrılması (riftlənməsi) nəticəsində onların mənşəyini göstərir.
Kompüter modelləşdirməsi göstərib ki, kontinental çatlar mantiyanı pozaraq, qitənin ürəyinə doğru yuvarlanan dərin dalğalara səbəb olur.
Elm adamları daha sonra mövcud mineral məlumatları təhlil edərək, yayladakı yüksəlmə və eroziyanın mantiyadakı dalğa ilə, təxminən eyni vaxtda və eyni sürətlə içəriyə doğru yönəldiyini göstəriblər.
Bu, iki landşaft xüsusiyyətlərinin, ehtimal ki, eyni kontinental parçalanma prosesindən qaynaqlandığını göstərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.