ELM

Ağıllı saatlar ürək xəstəliyi olan insanlar arasında stresin artmasına səbəb olur

© iStock.com / BitsAndSplitsÜrək ağrısı
Ürək ağrısı - Sputnik Azərbaycan, 1920, 10.08.2024
Abunə olmaq
Mütəxəssis bildirib ki, bu cür saatlar xəstələrə yeni və dəyərli məlumat vermədən onlara yalnız sağlamlıqlarında olan problemləri xatırladırlar.
BAKI, 10 avqust — Sputnik. Ağıllı saatlar ürək xəstəliyindən əziyyət çəkən insanlar arasında stres yaradır. Bu barədə "Journal of the American Heart Association" (JAHA) jurnalında dərc olunan araşdırmada deyilir.
Şimali Karolina Universitetinin (ABŞ) Tibb Məktəbinin mütəxəssisləri müəyyən ediblər ki, ağıllı saatlar və digər tibbi avadanlıqlar ürək-damar sisteminin vəziyyəti haqqında kifayət qədər məlumat vermir. Bu vəziyyətdə avadanlıqlar narahatlıq və stresin artmasına səbəb ola bilər.
Alimlər ürək problemi olan 172 xəstə ilə görüşüblər. Onlardan bəziləri xəstəliyin diaqnozu üçün ağıllı saatlardan istifadə ediblər. Məlum olub ki, bu cihazlardan istifadə edən insanlarda artan stres keçirmə ehtimalı başqalarına nisbətən daha çoxdur.
© Dariusz Sankowski / IwatchAğıllı saat və telefon, arxiv
Гаджеты - умный телефон и умные часы - Sputnik Azərbaycan, 1920, 10.08.2024
Ağıllı saat və telefon, arxiv
Tədqiqatın müəlliflərindən biri, doktor Lindsi Rosmanın sözlərinə görə, ağıllı saatlar sağlamlıq haqqında kifayət qədər məlumat vermir və onları kontekst olmadan təmin edir.
Materialda həmçinin qeyd olunur ki, qeyd olunan cihazlardan istifadə edənlər öz vəziyyətləri ilə bağlı suallara cavab almaq üçün qeyri-rəsmi səhiyyə resurslarından daha çox istifadə edirlər. Rosmanın sözlərinə görə, çox vaxt saatlar xəstələrə yeni və dəyərli məlumat vermədən onlara yalnız sağlamlıqlarında problemlərin olduğunu xatırladırlar.
Bu yaxınlarda məlum olub ki, 2024-cü ilin yanvar-iyun aylarında Rusiyada ağıllı saatların satışı kəskin artıb. Satış artımının əsas səbəbi isə belə bir cihazların orta qiymətinin aşağı düşməsi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0