https://sputnik.az/20240809/tramp-abs-rusiya-ve-cin-qarsisinda-hormetini-itirib-466582111.html
Tramp: ABŞ Rusiya və Çin qarşısında hörmətini itirib
Tramp: ABŞ Rusiya və Çin qarşısında hörmətini itirib
Sputnik Azərbaycan
Floridadakı Mar-a-Laqo malikanəsində mətbuat konfransı keçirən Tramp, həmçinin Çin Prezidenti Si Cinpinlə əvvəllər yaxşı münasibətdə olduğunu, lakin COVID-19... 09.08.2024, Sputnik Azərbaycan
2024-08-09T17:01+0400
2024-08-09T17:01+0400
2024-08-09T17:42+0400
donald tramp
dünya xəbərləri
abş
abş
rusiya
çin
https://cdnn1.img.sputnik.az/img/07e8/08/09/466581945_0:0:3072:1728_1920x0_80_0_0_6f1ab65f0111d094eef3b662a7bbf2ff.jpg
BAKI, 9 avqust — Sputnik. ABŞ-ın keçmiş prezidenti və qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasının namizədi Donald Tramp hazırkı Prezident Co Baydenin administrasiyası dövründə ABŞ-ın Rusiya və Çindən hörmətini itirdiyi barədə fikir bildirib. Tramp bunu Floridadakı Mar-a-Laqo malikanəsində keçirdiyi mətbuat konfransında söyləyib. Bu tədbir "RSBN" tərəfindən yayımlanıb. "Moskva və Pekin artıq Vaşinqtona hörmət etmirlər. Baydenin yerinə prezident olsaydım, Ukraynadakı münaqişənin qarşısını almaq olardı" - Tramp sözünə davam edib. Bundan əlavə, Tramp Çin Prezidenti Si Cinpinlə əvvəllər yaxşı münasibətdə olduğunu, lakin COVID-19 pandemiyası səbəbilə münasibətlərin hazırda pisləşdiyini qeyd edib. Bununla belə, o, gələcəkdə Çinlə qarşılıqlı faydalı münasibətlərin bərpasının mümkünlüyünə əmin olduğunu bildirib. Bir müddət əvvəl ABŞ Prezidenti Co Bayden ABŞ-ın keçmiş rəhbəri Donald Trampın noyabrda ölkə lideri seçkilərində məğlub olacağı təqdirdə hakimiyyətin dinc yolla ötürülməsinə şübhə etdiyini bildirib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/09/466581945_108:0:2839:2048_1920x0_80_0_0_4eabae53a40d7155d39fe9066d721cb2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
donald tramp, abş, abş, rusiya, çin
donald tramp, abş, abş, rusiya, çin
Tramp: ABŞ Rusiya və Çin qarşısında hörmətini itirib
17:01 09.08.2024 (Yenilənib: 17:42 09.08.2024) Floridadakı Mar-a-Laqo malikanəsində mətbuat konfransı keçirən Tramp, həmçinin Çin Prezidenti Si Cinpinlə əvvəllər yaxşı münasibətdə olduğunu, lakin COVID-19 pandemiyası səbəbilə münasibətlərin hazırda pisləşdiyini qeyd edib.
BAKI, 9 avqust — Sputnik. ABŞ-ın keçmiş prezidenti və qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasının namizədi Donald Tramp hazırkı Prezident Co Baydenin administrasiyası dövründə ABŞ-ın Rusiya və Çindən hörmətini itirdiyi barədə fikir bildirib.
Tramp bunu Floridadakı Mar-a-Laqo malikanəsində keçirdiyi mətbuat konfransında söyləyib. Bu tədbir "RSBN" tərəfindən yayımlanıb.
"Moskva və Pekin artıq Vaşinqtona hörmət etmirlər. Baydenin yerinə prezident olsaydım, Ukraynadakı münaqişənin qarşısını almaq olardı" - Tramp sözünə davam edib.
Bundan əlavə, Tramp Çin Prezidenti Si Cinpinlə əvvəllər yaxşı münasibətdə olduğunu, lakin COVID-19 pandemiyası səbəbilə münasibətlərin hazırda pisləşdiyini qeyd edib. Bununla belə, o, gələcəkdə Çinlə qarşılıqlı faydalı münasibətlərin bərpasının mümkünlüyünə əmin olduğunu bildirib.
Bir müddət əvvəl ABŞ Prezidenti Co Bayden ABŞ-ın keçmiş rəhbəri Donald Trampın noyabrda ölkə lideri seçkilərində məğlub olacağı təqdirdə hakimiyyətin dinc yolla ötürülməsinə şübhə etdiyini bildirib.