CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 9 avqust – FOTO

© Sputnik9 avqust
9 avqust  - Sputnik Azərbaycan, 1920, 09.08.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 9 avqust — Sputnik. Avqustun 9-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 9-da kim anadan olub?
Mixail Zoşenko (1894-1958) – Sovet satirik yazıçısı, dramaturq, ssenarist və tərcüməçidir. O, Rusiya və Sovet ədəbiyyatının klassikidir. Yazıçının satirik əsərlərinin kəskinliyi cahilliyə, qəddarlığa və başqa insani pisliklərə qarşı yönəlib.
© SputnikMixail Zoşenko
Mixail Zoşenko  - Sputnik Azərbaycan, 1920, 08.08.2024
Mixail Zoşenko
Pamela Trevers (1899-1996) - ingilis aktrisası və yazıçısıdır. O, əsasən Meri Poppins haqqında uşaq kitabları seriyasının müəllifi kimi tanınır.
Melani Qriffit (1957) - ABŞ aktrisasıdır. O, "Qızıl Qlobus" mükafatı laureatıdır. Aktrisa "Bağ", "Qorxu şəhəri", "İşgüzar qız" və s. filmlərdə rol alıb.
© John Shearer / Invision / APMelani Qriffit
Melani Qriffit - Sputnik Azərbaycan, 1920, 08.08.2024
Melani Qriffit
Vitni Hyuston (1963-2012) - ABŞ kino aktrisası, müğənni, prodüser və fotomodeldir. O, dünya musiqi tarixində kommersiya baxımından ən uğurlu ifaçılardan biri olub.
© AP Photo / JOHANNES EISELEVitni Hyuston
Vitni Hyuston - Sputnik Azərbaycan, 1920, 08.08.2024
Vitni Hyuston
Vladislav Lisovets (1972) - rusiyalı stilist, televiziya və radio aparıcısı, sahibkardır. O, Bakı şəhərində anadan olub.
© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidVladislav Lisovets
Vladislav Lisovets - Sputnik Azərbaycan, 1920, 08.08.2024
Vladislav Lisovets
Odri Totu (1976) - Fransız teatr və kino aktrisasıdır. O, "İki dəyirman", "Ameli", "Uzun müddətli nişan" və s. filmlərdə bir çox obrazları canlandırıb.
© Joel Ryan / Invision / APOdri Totu
Odri Totu - Sputnik Azərbaycan, 1920, 08.08.2024
Odri Totu
9 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1173-cü ildə İtaliyada Piza qülləsinin tikintisinə başlanılıb.
1483-cü ildə Vatikanda Sikstin kapellası açılıb. Kilsə Roma papası IV Sikstin əmri ilə memar Corce de Dolçi tərəfindən inşa edilib.
1859-cu ildə amerikalı Nathan Eyms eskalatoru patentləşdirib.
1910-cu ildə Çikaqodan olan amerikalı Alva Con Fişer elektrik paltaryuyan maşınını patentləşdirib.
1994-cü ildən BMT Baş Assambleyası tərəfindən təsis edilmiş Dünya Yerli Xalqlarının Beynəlxalq Günü qeyd edilir.
Xəbər lenti
0