https://sputnik.az/20240809/set-olkelerinin-valyuta-emeliyyatlari-alyansi-yaradilib-466586049.html
ŞƏT ölkələrinin valyuta əməliyyatları alyansı yaradılıb
ŞƏT ölkələrinin valyuta əməliyyatları alyansı yaradılıb
Sputnik Azərbaycan
Alyansın yaradılmasının təşəbbüskarları Çin-ŞƏT Regional Ticarət-İqtisadi Əməkdaşlıq Nümayiş Zonasının İnzibati Komitəsi və ən böyük kommersiya banklarının... 09.08.2024, Sputnik Azərbaycan
2024-08-09T23:07+0400
2024-08-09T23:07+0400
2024-08-09T23:07+0400
şət
iqtisadiyyat
şanxay əməkdaşlıq təşkilatı
şanxay əməkdaşlıq təşkilatı
şanxay əməkdaşlığı təşkilatı
şanxay əməkdaşlıq təşkilatı
çin
valyuta
valyuta
https://cdnn1.img.sputnik.az/img/07e7/07/04/456481042_0:159:3077:1890_1920x0_80_0_0_24ac6f54b8274a66e6888f52ca811f2d.jpg
BAKI, 9 avqust — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olan ölkələr arasında milli valyutalarla ödənişlərin payının artırılmasına kömək edəcək Valyuta Alyansı Sindaoda rəsmi olaraq yaradılıb. Bu barədə ŞƏT-in mətbuat xidməti məlumat yayıb. Qurumun rəsmi Telegram hesabında bildirilib ki, avqustun 8-də ŞƏT Katibliyinin nümayəndələri Çin-ŞƏT Regional Ticarət-İqtisadi Əməkdaşlıq Nümayiş Zonasının əsasında yaradılmış Valyuta Alyansının yaradılması ilə bağlı təntənəli mərasimdə iştirak ediblər. "Strukturun əsas məqsədi Çin və ŞƏT-ə üzv dövlətlər arasında qarşılıqlı ticarətdə milli valyutalarda hesablaşmaların payının artırılmasına yardım etməkdir", - məlumatda deyilir. Bildirilir ki, ŞƏT-ə üzv dövlətlərin maraqlı maliyyə qurumları üçün açıq olan alyansın yaradılmasının təşəbbüskarları Çin-ŞƏT Regional Ticarət-İqtisadi Əməkdaşlıq Nümayiş Zonasının İnzibati Komitəsi və ən böyük kommersiya banklarının Çindəki filialları olub. "Tədbir çərçivəsində Çin yuanı, Rusiya rublu və Qazaxıstan təngəsindən istifadə etməklə beynəlxalq valyuta əməliyyatlarının birinci mərhələsinin simvolik açılışı, həmçinin kommersiya sənədlərinin imzalanması və ŞƏT paytaxtından dəvət olunmuş ekspertlərin namizədliyinin irəli sürülməsi mərasimi keçirilib", - məlumatda bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/04/456481042_173:0:2904:2048_1920x0_80_0_0_a86615f33399d3e81089e1fb1d43f457.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şət, şanxay əməkdaşlıq təşkilatı, şanxay əməkdaşlıq təşkilatı, şanxay əməkdaşlığı təşkilatı, şanxay əməkdaşlıq təşkilatı, çin, valyuta, valyuta
şət, şanxay əməkdaşlıq təşkilatı, şanxay əməkdaşlıq təşkilatı, şanxay əməkdaşlığı təşkilatı, şanxay əməkdaşlıq təşkilatı, çin, valyuta, valyuta
ŞƏT ölkələrinin valyuta əməliyyatları alyansı yaradılıb
Alyansın yaradılmasının təşəbbüskarları Çin-ŞƏT Regional Ticarət-İqtisadi Əməkdaşlıq Nümayiş Zonasının İnzibati Komitəsi və ən böyük kommersiya banklarının Çindəki filialları olub.
BAKI, 9 avqust — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olan ölkələr arasında milli valyutalarla ödənişlərin payının artırılmasına kömək edəcək Valyuta Alyansı Sindaoda rəsmi olaraq yaradılıb. Bu barədə ŞƏT-in mətbuat xidməti məlumat yayıb.
Qurumun rəsmi Telegram hesabında bildirilib ki, avqustun 8-də ŞƏT Katibliyinin nümayəndələri Çin-ŞƏT Regional Ticarət-İqtisadi Əməkdaşlıq Nümayiş Zonasının əsasında yaradılmış Valyuta Alyansının yaradılması ilə bağlı təntənəli mərasimdə iştirak ediblər.
"Strukturun əsas məqsədi Çin və ŞƏT-ə üzv dövlətlər arasında qarşılıqlı ticarətdə milli valyutalarda hesablaşmaların payının artırılmasına yardım etməkdir", - məlumatda deyilir.
Bildirilir ki, ŞƏT-ə üzv dövlətlərin maraqlı maliyyə qurumları üçün açıq olan alyansın yaradılmasının təşəbbüskarları Çin-ŞƏT Regional Ticarət-İqtisadi Əməkdaşlıq Nümayiş Zonasının İnzibati Komitəsi və ən böyük kommersiya banklarının Çindəki filialları olub.
"Tədbir çərçivəsində Çin yuanı, Rusiya rublu və Qazaxıstan təngəsindən istifadə etməklə beynəlxalq valyuta əməliyyatlarının birinci mərhələsinin simvolik açılışı, həmçinin kommersiya sənədlərinin imzalanması və ŞƏT paytaxtından dəvət olunmuş ekspertlərin namizədliyinin irəli sürülməsi mərasimi keçirilib", - məlumatda bildirilib.