CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MN-in sabiq idarə rəisi həbs edilib - RƏSMİ

© Sputnik / Murad OrudjevMüdafiə Nazirliyinin binası
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 09.08.2024
Abunə olmaq
Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev faktı təsdiqləyib.
BAKI, 9 avqust — Sputnik. Müdafiə Nazirliyinin (MN) Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib.
E.Məmmədov Hərbi Prokurorluqda davam edən cinayət işi çərcivəsində saxlanılıb.
Hərbi Prokurorluğun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev faktı "Report"a təsdiqləyib.
Xəbər lenti
0