https://sputnik.az/20240809/merkezi-asiyada-strateji-terefdasliq-haqqinda-sazis-hazirlamaq-teklif-edildi-466579916.html
Mərkəzi Asiyada strateji tərəfdaşlıq haqqında saziş hazırlamaq təklif edildi
Mərkəzi Asiyada strateji tərəfdaşlıq haqqında saziş hazırlamaq təklif edildi
Sputnik Azərbaycan
Özbəkistan prezidenti bildirib ki, açıq və səmərəli dialoq, irəli sürülmüş mühüm təşəbbüslər, başlanmış çoxtərəfli layihə və proqramlar, keçirilən çoxsaylı... 09.08.2024, Sputnik Azərbaycan
2024-08-09T15:49+0400
2024-08-09T15:49+0400
2024-08-09T16:41+0400
mərkəzi asiya
siyasət
əməkdaşlıq
şavkat mirziyoyev
özbəkistan prezidenti
https://cdnn1.img.sputnik.az/img/42411/95/424119560_0:28:1920:1108_1920x0_80_0_0_e2529e04c405eddff36f1d65d78f23f1.jpg
BAKI, 9 avqust — Sputnik. Özbəkistan prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiyada strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında çoxtərəfli sazişin imzalanmasına hazırlaşmağı təklif edib. bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. "Hüquqi bazanı gücləndirmək və əlaqələrimizi daha da inkişaf etdirmək üçün biz Mərkəzi Asiyada strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında çoxtərəfli sazişin imzalanmasına hazırlaşmağı təklif edirik", - Mirziyoyev Mərkəzi Asiya dövlət başçılarının Astanada keçirilən VI Məşvərət Görüşündə deyib. Özbəkistan prezidenti xatırladıb ki, ilk məşvərət görüşü altı il əvvəl Astanada olub. "Ötən dövr ərzində bütün ölkələrimizdə tarixi görüşlər keçirilib. Biz çoxəsrlik dostluq və mehriban qonşuluq salnaməsində yeni səhifə açmışıq. Açıq və səmərəli dialoqumuz, irəli sürülmüş mühüm təşəbbüslər, başlanmış çoxtərəfli layihə və proqramlar, keçirilən çoxsaylı birgə tədbirlər regionun simasını və imicini kökündən dəyişib", - Özbəkistan Prezidenti qeyd edib. Mərkəzi Asiya ölkələri başçılarının yeddinci məşvərət görüşü 2025-ci ilin avqustunda Özbəkistanda keçiriləcək. Qeyd edək ki, Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edir.
mərkəzi asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42411/95/424119560_138:0:1843:1279_1920x0_80_0_0_5b0b1a018ac36e82aeeaf6d762758843.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mərkəzi asiya, əməkdaşlıq, şavkat mirziyoyev, özbəkistan prezidenti
mərkəzi asiya, əməkdaşlıq, şavkat mirziyoyev, özbəkistan prezidenti
Mərkəzi Asiyada strateji tərəfdaşlıq haqqında saziş hazırlamaq təklif edildi
15:49 09.08.2024 (Yenilənib: 16:41 09.08.2024) Özbəkistan prezidenti bildirib ki, açıq və səmərəli dialoq, irəli sürülmüş mühüm təşəbbüslər, başlanmış çoxtərəfli layihə və proqramlar, keçirilən çoxsaylı birgə tədbirlər regionun simasını və imicini kökündən dəyişib.
BAKI, 9 avqust — Sputnik. Özbəkistan prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiyada strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında çoxtərəfli sazişin imzalanmasına hazırlaşmağı təklif edib. bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Hüquqi bazanı gücləndirmək və əlaqələrimizi daha da inkişaf etdirmək üçün biz Mərkəzi Asiyada strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında çoxtərəfli sazişin imzalanmasına hazırlaşmağı təklif edirik", - Mirziyoyev Mərkəzi Asiya dövlət başçılarının Astanada keçirilən VI Məşvərət Görüşündə deyib.
Özbəkistan prezidenti xatırladıb ki, ilk məşvərət görüşü altı il əvvəl Astanada olub.
"Ötən dövr ərzində bütün ölkələrimizdə tarixi görüşlər keçirilib. Biz çoxəsrlik dostluq və mehriban qonşuluq salnaməsində yeni səhifə açmışıq. Açıq və səmərəli dialoqumuz, irəli sürülmüş mühüm təşəbbüslər, başlanmış çoxtərəfli layihə və proqramlar, keçirilən çoxsaylı birgə tədbirlər regionun simasını və imicini kökündən dəyişib", - Özbəkistan Prezidenti qeyd edib.
Mərkəzi Asiya ölkələri başçılarının yeddinci məşvərət görüşü 2025-ci ilin avqustunda Özbəkistanda keçiriləcək.
Qeyd edək ki, Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edir.