DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Harris sentyabrın 10-da Trampla debatda iştirakını təsdiqləyib

© AP Photo / Carolyn KasterABŞ-ın vitse-prezidenti Kamala Harris
ABŞ-ın vitse-prezidenti Kamala Harris  - Sputnik Azərbaycan, 1920, 09.08.2024
Abunə olmaq
ABŞ nümayəndələr palatasının üzvü olan Şeyla Cekson Li ilə vida mərasimi zamanı Kamala Harris səhvən özünü "prezident" adlandırıb.
BAKI, 9 avqust — Sputnik. ABŞ-ın vitse-prezidenti Kamala Harris sentyabrın 10-da Donald Trampla teledebatda iştirakını təsdiqləyib.
O, "NBC News" telekanalının efirində Trampla debatı səbirsizliklə gözlədiyini bildirib.
"Mən onun, nəhayət ki, razılaşdığını eşitdim və bunu səbirsizliklə gözləyirəm", – Harris bildirib.
O, daha iki raund debatda iştirakla bağlı suallara cavab verməyib. Tramp daha əvvəl üç müxtəlif televiziya kanalında Harrislə ayda üç dəfə debat keçirməyə hazır olduğunu açıqlamışdı.
Tramp sentyabrın 4-də Harrislə debat keçirmək üçün "Fox News" ilə razılaşdığını bildirib. Daha sonra o, "aşağı IQ"ya görə debata gəlmək istəmədiyini söyləyib.
Bildirilib ki, ABŞ nümayəndələr palatasının üzvü olan Şeyla Cekson Li ilə vida mərasimi zamanı Kamala Harris səhvən özünü "president" adlandırıb.
Xəbər lenti
0