https://sputnik.az/20240809/azerbaycanda-7-ayda-ne-qeder-neft-hasil-edilib-466566469.html
Azərbaycanda 7 ayda nə qədər neft hasil edilib?
Azərbaycanda 7 ayda nə qədər neft hasil edilib?
Sputnik Azərbaycan
Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. 09.08.2024, Sputnik Azərbaycan
2024-08-09T13:35+0400
2024-08-09T13:35+0400
2024-08-09T14:08+0400
neft
neft-qaz
hasilat
neft hasilatı
neft hasilatı
hesabat
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465128576_0:160:3072:1888_1920x0_80_0_0_00f33abb220a80e8ff74af1a74723241.jpg
BAKI, 9 avqust — Sputnik. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda təxminən 16,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Energetika Nazirliyinin məlumatına görə, bunun 9,7 milyon tonu "Azəri-Çıraq-Günəşli" yataqlarının, 2,5 milyon tonu (kondensat) "Şahdəniz" yatağının, 0,3 milyon tonu (kondensat) "Abşeron" yatağının payına düşüb. Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton təşkil edib. Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,2 milyon tonu konsorsiumun, 1,9 milyon tonu isə SOCAR-ın payına düşür. 7 ay ərzində ölkədə neftin emalı 3,7 milyon ton təşkil edib. 2024-cü ilin iyul ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 589 ton olub. Bunun 65 681 tonunu xam neft, 14 908 tonunu kondensat təşkil edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465128576_171:0:2902:2048_1920x0_80_0_0_5e5f0d4e7c3db698cd766d0c370b4d20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, hasilat, neft hasilatı, neft hasilatı, hesabat
neft, hasilat, neft hasilatı, neft hasilatı, hesabat
Azərbaycanda 7 ayda nə qədər neft hasil edilib?
13:35 09.08.2024 (Yenilənib: 14:08 09.08.2024) Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.
BAKI, 9 avqust — Sputnik. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda təxminən 16,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyinin məlumatına görə, bunun 9,7 milyon tonu "Azəri-Çıraq-Günəşli" yataqlarının, 2,5 milyon tonu (kondensat) "Şahdəniz" yatağının, 0,3 milyon tonu (kondensat) "Abşeron" yatağının payına düşüb. Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton təşkil edib.
Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,2 milyon tonu konsorsiumun, 1,9 milyon tonu isə SOCAR-ın payına düşür.
7 ay ərzində ölkədə neftin emalı 3,7 milyon ton təşkil edib.
2024-cü ilin iyul ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 589 ton olub. Bunun 65 681 tonunu xam neft, 14 908 tonunu kondensat təşkil edib.