https://sputnik.az/20240809/azerbaycan-zengezur-dehlizi-telebini-geri-cekdi-sulh-danisiqlarinda-irelileyis-olacaqmi-466556583.html
Azərbaycan Zəngəzur dəhlizi tələbini geri çəkdi: Sülh danışıqlarında irəliləyiş olacaqmı?
Azərbaycan Zəngəzur dəhlizi tələbini geri çəkdi: Sülh danışıqlarında irəliləyiş olacaqmı?
Sputnik Azərbaycan
Fazil Mustafa hesab edir ki, ABŞ Ermənistana hərbi dəstəyini dayandırmalıdır. Zəngəzur dəhlizi isə etimad mühitinin formalaşdırılması üçün zəruri idi. 09.08.2024, Sputnik Azərbaycan
2024-08-09T10:02+0400
2024-08-09T10:02+0400
2024-08-09T10:02+0400
zəngəzur
təhlil
fazil mustafa
elşən manafov
zəngəzur dəhlizi
ermənistan
abş
https://cdnn1.img.sputnik.az/img/41083/15/410831587_0:0:2048:1153_1920x0_80_0_0_21c0cb4053a13535b372875d336af669.jpg
BAKI, 9 avqust — Sputnik. Hazırda danışıqları asanlaşdıran amillərdən biri tərəflərin qalan məsələlərdən ən mübahisəli olanını - Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşmasıdır. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib. Zəngəzur dəhlizi ilə bağlı məsələnin bu istiqamətdə cərəyan etməsi sülh danışıqları ilə bağlı proseslərin sürətlənə biləcəyi fikrini ortaya çıxarır. Ancaq hər kəsə bəllidir ki, sülh sazişinin imzalanmasını ləngidən tək səbəb Zəngəzur dəhlizi ilə bağlı deyildi. Azərbaycanın əsas tələbi həm də Ermənistan konstitusiyasındakı ərazi iddiaları ilə bağlı müddəanın dəyişdirilməsidir. Zəngəzur dəhlizinin fəaliyyəti məhz 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı ilə təmin edilməli idi. Digər bir önəmli məqam isə nəqliyyat dəhlizlərinin təhlükəsizliyini xarici özəl şirkətlərin təmin edə biləcəyi ilə bağlı yayılan xəbərlərdir. Bəs gerçəkdən də sülh sazişini tezliklə imzalamaq mümkün olacaqmı? Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan politoloq Elşən Manafov deyib ki, Ermənistan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı bəhanələrinə yer qalmır: "Amma inanmıram ki, bundan sonra Ermənistan tərəfi sülh sazişi ilə bağlı danışıqlarda hər hansı müsbət addım atsın. Regionda baş verən hadisələrin təhlili göstərir ki, Ermənistan hakimiyyətinin bütün qərarları okeanın o tayından verilir. Paşinyan hakimiyyətinin müstəqil şəkildə qərar qəbul etmək səlahiyyəti, siyasi iradə nümayiş etdirmək iqtidarı yoxdur. ABŞ-ın isə regionla bağlı siyasəti heç kəsə sirr deyil. Artıq onlar Zəngəzur adlanan ərazidə məhdud şəkildə olsa da, öz hərbi mövcudluqlarını təmin ediblər. ABŞ-ın niyyəti Yaxın Şərqdə olduğu kimi Cənubi Qafqazda eskalasiyanın gücləndirilməsi istiqamətində addımları sürətləndirməkdir". Politoloq qeyd edib ki, ABŞ rəsmilərinin münaqişə tərəfləri arasında sülh müqaviləsinin imzalanmasına olan istəkləri qeyri-səmimidir. Çünki ABŞ Azərbaycanın maraqlarına cavab verəcək sülh müqaviləsinin imzalanmasını istəmir. Bu, onun regionla bağlı geosiyasi maraqlarına cavab vermir."Azərbaycanın regionla bağlı "3+3" təklifi var. Bu region problemlərinin regiondaxili ölkələr tərəfindən həllini özündə ehtiva edir, regiondankənar ölkələrin müdaxiləsini məhdudlaşdırır. ABŞ Paşinyan hakimiyyətinə təhdid və təzyiqləri artıraraq Azərbaycanla danışıqlarda qeyri-konstruktiv mövqe sərgilməyə vadar edir" - politoloq deyib. Onun fikrincə, Ermənistan konstitusiyası dəyişməlidir. Əks təqdirdə hakimiyyətə gələcək istənilən başqa qüvvə sülh sazişinin müddəalarından imtina edə bilər:"Bu baxımdan Azərbaycan hazırkı şəraitdə sülh danışıqlarını bu əsas şərt üstündə davam etdirir. ABŞ-ın marağı Azərbaycan tərəfini Qərbin maraqlarına cavab verən formada sülh müqaviləsinə razı salmaqdır. Təbii ki, bura Rusiyanı regiondan sıxışdırıb çıxarmaq da daxildir. ABŞ Ermənistanda mövqelərini daha da gücləndirərək İrana təzyiq imkanlarını artırmaq istəyir. Düşünürəm ki, Ermənistanın sülh danışıqlarındakı mövqeyində müsbət dəyişiklik olmayacaq". Elşən Manafovun fikrincə, Qərb və ABŞ münaqişə tərəflərini bölgədə kommunikasiyaların açılması ilə bağlı məlum Moskva razılaşmasının şərtlərindən kənarda qoymaq, Rusiyanın vasitəçiliyini heçə endirmək istəyir: "Burada Qərb diplomatik kontekstdə əzələ nümayiş etdirmək istəyir. Məlum özəl şirkətlərin kommunikasiyaların təmin olunmasında iştirakı ilə bağlı ortaya atılan fikirlər də Qərbin geosiyasi maraqlarının bir parçasıdır". VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa isə bildirib ki, ABŞ Ermənistana dəstəyi sülh müqaviləsinin imzalanmasına problem yarada bilər: "Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı məsələdə nümayiş etdirdiyi mövqe ölkəmizin sülh müqaviləsinə nə qədər önəm verdiyini göstərir. Çünki etimad olandan sonra Ermənistanın özü tərəfindən bu məsələ gündəmə gətiriləcək. Burada ən önəmli məsələlərdən biri ABŞ-ın regionda tərəflərə bərabər münasibət sərgiləməməsidir. ABŞ-ın Ermənistana hərbi dəstəyinin dayandırılması lazımdır. Hazırkı şəraitdə əsas olan sülh sazişi və etimadın qurulmasıdır. Bundan sonra digər məsələləri yoluna qoymaq çətin olmayacaq".
zəngəzur dəhlizi
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41083/15/410831587_171:0:1871:1275_1920x0_80_0_0_d27203b3bd6deaf7ddcf075ef6b83593.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zəngəzur, fazil mustafa, elşən manafov , zəngəzur dəhlizi, ermənistan, abş
zəngəzur, fazil mustafa, elşən manafov , zəngəzur dəhlizi, ermənistan, abş
Azərbaycan Zəngəzur dəhlizi tələbini geri çəkdi: Sülh danışıqlarında irəliləyiş olacaqmı?
Fazil Mustafa hesab edir ki, ABŞ Ermənistana hərbi dəstəyini dayandırmalıdır. Zəngəzur dəhlizi isə etimad mühitinin formalaşdırılması üçün zəruri idi.
BAKI, 9 avqust — Sputnik. Hazırda danışıqları asanlaşdıran amillərdən biri tərəflərin qalan məsələlərdən ən mübahisəli olanını - Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşmasıdır. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib.
Zəngəzur dəhlizi ilə bağlı məsələnin bu istiqamətdə cərəyan etməsi sülh danışıqları ilə bağlı proseslərin sürətlənə biləcəyi fikrini ortaya çıxarır. Ancaq hər kəsə bəllidir ki, sülh sazişinin imzalanmasını ləngidən tək səbəb Zəngəzur dəhlizi ilə bağlı deyildi. Azərbaycanın əsas tələbi həm də Ermənistan konstitusiyasındakı ərazi iddiaları ilə bağlı müddəanın dəyişdirilməsidir.
Zəngəzur dəhlizinin fəaliyyəti məhz 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı ilə təmin edilməli idi. Digər bir önəmli məqam isə nəqliyyat dəhlizlərinin təhlükəsizliyini xarici özəl şirkətlərin təmin edə biləcəyi ilə bağlı yayılan xəbərlərdir.
Bəs gerçəkdən də sülh sazişini tezliklə imzalamaq mümkün olacaqmı?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan politoloq Elşən Manafov deyib ki, Ermənistan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı bəhanələrinə yer qalmır:
"Amma inanmıram ki, bundan sonra Ermənistan tərəfi sülh sazişi ilə bağlı danışıqlarda hər hansı müsbət addım atsın. Regionda baş verən hadisələrin təhlili göstərir ki, Ermənistan hakimiyyətinin bütün qərarları okeanın o tayından verilir. Paşinyan hakimiyyətinin müstəqil şəkildə qərar qəbul etmək səlahiyyəti, siyasi iradə nümayiş etdirmək iqtidarı yoxdur. ABŞ-ın isə regionla bağlı siyasəti heç kəsə sirr deyil. Artıq onlar Zəngəzur adlanan ərazidə məhdud şəkildə olsa da, öz hərbi mövcudluqlarını təmin ediblər. ABŞ-ın niyyəti Yaxın Şərqdə olduğu kimi Cənubi Qafqazda eskalasiyanın gücləndirilməsi istiqamətində addımları sürətləndirməkdir".
Politoloq qeyd edib ki, ABŞ rəsmilərinin münaqişə tərəfləri arasında sülh müqaviləsinin imzalanmasına olan istəkləri qeyri-səmimidir. Çünki ABŞ Azərbaycanın maraqlarına cavab verəcək sülh müqaviləsinin imzalanmasını istəmir. Bu, onun regionla bağlı geosiyasi maraqlarına cavab vermir.
"Azərbaycanın regionla bağlı "3+3" təklifi var. Bu region problemlərinin regiondaxili ölkələr tərəfindən həllini özündə ehtiva edir, regiondankənar ölkələrin müdaxiləsini məhdudlaşdırır. ABŞ Paşinyan hakimiyyətinə təhdid və təzyiqləri artıraraq Azərbaycanla danışıqlarda qeyri-konstruktiv mövqe sərgilməyə vadar edir" - politoloq deyib.
Onun fikrincə, Ermənistan konstitusiyası dəyişməlidir. Əks təqdirdə hakimiyyətə gələcək istənilən başqa qüvvə sülh sazişinin müddəalarından imtina edə bilər:
"Bu baxımdan Azərbaycan hazırkı şəraitdə sülh danışıqlarını bu əsas şərt üstündə davam etdirir. ABŞ-ın marağı Azərbaycan tərəfini Qərbin maraqlarına cavab verən formada sülh müqaviləsinə razı salmaqdır. Təbii ki, bura Rusiyanı regiondan sıxışdırıb çıxarmaq da daxildir. ABŞ Ermənistanda mövqelərini daha da gücləndirərək İrana təzyiq imkanlarını artırmaq istəyir. Düşünürəm ki, Ermənistanın sülh danışıqlarındakı mövqeyində müsbət dəyişiklik olmayacaq".
Elşən Manafovun fikrincə, Qərb və ABŞ münaqişə tərəflərini bölgədə kommunikasiyaların açılması ilə bağlı məlum Moskva razılaşmasının şərtlərindən kənarda qoymaq, Rusiyanın vasitəçiliyini heçə endirmək istəyir: "Burada Qərb diplomatik kontekstdə əzələ nümayiş etdirmək istəyir. Məlum özəl şirkətlərin kommunikasiyaların təmin olunmasında iştirakı ilə bağlı ortaya atılan fikirlər də Qərbin geosiyasi maraqlarının bir parçasıdır".
VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa isə bildirib ki, ABŞ Ermənistana dəstəyi sülh müqaviləsinin imzalanmasına problem yarada bilər:
"Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı məsələdə nümayiş etdirdiyi mövqe ölkəmizin sülh müqaviləsinə nə qədər önəm verdiyini göstərir. Çünki etimad olandan sonra Ermənistanın özü tərəfindən bu məsələ gündəmə gətiriləcək. Burada ən önəmli məsələlərdən biri ABŞ-ın regionda tərəflərə bərabər münasibət sərgiləməməsidir. ABŞ-ın Ermənistana hərbi dəstəyinin dayandırılması lazımdır. Hazırkı şəraitdə əsas olan sülh sazişi və etimadın qurulmasıdır. Bundan sonra digər məsələləri yoluna qoymaq çətin olmayacaq".