https://sputnik.az/20240808/yaxin-serqdeki-gerginlik-abs-de-neft-ehtiyatinin-azalmasi-qara-qizili-bahalasdirir-466418071.html
Növbəti ucuzlaşma dalğası: "Qara qızıl"ın taleyi Yaxın Şərqdəki vəziyyətdən asılı qalıb
Növbəti ucuzlaşma dalğası: "Qara qızıl"ın taleyi Yaxın Şərqdəki vəziyyətdən asılı qalıb
Sputnik Azərbaycan
Eskalasiya dünya bazarına neft tədarükünə və neftin qiymətinə təsir göstərə bilər. 08.08.2024, Sputnik Azərbaycan
2024-08-08T15:55+0400
2024-08-08T15:55+0400
2024-08-08T15:47+0400
neft-qaz
opec
azeri light markalı neft
brent
qiymət
yaxın şərq
https://cdnn1.img.sputnik.az/img/07e8/01/03/461744978_0:130:3114:1881_1920x0_80_0_0_cf8a9348aea42ac6f2de73a10c96a387.jpg
BAKI, 8 avqust — Sputnik. Ticarət məlumatları göstərir ki, dünya neft qiymətləri səhər eyni dərəcədə cüzi artımdan və avqustun 7-dəki 2% artımdan sonra bir qədər ucuzlaşıb. Moskva vaxtı ilə saat 13.54-ə olan məlumata görə, Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,26% azalaraq 78,13 dollar/barelə, WTI markalı neftin sentyabr fyuçersləri isə 0,11% azalaraq 75,15 dollara enib. Səhər neft cüzi bahalaşıb, bir gün əvvəl isə 2%-dən çox bahalaşıb. ABŞ Energetika Nazirliyi ölkədəki kommersiya neft ehtiyatlarının avqustun 2-də bitən həftədə 3,7 milyon barrel azaldığını, 0,4 milyon azalma gözlənildiyini bildirib. Bazarlar da Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edir. Bundan əvvəl ABŞ-ın CNN telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, Livanın şiə hərəkatı Hizbullah İranın planından asılı olmayaraq İsraili vura bilər. Mənbələrin bildirdiyinə görə, görünür, İran hələ də İsrailə qarşı fəaliyyət planlarını nəzərdən keçirir. Eskalasiya dünya bazarına neft tədarükünə və neftin qiymətinə təsir göstərə bilər.05.08.24, 14:00"Qara qızıl" bazarında qorxunc vəziyyət: 1 barel neft 76 dollardan aşağı düşdüLondonun "ICE" birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 76 dollardan aşağı düşüb. Ticarət üzrə məlumata görə, bu, yanvarın 9-dan bəri ilk dəfə baş verib. Bu barədə Rusiya mediası xəbər verib. Belə ki, Moskva vaxtı ilə saat 09:01-də Brent markalı neftin bir barelinin qiyməti 1,18% azalaraq 75,9 dollara enib. Növbəti 15 dəqiqə ərzində dəyərin düşmə tempi daha da sürətlənib və bir barelin qiyməti daha 1,86% aşağı - 75,86 dollar olub. Eyni zamanda, sentyabr ayında tədarük olunan WTI markalı neft fyuçersləri 1,55% itirərək bir barel üçün 72,51 dollara düşüb. Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Macarıstanın xarici işlər naziri Peter Siyartonun Ukraynadan ölkəyə neft tranzitinə qoyulan qadağanın Avropa İttifaqından (Aİ) razılaşdırıldığı barədə sözlərini şərh edib. Diplomatın sözlərinə görə, mövcud qadağa Aİ-ni öz enerji resurslarından tamamilə asılı vəziyyətə salmaq istəyən ABŞ üçün sərfəlidir. 01.08.24, 11:01Yaxın Şərqdəki gərginlik, ABŞ-də neft ehtiyatının azalması "qara qızıl"ı bahalaşdırırDünya bazarlarında neft qiymətləri bahalaşır. İranda Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin öldürülməsindən sonra investorlar Yaxın Şərqdə münaqişənin genişlənəcəyindən narahatdırlar. Yaxın Şərqdə münaqişənin genişlənməsi bölgədə neft tədarükünün pozulmasına səbəb ola bilər. Digər tərəfdən, ABŞ-də xam neft ehtiyatları kəskin azalıb. ABŞ Enerji İnformasiya Administrasiyasının verdiyi məlumata görə, keçən həftə ABŞ-nin xam neft ehtiyatları 3,4 milyon barel azalaraq 433 milyon barelə düşüb. Bütün bunlar neftin bahalaşmasına səbəb olub. "Brent" markalı neft 46 sent artaraq 81,30 dollara, ABŞ-nin Qərbi Texas nefti (WTI) 55 sent artaraq 78,46 dollara çatıb. Hər iki markalı neft əvvəlki sessiyada təxminən 4% artıb. "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,25 dollar artaraq 84,02 dollar təşkil edib. Digər tərəfdən, OPEC-in Birgə Monitorinq Komitəsinin avqustun 1-də iclası planlaşdırılıb və investorlar bu iclası diqqətdə saxlayırlar. Analitiklərin fikrincə, neft qiymətlərinin ucuzlaşması Rusiya və Səudiyyə Ərəbistanın bu ilin sonunda hasilatı artırmaq planlarını daha da aşağı salmağa sövq edə bilər. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/03/461744978_0:0:2732:2048_1920x0_80_0_0_c61fa7b9ccc12e7b8d2d99e94fc216b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
opec, azeri light markalı neft, brent, qiymət, yaxın şərq
opec, azeri light markalı neft, brent, qiymət, yaxın şərq
Növbəti ucuzlaşma dalğası: "Qara qızıl"ın taleyi Yaxın Şərqdəki vəziyyətdən asılı qalıb
Eskalasiya dünya bazarına neft tədarükünə və neftin qiymətinə təsir göstərə bilər.
BAKI, 8 avqust — Sputnik. Ticarət məlumatları göstərir ki, dünya neft qiymətləri səhər eyni dərəcədə cüzi artımdan və avqustun 7-dəki 2% artımdan sonra bir qədər ucuzlaşıb.
Moskva vaxtı ilə saat 13.54-ə olan məlumata görə, Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,26% azalaraq 78,13 dollar/barelə, WTI markalı neftin sentyabr fyuçersləri isə 0,11% azalaraq 75,15 dollara enib.
Səhər neft cüzi bahalaşıb, bir gün əvvəl isə 2%-dən çox bahalaşıb.
ABŞ Energetika Nazirliyi ölkədəki kommersiya neft ehtiyatlarının avqustun 2-də bitən həftədə 3,7 milyon barrel azaldığını, 0,4 milyon azalma gözlənildiyini bildirib. Bazarlar da Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edir.
Bundan əvvəl ABŞ-ın CNN telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, Livanın şiə hərəkatı Hizbullah İranın planından asılı olmayaraq İsraili vura bilər. Mənbələrin bildirdiyinə görə, görünür, İran hələ də İsrailə qarşı fəaliyyət planlarını nəzərdən keçirir. Eskalasiya dünya bazarına neft tədarükünə və neftin qiymətinə təsir göstərə bilər.
"Qara qızıl" bazarında qorxunc vəziyyət: 1 barel neft 76 dollardan aşağı düşdü
Londonun "ICE" birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 76 dollardan aşağı düşüb. Ticarət üzrə məlumata görə, bu, yanvarın 9-dan bəri ilk dəfə baş verib.
Bu barədə Rusiya mediası xəbər verib.
Belə ki, Moskva vaxtı ilə saat 09:01-də Brent markalı neftin bir barelinin qiyməti 1,18% azalaraq 75,9 dollara enib. Növbəti 15 dəqiqə ərzində dəyərin düşmə tempi daha da sürətlənib və bir barelin qiyməti daha 1,86% aşağı - 75,86 dollar olub.
Eyni zamanda, sentyabr ayında tədarük olunan WTI markalı neft fyuçersləri 1,55% itirərək bir barel üçün 72,51 dollara düşüb.
Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Macarıstanın xarici işlər naziri Peter Siyartonun Ukraynadan ölkəyə neft tranzitinə qoyulan qadağanın Avropa İttifaqından (Aİ) razılaşdırıldığı barədə sözlərini şərh edib. Diplomatın sözlərinə görə, mövcud qadağa Aİ-ni öz enerji resurslarından tamamilə asılı vəziyyətə salmaq istəyən ABŞ üçün sərfəlidir.
Yaxın Şərqdəki gərginlik, ABŞ-də neft ehtiyatının azalması "qara qızıl"ı bahalaşdırır
Dünya bazarlarında neft qiymətləri bahalaşır. İranda Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin öldürülməsindən sonra investorlar Yaxın Şərqdə münaqişənin genişlənəcəyindən narahatdırlar. Yaxın Şərqdə münaqişənin genişlənməsi bölgədə neft tədarükünün pozulmasına səbəb ola bilər. Digər tərəfdən, ABŞ-də xam neft ehtiyatları kəskin azalıb. ABŞ Enerji İnformasiya Administrasiyasının verdiyi məlumata görə, keçən həftə ABŞ-nin xam neft ehtiyatları 3,4 milyon barel azalaraq 433 milyon barelə düşüb. Bütün bunlar neftin bahalaşmasına səbəb olub.
"Brent" markalı neft 46 sent artaraq 81,30 dollara, ABŞ-nin Qərbi Texas nefti (WTI) 55 sent artaraq 78,46 dollara çatıb. Hər iki markalı neft əvvəlki sessiyada təxminən 4% artıb.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,25 dollar artaraq 84,02 dollar təşkil edib.
Digər tərəfdən, OPEC-in Birgə Monitorinq Komitəsinin avqustun 1-də iclası planlaşdırılıb və investorlar bu iclası diqqətdə saxlayırlar. Analitiklərin fikrincə, neft qiymətlərinin ucuzlaşması Rusiya və Səudiyyə Ərəbistanın bu ilin sonunda hasilatı artırmaq planlarını daha da aşağı salmağa sövq edə bilər.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.