https://sputnik.az/20240808/turkiyede-mese-yanginina-gore-bir-kend-bosaldilib-466547798.html
Türkiyədə meşə yanğınına görə bir kənd boşaldılıb
Türkiyədə meşə yanğınına görə bir kənd boşaldılıb
Sputnik Azərbaycan
Yanğın günorta saatlarında zeytunluqda başlayıb. Axşam saatlarına doğru nəzarətə alınan yanğın yenidən alovlanaraq yaşayış yerlərinə yaxın meşəlik əraziyə... 08.08.2024, Sputnik Azərbaycan
2024-08-08T14:05+0400
2024-08-08T14:05+0400
2024-08-08T14:05+0400
meşə yanğını
dünya xəbərləri
türkiyə
muğla
muğla vilayəti
zeytunluq
https://cdnn1.img.sputnik.az/img/07e5/08/02/427605170_0:126:3195:1923_1920x0_80_0_0_4462da88ed880801ed33c388d53bba84.jpg
BAKI, 8 avqust — Sputnik. Türkiyənin Muğla vilayətinin Milas rayonu ərazisində meşə yanğını baş verib. Alovun söndürülməsi üçün bölgəyə 20-ə yaxın təyyarə və helikopter, 70-dən çox yanğınsöndürmə texnikası cəlb edilib. Hadisə ilə bağlı Muğla valisi İdris Akbıylk mətbuata açıqlama verib. Məlumata əsasən, yanğın günorta saatlarında zeytunluqda başlayıb. Axşam saatlarına doğru nəzarətə alınan yanğın yenidən alovlanaraq yaşayış yerlərinə yaxın meşəlik əraziyə yayılıb. Qabaqlayıcı tədbirlər çərçivəsində 350 nəfərdən ibarət 60 ailənin yaşadığı Çakıralan kəndi tamamilə boşaldılıb. Alovlara müdaxilə üçün müvafiq qurumlar səfərbər edilib. Mütəxəssislərlə yanaşı yerli əhali, mədən işçiləri, QHT üzvləri, təhlükəsizlik qüvvələrinin əməkdaşları da yanğına müdaxilə edir.
muğla
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/02/427605170_232:0:2963:2048_1920x0_80_0_0_39e776f715f2f737745e0ff5062cb0f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
meşə yanğını, türkiyə, muğla, muğla vilayəti, zeytunluq
meşə yanğını, türkiyə, muğla, muğla vilayəti, zeytunluq
Türkiyədə meşə yanğınına görə bir kənd boşaldılıb
Yanğın günorta saatlarında zeytunluqda başlayıb. Axşam saatlarına doğru nəzarətə alınan yanğın yenidən alovlanaraq yaşayış yerlərinə yaxın meşəlik əraziyə yayılıb.
BAKI, 8 avqust — Sputnik. Türkiyənin Muğla vilayətinin Milas rayonu ərazisində meşə yanğını baş verib. Alovun söndürülməsi üçün bölgəyə 20-ə yaxın təyyarə və helikopter, 70-dən çox yanğınsöndürmə texnikası cəlb edilib.
Hadisə ilə bağlı Muğla valisi İdris Akbıylk mətbuata açıqlama verib.
Məlumata əsasən, yanğın günorta saatlarında zeytunluqda başlayıb. Axşam saatlarına doğru nəzarətə alınan yanğın yenidən alovlanaraq yaşayış yerlərinə yaxın meşəlik əraziyə yayılıb. Qabaqlayıcı tədbirlər çərçivəsində 350 nəfərdən ibarət 60 ailənin yaşadığı Çakıralan kəndi tamamilə boşaldılıb.
Alovlara müdaxilə üçün müvafiq qurumlar səfərbər edilib. Mütəxəssislərlə yanaşı yerli əhali, mədən işçiləri, QHT üzvləri, təhlükəsizlik qüvvələrinin əməkdaşları da yanğına müdaxilə edir.