https://sputnik.az/20240808/trampin-qelebesi-problemler-yarada-biler---nazirden-xeberdarliq-466548170.html
Trampın qələbəsi problemlər yarada bilər - nazirdən xəbərdarlıq
Trampın qələbəsi problemlər yarada bilər - nazirdən xəbərdarlıq
Sputnik Azərbaycan
Növbəti ABŞ liderinin seçimi ABŞ xalqının işidir, lakin Avropa istənilən ehtimala hazır olmalıdır. 08.08.2024, Sputnik Azərbaycan
2024-08-08T22:08+0400
2024-08-08T22:08+0400
2024-08-08T22:08+0400
donald tramp
dünya xəbərləri
ai
abş
avropa
şimali irlandiya
irlandiya
https://cdnn1.img.sputnik.az/img/07e8/08/08/466548004_0:0:1853:1043_1920x0_80_0_0_2bf7314bb295601ef2b430a6b22f48f6.jpg
BAKI, 8 avqust — Sputnik. ABŞ-da keçmiş prezident Donald Trampın hakimiyyətə qayıdışı Avropa üçün ciddi problemə çevrilə bilər. Bunu Avroqrupun rəhbəri və İrlandiyanın dövlət xərcləri üzrə naziri Paskal Donohyu deyib. Onun sözlərinə görə, hər hansı bir sürprizin öhdəsindən gəlmək üçün daha avtonom şəkildə Aİ iqtisadiyyatını gücləndirmək lazımdır. "Donald Tramp ticarət və tarif səviyyələri ilə bağlı çox fərqli bir gündəm ortaya qoyub. Biz öz iqtisadi muxtariyyətimizi dərinləşdirməyə, iqtisadiyyatımızın məhsuldarlığını gücləndirməyə davam etməliyik", o Bloomberg-ə müsahibəsində deyib. Donohyu əlavə edib ki, növbəti ABŞ liderinin seçimi amerikalıların işidir, lakin Avropa istənilən ehtimala hazır olmalıdır. Bununla belə, o, etiraf edib ki, gələn il həqiqətən də ciddi problem yarana bilər. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Keçmiş prezident Donald Trampın Respublikaçılar Partiyası tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi rəsmən irəli sürülüb.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/08/466548004_172:0:1819:1235_1920x0_80_0_0_663cd40b2a6f31af3b708a3be49c2772.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
donald tramp, ai, abş, avropa, şimali irlandiya, irlandiya
donald tramp, ai, abş, avropa, şimali irlandiya, irlandiya
Trampın qələbəsi problemlər yarada bilər - nazirdən xəbərdarlıq
Növbəti ABŞ liderinin seçimi ABŞ xalqının işidir, lakin Avropa istənilən ehtimala hazır olmalıdır.
BAKI, 8 avqust — Sputnik. ABŞ-da keçmiş prezident Donald Trampın hakimiyyətə qayıdışı Avropa üçün ciddi problemə çevrilə bilər. Bunu Avroqrupun rəhbəri və İrlandiyanın dövlət xərcləri üzrə naziri Paskal Donohyu deyib.
Onun sözlərinə görə, hər hansı bir sürprizin öhdəsindən gəlmək üçün daha avtonom şəkildə Aİ iqtisadiyyatını gücləndirmək lazımdır.
"Donald Tramp ticarət və tarif səviyyələri ilə bağlı çox fərqli bir gündəm ortaya qoyub. Biz öz iqtisadi muxtariyyətimizi dərinləşdirməyə, iqtisadiyyatımızın məhsuldarlığını gücləndirməyə davam etməliyik", o Bloomberg-ə müsahibəsində deyib.
Donohyu əlavə edib ki, növbəti ABŞ liderinin seçimi amerikalıların işidir, lakin Avropa istənilən ehtimala hazır olmalıdır. Bununla belə, o, etiraf edib ki, gələn il həqiqətən də ciddi problem yarana bilər.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Keçmiş prezident Donald Trampın Respublikaçılar Partiyası tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi rəsmən irəli sürülüb.