DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şərqdə yeni imkanlar açılır - Çjan Min dünyanın gələcəyi barədə

© AFP 2024 / PUNIT PARANJPEŞƏT loqosu
ŞƏT loqosu - Sputnik Azərbaycan, 1920, 08.08.2024
Abunə olmaq
Minin sözlərinə görə, ŞƏT və ASEAN birgə fəaliyyət göstərməklə sülh və sabitliyin möhkəmlənməsinə, eləcə də müxtəlif ölkələrin xalqlarının firavanlığının təmin edilməsinə töhfə verə bilirlər.
BAKI, 8 avqust — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə tərəfdaşlıq üçün yeni imkanlar açmağa hazırdır.
Bunu təşkilatın baş katibi Çjan Min bildirib.
8 avqust ASEAN Günü kimi qeyd edilir. Bununla bağlı Çjan Min ASEAN-ın baş katibi Kao Kimhorna təbrik göndərib.
Çjan Min vurğulayıb ki, ASEAN-ın qonşusu və dostu kimi ŞƏT iki region arasında uzunmüddətli əlaqələri və artan qarşılıqlı əlaqələri dərindən qiymətləndirir.
"Biz qarşılıqlı maraq kəsb edən sahələrdə tərəfdaşlıq üçün yeni imkanlar açmağa hazırıq" - cümə axşamı ŞƏT-in rəsmi "Telegram" kanalı Çjan Minin sözlərindən sitat gətirib.
Çjan Minin sözlərinə görə, ŞƏT və ASEAN birgə fəaliyyət göstərməklə sülh və sabitliyin möhkəmlənməsinə, eləcə də müxtəlif ölkələrin xalqlarının firavanlığının təmin edilməsinə töhfə verə bilirlər.
Qeyd edək ki, ŞƏT və ASEAN katiblikləri arasında anlaşma memorandumu 2005-ci ildə imzalanıb.
ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Bura Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. 4 iyul 2024-cü ildə Astanada keçirilən sammitdə rəsmi olaraq Belarus onlara qoşulub. Müşahidəçi ölkələr Əfqanıstan və Monqolustan, ŞƏT üzrə dialoq üzrə tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə, Şri-Lankadır.
ASEAN-a Cənub-Şərqi Asiyada 10 ölkə daxildir: Tayland, İndoneziya, Malayziya, Sinqapur, Bruney, Filippin, Vyetnam, Laos, Kamboca və Myanma.
Xəbər lenti
0