https://sputnik.az/20240808/seckide-xosagelmez-halin-qeyde-alinmasindan-hec-kim-narahat-olmasin---mezahir-penahov-466546853.html
Seçkidə xoşagəlməz halın qeydə alınmasından heç kim narahat olmasın - Məzahir Pənahov
Seçkidə xoşagəlməz halın qeydə alınmasından heç kim narahat olmasın - Məzahir Pənahov
Sputnik Azərbaycan
MSK sədri deyib ki, media nümayəndələri daim prosesin içərisində olduğuna görə obyektiv işıqlandırmanı həyata keçirməlidir. 08.08.2024, Sputnik Azərbaycan
2024-08-08T12:57+0400
2024-08-08T12:57+0400
2024-08-08T12:57+0400
məzahir pənahov
siyasət
növbədənkənar parlament seçkiləri
növbədənkənar seçkilər
milli məclis
prezident ilham əliyev
mərkəzi seçki komissiyası
https://cdnn1.img.sputnik.az/img/07e8/02/06/462422414_0:156:3000:1844_1920x0_80_0_0_88ed5239a702d111c47a8c2fc12ef403.jpg
BAKI, 8 avqust — Sputnik. Seçkilərdə milyonlarla insan iştirak etdiyindən xoşagəlməz hallardan heç kim sığortalanmayıb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkilərdə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə deyib. O qeyd edib ki, media nümayəndələri daim prosesin içərisində olduğuna görə obyektiv işıqlandırmanı həyata keçirməlidir: "Harada mənfi hal görsələr, Mərkəzi Seçki Komissiyasının addımını, müdaxiləsini gözləmək lazım deyil. Medianın vəzifəsi bizim hər birimizdən yüksəkdir. Onlar qərəzli informasiya ötürmək istəyənləri qabaqlamalı, prosesi şəffaf təqdim etməlidirlər. Media subyektləri öz auditoriyasını genişləndirmək üçün sensassion ştrixlərdən istifadə etməməlidirlər. Seçkidə xoşagəlməz halın qeydə alınmasından heç kim narahat olmasın. Bundan sığortalanmaq mümkün deyil. Sadəcə baş vermə hadisəyə yerindəcə, düzgün qiymət vermək lazımdır". Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat avqustun 9-da başlanır, avqustun 31-i saat 08:00-da dayandırılır. Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/06/462422414_167:0:2834:2000_1920x0_80_0_0_9147db0d7eb278de2619c19cba4c8967.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məzahir pənahov, növbədənkənar parlament seçkiləri, növbədənkənar seçkilər, milli məclis, prezident ilham əliyev, mərkəzi seçki komissiyası
məzahir pənahov, növbədənkənar parlament seçkiləri, növbədənkənar seçkilər, milli məclis, prezident ilham əliyev, mərkəzi seçki komissiyası
Seçkidə xoşagəlməz halın qeydə alınmasından heç kim narahat olmasın - Məzahir Pənahov
MSK sədri deyib ki, media nümayəndələri daim prosesin içərisində olduğuna görə obyektiv işıqlandırmanı həyata keçirməlidir.
BAKI, 8 avqust — Sputnik. Seçkilərdə milyonlarla insan iştirak etdiyindən xoşagəlməz hallardan heç kim sığortalanmayıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkilərdə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə deyib.
O qeyd edib ki, media nümayəndələri daim prosesin içərisində olduğuna görə obyektiv işıqlandırmanı həyata keçirməlidir: "Harada mənfi hal görsələr, Mərkəzi Seçki Komissiyasının addımını, müdaxiləsini gözləmək lazım deyil. Medianın vəzifəsi bizim hər birimizdən yüksəkdir. Onlar qərəzli informasiya ötürmək istəyənləri qabaqlamalı, prosesi şəffaf təqdim etməlidirlər. Media subyektləri öz auditoriyasını genişləndirmək üçün sensassion ştrixlərdən istifadə etməməlidirlər. Seçkidə xoşagəlməz halın qeydə alınmasından heç kim narahat olmasın. Bundan sığortalanmaq mümkün deyil. Sadəcə baş vermə hadisəyə yerindəcə, düzgün qiymət vermək lazımdır".
Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat avqustun 9-da başlanır, avqustun 31-i saat 08:00-da dayandırılır.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.