SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Astanada dövlət başçılarının qeyri-rəsmi şam yeməyinə qatılıb

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Astanada “Вечер дружбы” adlı qala konsertdə iştirak edib
Prezident İlham Əliyev Astanada “Вечер дружбы” adlı qala konsertdə iştirak edib
 - Sputnik Azərbaycan, 1920, 08.08.2024
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazaxıstana səfərə gedib.
BAKI, 8 avqust — Sputnik. Avqustun 8-də Qazaxıstanın paytaxtı Astanada dövlət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Prezident İlham Əliyev Astanada “Вечер дружбы” adlı qala konsertdə iştirak edib
Avqustun 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində “Вечер дружбы” adlı qala konsert keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Astanada “Вечер дружбы” adlı qala konsertdə iştirak edib
Prezident İlham Əliyev Astanada “Вечер дружбы” adlı qala konsertdə iştirak edib
 - Sputnik Azərbaycan, 1920, 08.08.2024
Prezident İlham Əliyev Astanada “Вечер дружбы” adlı qala konsertdə iştirak edib
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfərə gedib.
Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər qarşılayıblar.
Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə xüsusi önəm verdiyini çıxışlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev 2023-cü il iyulun 22-də "China Global Television Network" telekanalında yayımlanan müsahibəsində deyib: "... Mərkəzi Asiya ölkələri inkişaf edir və ixracyönümlü daha çox məhsul istehsal edir. Həmçinin daha çox məhsul alır və bu baxımdan Xəzər dənizi marşrutu həyati əhəmiyyət kəsb edir. Xoşbəxtlikdən biz illər əvvəl ev tapşırığımızı yerinə yetirmişik və hər bir şey hazırdır. İndi isə bu infrastrukturu genişləndirmək asan olacaq. Həmçinin nəqliyyat infrastrukturunun genişləndirilməsinə yatırılacaq vəsait təxmin edilən yük həcminə uyğun olacaq... Mən ötən il və bu il bütün Mərkəzi Asiya ölkələrinə səfər etmişəm və bu ölkələrin rəhbərləri Azərbaycana səfər ediblər. Bu gün bizim ikitərəfli münasibətlərimizdə daha çox dinamizm var. Birincisi, biz buna ehtiyacın olduğunu görürük. Digər tərəfdən isə bizim hər zaman gözəl münasibətlərimiz olub. Eyni zamanda, daşımalar marşrutları mövzusu daha fəal əməkdaşlığı diktə edir. Beləliklə, əminəm ki, Xəzər dənizi ilə yükdaşımalarının illik statistikasına nəzər saldıqca, biz rəqəmlərin artacağının şahidi olacağıq".
Xəbər lenti
0