https://sputnik.az/20240808/ngilterede-goyoskurek-epidemiyasi-on-usagin-heyatina-son-qoyub-466556164.html
İngiltərədə göyöskürək epidemiyası on uşağın həyatına son qoyub
İngiltərədə göyöskürək epidemiyası on uşağın həyatına son qoyub
Sputnik Azərbaycan
Xəstəliyin pik həddi 2024-cü ilin mayında qeydə alınıb. 08.08.2024, Sputnik Azərbaycan
2024-08-08T23:18+0400
2024-08-08T23:18+0400
2024-08-08T23:18+0400
ingiltərə
səhiyyə
öskürək
rusiya
epidemiya
https://cdnn1.img.sputnik.az/img/07e8/08/08/466555914_0:0:3072:1728_1920x0_80_0_0_3626dc0da50c58d5eb798705c893bb68.jpg
BAKI, 8 avqust — Sputnik. Böyük Britaniyada 10 uşaq göyöskürək xəstəliyindən dünyasını dəyişib. Bu barədə Rusiya mediası "Sky News"a istinadən xəbər verir. Ötən ilin noyabrından bu günə qədər göyöskürəyə yoluxanların sayı 10 min nəfəri ötüb. Onların arasında 3 aylıq olan 300 uşaq da var. İngiltərə həkimləri yeni doğulan uşaqların bu xəstəliyə yoluxmaması üçün hamilə qadınların təcili peyvənd etmələrini xahiş edirlər. "Artıq artmaqda davam edən xəstəliyi və təəssüf ki, epidemiya başlayandan bəri on körpənin ölümünü nəzərə alınmaqla, qadınların hamiləlik dövründə peyvənd olunmasının təmin edilməsi heç vaxt bu qədər vacib olmayıb", Böyük Britaniya Səhiyyə Nazirliyinin ictimai səhiyyə bölməsinin immunizasiya şöbəsinin müdiri, doktor Meri Ramzi vurğulayıb. Xəstəliyin pik həddi 2024-cü ilin mayında qeydə alınıb. Böyük Britaniyada bu ayın son məlumatlarına görə, təxminən 2,5 min insan göyöskürəyə yoluxub. Bu yaxınlarda "KP.RU" 2023-cü ilin noyabrında Rusiyada göyöskürək epidemiyasının müşahidə edildiyini bildirib. Həkimlər təcili peyvənd etməyi məsləhət görüblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/08/466555914_228:0:2959:2048_1920x0_80_0_0_ecfe98694ccfcd5d2a636c74d4cc9aa7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ingiltərə, öskürək, rusiya, epidemiya
ingiltərə, öskürək, rusiya, epidemiya
İngiltərədə göyöskürək epidemiyası on uşağın həyatına son qoyub
Xəstəliyin pik həddi 2024-cü ilin mayında qeydə alınıb.
BAKI, 8 avqust — Sputnik. Böyük Britaniyada 10 uşaq göyöskürək xəstəliyindən dünyasını dəyişib.
Bu barədə Rusiya mediası "Sky News"a istinadən xəbər verir.
Ötən ilin noyabrından bu günə qədər göyöskürəyə yoluxanların sayı 10 min nəfəri ötüb. Onların arasında 3 aylıq olan 300 uşaq da var. İngiltərə həkimləri yeni doğulan uşaqların bu xəstəliyə yoluxmaması üçün hamilə qadınların təcili peyvənd etmələrini xahiş edirlər.
"Artıq artmaqda davam edən xəstəliyi və təəssüf ki, epidemiya başlayandan bəri on körpənin ölümünü nəzərə alınmaqla, qadınların hamiləlik dövründə peyvənd olunmasının təmin edilməsi heç vaxt bu qədər vacib olmayıb", Böyük Britaniya Səhiyyə Nazirliyinin ictimai səhiyyə bölməsinin immunizasiya şöbəsinin müdiri, doktor Meri Ramzi vurğulayıb.
Xəstəliyin pik həddi 2024-cü ilin mayında qeydə alınıb. Böyük Britaniyada bu ayın son məlumatlarına görə, təxminən 2,5 min insan göyöskürəyə yoluxub.
Bu yaxınlarda "KP.RU" 2023-cü ilin noyabrında Rusiyada göyöskürək epidemiyasının müşahidə edildiyini bildirib. Həkimlər təcili peyvənd etməyi məsləhət görüblər.