ELM

Kopernikin itmiş kompası 500 il sonra Polşada tapılıb

© SputnikÜzərində Kopernikin təsviri olan metal plastin, arxiv
Üzərində Kopernikin təsviri olan metal plastin, arxiv - Sputnik Azərbaycan, 1920, 08.08.2024
Abunə olmaq
Kompas mis ərintisindən hazırlanıb və Yan Matejkonun "Tanrı ilə söhbət" tablosunda əbədiləşdirilib.
BAKI, 8 avqust — Sputnik. Nikolay Kopernikin itdiyi güman edilən kompası 500 il sonra Polşadakı bir qalada tapılıb.
Bu barədə həvəskar arxeoloqlardan ibarət "Xəzinələr missiyası" qrupu məlumat verib.
"Nikolay Kopernikin astronomik müşahidələr apardığı bağda biz 16-cı əsrin əvvəllərinə aid kompas tapdıq" –arxeoloqlar Facebook-da yazıblar.
Mis ərintisindən hazırlanmış və Yan Matejkonun "Tanrı ilə söhbət" tablosunda əbədiləşdirilən kompas həvəskar arxeoloqlar tərəfindən ölkənin şimalında 14-cü əsrə aid Frombork qalasının ərazisini tədqiq etmək üçün georadardan istifadə edərək tapılıb.
Astronom mühüm astronomik kəşflərinin çoxunu bu qalanın ərazisində edib və Kainatın mərkəzində Yerin deyil, Günəşin olduğu heliosentrik nəzəriyyəsini də məhz orada mükəmməlləşdirib.
Arxeoloqlar kompası bu artefaktı araşdırmaq üçün mütəxəssislərə göndəriblər.
Bundan əvvəl yuxu zamanı smart saat taxmağın riskləri haqqında məlumat verilmişdi.
Xəbər lenti
0