https://sputnik.az/20240808/film-kimi-olke-astarada-olmayan-usaga-gore-aliment-teyin-edilib-466540651.html
Film kimi ölkə: Astarada olmayan uşağa görə aliment təyin edilib
Film kimi ölkə: Astarada olmayan uşağa görə aliment təyin edilib
Sputnik Azərbaycan
Vəzifəli şəxslər vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. 08.08.2024, Sputnik Azərbaycan
2024-08-08T19:25+0400
2024-08-08T19:25+0400
2024-08-08T19:25+0400
uşaq
cəmiyyət
astara
aliment
cinayət
cinayət məcəlləsi
film
https://cdnn1.img.sputnik.az/img/40673/75/406737523_0:50:2000:1175_1920x0_80_0_0_bfb775117cd4b12e058b2db1205bb4d0.jpg
BAKI, 8 avqust — Sputnik. Astara rayonunun Kakalos Ailə Sağlamlıq Mərkəzi (ASM) və Lənkəran rayon Mamusta ASM-in vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, araşdırma zamanı həmin Mərkəzlərin vəzifəli şəxsləri tərəfindən vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, bunun əsasında sonuncunun mövcud olmayan həmin uşağa dair qanunsuz olaraq şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməsi və qeyd olunan saxta sənədlərdən istifadə etməklə məhkəmə qətnaməsi əsasında xeyrinə aliment tutulmasına nail olmasına əsaslı şübhələr müəyyən edilib. Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40673/75/406737523_293:0:2000:1280_1920x0_80_0_0_18347b2033b24e693bedcbc986c2e693.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq, astara, aliment, cinayət, cinayət məcəlləsi, film
uşaq, astara, aliment, cinayət, cinayət məcəlləsi, film
Film kimi ölkə: Astarada olmayan uşağa görə aliment təyin edilib
Vəzifəli şəxslər vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.
BAKI, 8 avqust — Sputnik. Astara rayonunun Kakalos Ailə Sağlamlıq Mərkəzi (ASM) və Lənkəran rayon Mamusta ASM-in vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı həmin Mərkəzlərin vəzifəli şəxsləri tərəfindən vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, bunun əsasında sonuncunun mövcud olmayan həmin uşağa dair qanunsuz olaraq şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməsi və qeyd olunan saxta sənədlərdən istifadə etməklə məhkəmə qətnaməsi əsasında xeyrinə aliment tutulmasına nail olmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam etdirilir.