DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Daha bir ölkə Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq etmək istəyir

© Sputnik / Сергей БобылевRusiya bayrağı, arxiv
Rusiya bayrağı, arxiv - Sputnik Azərbaycan, 1920, 08.08.2024
Abunə olmaq
Maksim Balalu bildirib ki, indi onların müdafiə və təhlükəsizlik qüvvələrini gücləndirmək üçün Rusiya ilə işləmək imkanı var.
BAKI, 8 avqust — Sputnik. Mərkəzi Afrika Respublikası Rusiya ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq etmək niyyətindədir. Bu barədə Mərkəzi Afrika Respublikasının rabitə və media naziri, hökumət sözçüsü Maksim Balalu RİA Novosti-yə müsahibəsində bildirib.
O, Mərkəzi Afrika Respublikasına qarşı silah embarqosunun götürülməsinə münasibət bildirib.
"İndi bizim müdafiə və təhlükəsizlik qüvvələrimizi gücləndirmək üçün bu sahədə Rusiya, eləcə də digər ölkələrlə işləmək imkanımız var", nazir bildirib.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurası digər məsələlərlə yanaşı, Mərkəzi Afrika Respublikasına qarşı silah embarqosunu ləğv edən qətnaməni təsdiqləyib.
Xəbər lenti
0