https://sputnik.az/20240808/azerbaycan-ve-ermenistan-serhedcileri-arasinda-gerginlik-olub-resmi-cavab-466547346.html
Azərbaycan və Ermənistan sərhədçiləri arasında gərginlik olub? Rəsmi cavab
Azərbaycan və Ermənistan sərhədçiləri arasında gərginlik olub? Rəsmi cavab
Sputnik Azərbaycan
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları SSRİ Silahlı Qüvvələri Baş Qərargahının xəritələrinə əsasən yeni yolun qismən Azərbaycan ərazisindən... 08.08.2024, Sputnik Azərbaycan
2024-08-08T12:35+0400
2024-08-08T12:35+0400
2024-08-08T12:35+0400
sərhəd
siyasət
ssri
ermənistan
tavuş
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1a/458996687_0:160:3072:1888_1920x0_80_0_0_96ccbca4dd7fbe8df6920a4248be6032.jpg
BAKI, 8 avqust — Sputnik. Ermənistanın Tavuş vilayətinin Kirants kəndində(Güney) Ermənistan və Azərbaycan sərhədçiləri arasında hər hansı mübahisə olmayıb. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti Sputnik Ermənistan-ın sorğusuna cavab olaraq bildirib. Bundan əvvəl sosial şəbəkələrdə Ermənistan və Azərbaycan sərhədçiləri arasında Kirants kəndində yeni sərhədin qurulması ilə bağlı dəfələrlə mübahisələrin yarandığı barədə məlumatlar yayılıb. Azərbaycanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları SSRİ Silahlı Qüvvələri Baş Qərargahının xəritələrinə əsasən yeni yolun qismən Azərbaycan ərazisindən keçdiyini bildirir. "Kirants kəndində delimitasiyadan sonra yeni yolun marşrutu ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə Azərbaycan sərhədçiləri arasında heç bir gərginlik olmayıb" - məlumatda deyilir. Öz növbəsində Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bildirib ki, delimitasiya işlərindən sonra yeni yolun tikintisinə başlanılıb. "Kirantsdakı körpüdən yan keçən yeni yolun marşrutu Ermənistanın suveren ərazisindən keçir" - idarədən bildiriblər. Eyni zamanda, yolun tikintisi zamanı marşrut artıq bir dəfə yeni sərhəddən uzaqlaşdırılıb. Xatırladaq ki, keçmiş Ermənistan-Gürcüstan avtomobil yolunun Kirantsdakı hissəsi SSRİ Silahlı Qüvvələri Baş Qərargahının xəritələrinə əsasən Ermənistan və Azərbaycan SSR arasında inzibati sərhədlərə əsaslanan delimitasiya nəticəsində Azərbaycan tərəfinin nəzarətinə keçib.
tavuş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1a/458996687_171:0:2902:2048_1920x0_80_0_0_eaecfd3b3dcc74756624b78739123c14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sərhəd, ssri, ermənistan, tavuş
sərhəd, ssri, ermənistan, tavuş
Azərbaycan və Ermənistan sərhədçiləri arasında gərginlik olub? Rəsmi cavab
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları SSRİ Silahlı Qüvvələri Baş Qərargahının xəritələrinə əsasən yeni yolun qismən Azərbaycan ərazisindən keçdiyini bildirir.
BAKI, 8 avqust — Sputnik. Ermənistanın Tavuş vilayətinin Kirants kəndində(Güney) Ermənistan və Azərbaycan sərhədçiləri arasında hər hansı mübahisə olmayıb. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti Sputnik Ermənistan-ın sorğusuna cavab olaraq bildirib.
Bundan əvvəl sosial şəbəkələrdə Ermənistan və Azərbaycan sərhədçiləri arasında Kirants kəndində yeni sərhədin qurulması ilə bağlı dəfələrlə mübahisələrin yarandığı barədə məlumatlar yayılıb.
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları SSRİ Silahlı Qüvvələri Baş Qərargahının xəritələrinə əsasən yeni yolun qismən Azərbaycan ərazisindən keçdiyini bildirir.
"Kirants kəndində delimitasiyadan sonra yeni yolun marşrutu ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə Azərbaycan sərhədçiləri arasında heç bir gərginlik olmayıb" - məlumatda deyilir.
Öz növbəsində Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bildirib ki, delimitasiya işlərindən sonra yeni yolun tikintisinə başlanılıb.
"Kirantsdakı körpüdən yan keçən yeni yolun marşrutu Ermənistanın suveren ərazisindən keçir" - idarədən bildiriblər.
Eyni zamanda, yolun tikintisi zamanı marşrut artıq bir dəfə yeni sərhəddən uzaqlaşdırılıb.
Xatırladaq ki, keçmiş Ermənistan-Gürcüstan avtomobil yolunun Kirantsdakı hissəsi SSRİ Silahlı Qüvvələri Baş Qərargahının xəritələrinə əsasən Ermənistan və Azərbaycan SSR arasında inzibati sərhədlərə əsaslanan delimitasiya nəticəsində Azərbaycan tərəfinin nəzarətinə keçib.