https://sputnik.az/20240808/azad-edilmis-erazilerde-yasayan-ermeni-esilli-vetendaslar-da-mm-e-deputat-sece-bilerler-466549826.html
Azad edilmiş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlar da MM-ə deputat seçə bilərlər
Azad edilmiş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlar da MM-ə deputat seçə bilərlər
Sputnik Azərbaycan
Sentyabrın 1-də Azərbaycanın bütün suveren ərazisində seçki məntəqələrində səsvermə keçiriləcək. 08.08.2024, Sputnik Azərbaycan
2024-08-08T15:33+0400
2024-08-08T15:33+0400
2024-08-08T15:33+0400
seçki
siyasət
məzahir pənahov
mərkəzi seçki komissiyasının (msk) sədri məzahir pənahov
növbədənkənar parlament seçkiləri
parlament seçkiləri
milli məclisə seçkilər
prezident ilham əliyev
atət
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462449789_0:156:3000:1844_1920x0_80_0_0_047efd718a323bdc6f894b9fc8746083.jpg
BAKI, 8 avqust — Sputnik. "Prezident seçkilərində ATƏT-in missiyası başda olmaqla, bütün beynəlxalq qurumlardan təkidlə xahiş edirdim ki, azad edilmiş ərazilərdəki seçki məntəqələrinə getsinlər". Bunu seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Sədr Xankəndi şəhərində də seçki məntəqəsi yaradıldığını bildirib: "Biz orada gözəl məntəqələr yaratmışıq. Biz yenə də orada yaşayan erməni əsilli vətəndaşlarımıza fərq qoymuruq, seçkidə iştirak edə bilərlər. İlk Milli Məclis seçkiləridir ki, biz onu Zəfər seçkiləri də adlandıra bilərik. Növbəti dəfə Azərbaycanın bütün suveren ərazisində seçki məntəqələrində səsvermə keçirəcəyik. Azad edilmiş ərazilərdə 34 daimi seçki məntəqəsi var, əlavə 5 günlük səyyar seçki məntəqələri yaradacağıq". Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462449789_167:0:2834:2000_1920x0_80_0_0_fd76311b1f313159e50b8e5040a75377.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seçki, məzahir pənahov, mərkəzi seçki komissiyasının (msk) sədri məzahir pənahov, növbədənkənar parlament seçkiləri, parlament seçkiləri, milli məclisə seçkilər, prezident ilham əliyev, atət
seçki, məzahir pənahov, mərkəzi seçki komissiyasının (msk) sədri məzahir pənahov, növbədənkənar parlament seçkiləri, parlament seçkiləri, milli məclisə seçkilər, prezident ilham əliyev, atət
Azad edilmiş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlar da MM-ə deputat seçə bilərlər
Sentyabrın 1-də Azərbaycanın bütün suveren ərazisində seçki məntəqələrində səsvermə keçiriləcək.
BAKI, 8 avqust — Sputnik. "Prezident seçkilərində ATƏT-in missiyası başda olmaqla, bütün beynəlxalq qurumlardan təkidlə xahiş edirdim ki, azad edilmiş ərazilərdəki seçki məntəqələrinə getsinlər".
Bunu seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Sədr Xankəndi şəhərində də seçki məntəqəsi yaradıldığını bildirib: "Biz orada gözəl məntəqələr yaratmışıq. Biz yenə də orada yaşayan erməni əsilli vətəndaşlarımıza fərq qoymuruq, seçkidə iştirak edə bilərlər. İlk Milli Məclis seçkiləridir ki, biz onu Zəfər seçkiləri də adlandıra bilərik. Növbəti dəfə Azərbaycanın bütün suveren ərazisində seçki məntəqələrində səsvermə keçirəcəyik. Azad edilmiş ərazilərdə 34 daimi seçki məntəqəsi var, əlavə 5 günlük səyyar seçki məntəqələri yaradacağıq".
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.