https://sputnik.az/20240807/msk-musahideciler-ucun-yaddas-kitabcasi-hazirlayib-466533333.html
MSK "Müşahidəçilər üçün yaddaş" kitabçası hazırlayıb
MSK "Müşahidəçilər üçün yaddaş" kitabçası hazırlayıb
Sputnik Azərbaycan
Genişmiqyaslı proqrama uyğun olaraq hazırlanan "Müşahidəçilər üçün yaddaş" kitabçasının başlıca məqsədi Milli Məclisə seçkiləri izləyəcək müşahidəçiləri... 07.08.2024, Sputnik Azərbaycan
2024-08-07T22:34+0400
2024-08-07T22:34+0400
2024-08-07T22:34+0400
msk
cəmiyyət
yaddaş kitabçası
seçkilər
milli məclis
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41481/72/414817204_0:0:2000:1125_1920x0_80_0_0_7c99b2324fd480c3460eb696593e7ccd.jpg
BAKI, 7 avqust — Sputnik. Mərkəzi Seçki Komissiyası (MSK) "Müşahidəçilər üçün yaddaş" kitabçası hazırlayıb. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar MSK-nın maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki iştirakçıları üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir. Genişmiqyaslı proqrama uyğun olaraq hazırlanan "Müşahidəçilər üçün yaddaş" kitabçasının başlıca məqsədi Milli Məclisə seçkiləri izləyəcək müşahidəçiləri məlumatlandırmaq, sərbəst fəaliyyətlərini daha da təkmilləşdirmək və onlara metodiki köməklik göstərməkdir. Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə Seçki Məcəlləsinin əsas aidiyyəti müddəa və anlayışlarının izahı verilib, müşahidə aparılmasının prinsipləri əks olunub, eləcə də müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib. Yaddaş kitabçası Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub. "Müşahidəçilər üçün yaddaş" kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar. Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41481/72/414817204_227:0:2000:1330_1920x0_80_0_0_f6bd1ab441515092e1c50beca5721cf6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
msk, yaddaş kitabçası, seçkilər, milli məclis, azərbaycan
msk, yaddaş kitabçası, seçkilər, milli məclis, azərbaycan
MSK "Müşahidəçilər üçün yaddaş" kitabçası hazırlayıb
Genişmiqyaslı proqrama uyğun olaraq hazırlanan "Müşahidəçilər üçün yaddaş" kitabçasının başlıca məqsədi Milli Məclisə seçkiləri izləyəcək müşahidəçiləri məlumatlandırmaq, sərbəst fəaliyyətlərini daha da təkmilləşdirmək və onlara metodiki köməklik göstərməkdir.
BAKI, 7 avqust — Sputnik. Mərkəzi Seçki Komissiyası (MSK) "Müşahidəçilər üçün yaddaş" kitabçası hazırlayıb. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar MSK-nın maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki iştirakçıları üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir.
Genişmiqyaslı proqrama uyğun olaraq hazırlanan "Müşahidəçilər üçün yaddaş" kitabçasının başlıca məqsədi Milli Məclisə seçkiləri izləyəcək müşahidəçiləri məlumatlandırmaq, sərbəst fəaliyyətlərini daha da təkmilləşdirmək və onlara metodiki köməklik göstərməkdir.
Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə Seçki Məcəlləsinin əsas aidiyyəti müddəa və anlayışlarının izahı verilib, müşahidə aparılmasının prinsipləri əks olunub, eləcə də müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib.
Yaddaş kitabçası Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub.
"Müşahidəçilər üçün yaddaş" kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.