https://sputnik.az/20240807/elcin-emirbeyov-ermenistan-konstitusiyasindaki-erazi-iddialari-sulhe-esas-maneedir-466534690.html
Elçin Əmirbəyov: Ermənistan konstitusiyasındakı ərazi iddiaları sülhə əsas maneədir
Elçin Əmirbəyov: Ermənistan konstitusiyasındakı ərazi iddiaları sülhə əsas maneədir
Sputnik Azərbaycan
Azərbaycan Prezidentinin nümayəndəsinin sözlərinə görə, hər iki tərəf Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat... 07.08.2024, Sputnik Azərbaycan
2024-08-07T19:50+0400
2024-08-07T19:50+0400
2024-08-07T19:50+0400
elçin əmirbəyov
azərbaycan xəbərləri
ermənistan
azərbaycan
sülh
zəngəzur
naxçıvan
https://cdnn1.img.sputnik.az/img/07e7/04/16/454054387_0:0:850:478_1920x0_80_0_0_bcafdae60164e1b7ec94234c363d2526.jpg
BAKI, 7 avqust — Sputnik. "Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qalır". Bunu "Azadlıq" radiosuna Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib. "Biz əmin olmaq istəyirik ki, sülh sazişi keçmişdə olduğu kimi gələcəkdə revanşizmi və ya Azərbaycana qarşı hər hansı ərazi iddialarını mümkünsüz edəcək bir növ sarsılmaz sazişdir", - E.Əmirbəyov əlavə edib. Azərbaycan Prezidentinin nümayəndəsinin sözlərinə görə, hazırda danışıqları asanlaşdıran amillərdən biri də odur ki, hər iki tərəf qalan məsələlərdən ən mübahisəli olanını - Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240807/tehlukesizlik-yoxsa-felaket-abs-herbi-teyyaresi-ermenistana-ne-getirib-466534950.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/16/454054387_175:0:818:483_1920x0_80_0_0_f8ade4fe08abf6ad5465d8a52569906f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elçin əmirbəyov, ermənistan, azərbaycan, sülh, zəngəzur, naxçıvan
elçin əmirbəyov, ermənistan, azərbaycan, sülh, zəngəzur, naxçıvan
Elçin Əmirbəyov: Ermənistan konstitusiyasındakı ərazi iddiaları sülhə əsas maneədir
Azərbaycan Prezidentinin nümayəndəsinin sözlərinə görə, hər iki tərəf Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşıb.
BAKI, 7 avqust — Sputnik. "Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qalır". Bunu "Azadlıq" radiosuna Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib.
"Söhbət Konstitusiyanın Azərbaycanın təzyiqi altında dəyişdirilməsindən deyil, seçicilərin bir suala cavab verməsindən gedir: Siz sülh istəyirsiniz, yoxsa Azərbaycanla yeni qarşıdurma üçün fürsət? Əgər Ermənistan hakimiyyəti sualı bu cür qoyarsa, düşünürəm ki, referendumda iştirak edəcək Ermənistan vətəndaşlarının əksəriyyəti sülhü dəstəkləyəcək", - o, bildirib.
"Biz əmin olmaq istəyirik ki, sülh sazişi keçmişdə olduğu kimi gələcəkdə revanşizmi və ya Azərbaycana qarşı hər hansı ərazi iddialarını mümkünsüz edəcək bir növ sarsılmaz sazişdir", - E.Əmirbəyov əlavə edib.
Azərbaycan Prezidentinin nümayəndəsinin sözlərinə görə, hazırda danışıqları asanlaşdıran amillərdən biri də odur ki, hər iki tərəf qalan məsələlərdən ən mübahisəli olanını - Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşıb.
"Biz qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəldik. Beləliklə, biz onu mətndən çıxarmağa qərar verdik, lakin bunun ölkələrin gələcəkdə müzakirə etmək və ümumi razılığa gəlmək üçün qayıda biləcəyi məsələlərdən biri olması faktını hələ də mətndə əks etdirə bilərik", - Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.