https://sputnik.az/20240807/azerbaycandan-qirgizistana-neft-tedaruku-muzakire-edilib-466532078.html
Azərbaycandan Qırğızıstana neft tədarükü müzakirə edilib
Azərbaycandan Qırğızıstana neft tədarükü müzakirə edilib
Sputnik Azərbaycan
Bundan başqa, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşası nəzərə alınmaqla Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi - Azərbaycan marşrutu ilə... 07.08.2024, Sputnik Azərbaycan
2024-08-07T21:37+0400
2024-08-07T21:37+0400
2024-08-07T21:37+0400
neft
neft-qaz
qırğızıstan
azərbaycan
türkmənistan
özbəkistan
fond
yük
daşınma
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442698875_0:0:3231:1817_1920x0_80_0_0_8a8740b0dd33b3f1fab8b633387609b5.jpg
BAKI, 7 avqust — Sputnik. Azərbaycandan Qırğızıstana neft tədarükü və Qırğızıstanda istehsal olunan quzu əti və lobya daxil olmaqla, kənd təsərrüfatı məhsullarının ixracı perspektivləri müzakirə edilib. Bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Müzakirələr Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov ilə keçirdiyi görüşdə aparılıb. Bundan başqa, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşası nəzərə alınmaqla Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi - Azərbaycan marşrutu ilə yüklərin daşınması və onların həcmi məsələlərinə də toxunulub. Tərəflər bu istiqamətdə birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər. Qırğızıstan Prezidenti Sadır Japarovun bu ilin aprelində Azərbaycana dövlət səfəri zamanı nizamnamə kapitalı 100 milyon ABŞ dollarına çatdırılan Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyəti müzakirə olunub. Görüşdə həmçinin ölkələr arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib. Xatırladaq ki, 2023-cü il ərzində Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 6 dəfə və ya 54,1 milyon dollar artaraq 64,9 milyon dolları keçib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442698875_317:0:3048:2048_1920x0_80_0_0_7d805c6223400774c4454bae5e9a82e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qırğızıstan, azərbaycan, türkmənistan, özbəkistan, fond, yük, daşınma
neft, qırğızıstan, azərbaycan, türkmənistan, özbəkistan, fond, yük, daşınma
Azərbaycandan Qırğızıstana neft tədarükü müzakirə edilib
Bundan başqa, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşası nəzərə alınmaqla Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi - Azərbaycan marşrutu ilə yüklərin daşınması və onların həcmi məsələlərinə də toxunulub.
BAKI, 7 avqust — Sputnik. Azərbaycandan Qırğızıstana neft tədarükü və Qırğızıstanda istehsal olunan quzu əti və lobya daxil olmaqla, kənd təsərrüfatı məhsullarının ixracı perspektivləri müzakirə edilib. Bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Müzakirələr Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov ilə keçirdiyi görüşdə aparılıb.
Bundan başqa, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşası nəzərə alınmaqla Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi - Azərbaycan marşrutu ilə yüklərin daşınması və onların həcmi məsələlərinə də toxunulub. Tərəflər bu istiqamətdə birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər.
Qırğızıstan Prezidenti Sadır Japarovun bu ilin aprelində Azərbaycana dövlət səfəri zamanı nizamnamə kapitalı 100 milyon ABŞ dollarına çatdırılan Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyəti müzakirə olunub.
Görüşdə həmçinin ölkələr arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.
Xatırladaq ki, 2023-cü il ərzində Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 6 dəfə və ya 54,1 milyon dollar artaraq 64,9 milyon dolları keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.