https://sputnik.az/20240807/azerbaycanda-dollara-telebat-niye-keskin-artib---novbeti-aylarda-ne-gozlenilir-466514604.html
Azərbaycanda dollara tələbat niyə kəskin artıb - Növbəti aylarda nə gözlənilir?
Azərbaycanda dollara tələbat niyə kəskin artıb - Növbəti aylarda nə gözlənilir?
Sputnik Azərbaycan
Ekspert deyib ki, dövlət həm Qarabağ və Şərqi Zəngəzurun bərpasına, həm də COP29 ilə bağlı layihələrə, tikintiyə ciddi investisiyalar qoyur və bərpa etmədə... 07.08.2024, Sputnik Azərbaycan
2024-08-07T10:27+0400
2024-08-07T10:27+0400
2024-08-07T10:27+0400
dollar
iqtisadiyyat
manat
məzənnə
usd/azn rəsmi məzənnəsi
azn
mərkəzi bank
mərkəzi bank
tələbat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40399/50/403995039_0:73:2001:1198_1920x0_80_0_0_474fbf392628b72d9f7a048cbdcbf856.jpg
BAKI, 7 avqust — Sputnik. Bu il Azərbaycanda dollara tələbat kəskin artıb. Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərraclarında 4,1 milyard dollar məbləğində satış olub. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Təkcə bu ilin iyul ayında valyuta satışının məbləği 597,1 milyon dollar təşkil edib. Bu isə ötən ilin iyul ayı ilə müqayisədə 2,2 dəfə çox deməkdir. Bəs, maraqlıdır bu il Azərbaycanda dollara tələbat niyə artıb? Növbəti aylarda dollara tələbat daha da yüksələ bilərmi? Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə dollara tələbatın artmasının əsas səbəbi məhz dövlət büdcəsində investisiya xərcləri ilə bağlıdır:"İdxalın artması dollara tələbatı artırır" Ekspert qeyd edib ki, digər tərəfdən, pandemiyanın təsirləri aradan qalxdıqca işgüzar aktivlik də artır:"Bu il ölkədə iqtisadi artım ötən illə müqayisədə daha çoxdur. İqtisadi aktivlik idxalın artmasına gətirib çıxardır. İdxalın artması da dollara tələbatı artırır. Bundan başqa, dövlət borclarını qaytarır, ödənişlər həyata keçirir. Maliyyə istiqamətində də axın var". "Növbəti aylarda dollara tələbatın kəskin artacağı gözlənilmir" Ekspert növbəti aylarda ölkədə dollara tələbatın kəskin artacağını gözləmir:"Çünki dünyada enerji qiymətlərinin yüksək səviyyədə qalacağı gözlənilir. Bu baxımdan dollara tələbatın artacağını güman etmirəm. Amma ümumiyyətlə, iqtisadi artımın və dövlət büdcəsinin genişlənməsi, dövlət investisiya xərclərinin artması dollara tələbatı da artıracaq. Çünki bir sıra məhsulları, materialları, xammalları, yarımfabrikatları xaricdən alırıq". Mərkəzi Bankın sədri dollara tələbatın kəskin artmasının səbəblərini açıqlayıb Qeyd edək ki, Mərkəzi Bankda keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov deyib ki, valyuta hərraclarında tələbatın 2 dəfədən çox artması əsasən dövlət büdcəsində xərcləmələrlə bağlıdır. Mərkəzi Bankın sədri deyib ki, bundan başqa, cari ilin əvvəlindən təkcə yerli şirkətlər və fərdi sahibkarlar xarici tərəfdaşlarına olan borclarını bağlamaq üçün 800 milyon ABŞ dolları ödəniş edib. "Eyni zamanda, dövlət xarici borcu ilə bağlı 1 milyard manatdan çox ödəniş edib. Bütün bunlar valyuta hərraclarında satışın artmasına təsir edir", - T.Kazımov vurğulayıb. Dollar/manat məzənnəsi 2026-cı ilədək dəyişməyəcək Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə 2017-ci ildən milli valyutanın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb. "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi də 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır. Agentliyə görə, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa, hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40399/50/403995039_9:0:1716:1280_1920x0_80_0_0_e55d1eb306073a00b858cc242ed16740.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dollar, manat, məzənnə, usd/azn rəsmi məzənnəsi, azn, mərkəzi bank, mərkəzi bank, tələbat, azərbaycan
dollar, manat, məzənnə, usd/azn rəsmi məzənnəsi, azn, mərkəzi bank, mərkəzi bank, tələbat, azərbaycan
Azərbaycanda dollara tələbat niyə kəskin artıb - Növbəti aylarda nə gözlənilir?
Ekspert deyib ki, dövlət həm Qarabağ və Şərqi Zəngəzurun bərpasına, həm də COP29 ilə bağlı layihələrə, tikintiyə ciddi investisiyalar qoyur və bərpa etmədə idxal komponenti mühümdür. Dövlət büdcəsində bu istiqamətlərdə xərclər artdıqca idxal da artır.
BAKI, 7 avqust — Sputnik. Bu il Azərbaycanda dollara tələbat kəskin artıb. Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərraclarında 4,1 milyard dollar məbləğində satış olub. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Təkcə bu ilin iyul ayında valyuta satışının məbləği 597,1 milyon dollar təşkil edib. Bu isə ötən ilin iyul ayı ilə müqayisədə 2,2 dəfə çox deməkdir.
Bəs, maraqlıdır bu il Azərbaycanda dollara tələbat niyə artıb? Növbəti aylarda dollara tələbat daha da yüksələ bilərmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə dollara tələbatın artmasının əsas səbəbi məhz dövlət büdcəsində investisiya xərcləri ilə bağlıdır:
"Bu il dövlət büdcəsinin investisiya xərclərində ötən illə müqayisədə əhəmiyyətli artım var. Dövlət həm Qarabağ və Şərqi Zəngəzurun bərpasına, həm də COP29 ilə bağlı layihələrə, tikintiyə ciddi investisiyalar qoyur və bərpa etmədə idxal komponenti mühümdür. Dövlət büdcəsində bu istiqamətlərdə xərclər artdıqca idxal da artır. Çünki yerli istehsal obyektiv və subyektiv səbəblərdən aşağı səviyyədədir. Həm istehlak bazarında, həm də investisiya qoyan zaman istifadə olunan malların əksəriyyəti xaricdən gətirilir. Bu baxımdan dövlət investisiya layihələri artdıqca idxal da artır. Ölkədə dollara tələbatın artmasının əsas səbəbi budur. Yəni burada əhalinin şəxsi məqsədlər üçün dollar alışının artımından söhbət getmir".
"İdxalın artması dollara tələbatı artırır"
Ekspert qeyd edib ki, digər tərəfdən, pandemiyanın təsirləri aradan qalxdıqca işgüzar aktivlik də artır:
"Bu il ölkədə iqtisadi artım ötən illə müqayisədə daha çoxdur. İqtisadi aktivlik idxalın artmasına gətirib çıxardır. İdxalın artması da dollara tələbatı artırır. Bundan başqa, dövlət borclarını qaytarır, ödənişlər həyata keçirir. Maliyyə istiqamətində də axın var".
"Növbəti aylarda dollara tələbatın kəskin artacağı gözlənilmir"
Ekspert növbəti aylarda ölkədə dollara tələbatın kəskin artacağını gözləmir:
"Çünki dünyada enerji qiymətlərinin yüksək səviyyədə qalacağı gözlənilir. Bu baxımdan dollara tələbatın artacağını güman etmirəm. Amma ümumiyyətlə, iqtisadi artımın və dövlət büdcəsinin genişlənməsi, dövlət investisiya xərclərinin artması dollara tələbatı da artıracaq. Çünki bir sıra məhsulları, materialları, xammalları, yarımfabrikatları xaricdən alırıq".
Mərkəzi Bankın sədri dollara tələbatın kəskin artmasının səbəblərini açıqlayıb
Qeyd edək ki, Mərkəzi Bankda keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov deyib ki, valyuta hərraclarında tələbatın 2 dəfədən çox artması əsasən dövlət büdcəsində xərcləmələrlə bağlıdır. Mərkəzi Bankın sədri deyib ki, bundan başqa, cari ilin əvvəlindən təkcə yerli şirkətlər və fərdi sahibkarlar xarici tərəfdaşlarına olan borclarını bağlamaq üçün 800 milyon ABŞ dolları ödəniş edib.
"Eyni zamanda, dövlət xarici borcu ilə bağlı 1 milyard manatdan çox ödəniş edib. Bütün bunlar valyuta hərraclarında satışın artmasına təsir edir", - T.Kazımov vurğulayıb.
Dollar/manat məzənnəsi 2026-cı ilədək dəyişməyəcək
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə 2017-ci ildən milli valyutanın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi də 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır. Agentliyə görə, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa, hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.