CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 6 avqust

© Sputnik6 avqust
6 avqust - Sputnik Azərbaycan, 1920, 06.08.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
BAKI, 6 avqust — Sputnik. Avqustun 6-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 6-da kim anadan olub?
Xurşudbanu Natəvan (1832-1897) – Azərbaycan şairəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı, İbrahim Xəlil xanın nəvəsi.
© Sputnik / Murad OrujovŞuşada Xurşidbanu Natəvanın büstü
Şuşada Xurşidbanu Natəvanın büstü - Sputnik Azərbaycan, 1920, 05.08.2024
Şuşada Xurşidbanu Natəvanın büstü
Aleksandr Fleminq (1881-1955) - İngilis mikrobioloqu. O, lizozimi kəf edib, üstəlik, Penicillium notatum göbələklərindən ilk dəfə olaraq penisilini ayırıb və tarixdə ilk antibiotiki kəşf edib. 1945-ci ildə fiziologiya və tibb üzrə Nobel Mükafatı laureatı.
© AP Photo / Eddie WorthAleksandr Fleminq
Aleksandr Fleminq  - Sputnik Azərbaycan, 1920, 05.08.2024
Aleksandr Fleminq
Cerri Halliuell (1972) - İngilis müğənni, bəstəkar və uşaq yazıçısı. O, 1990-cı illərin ortalarında "Spice Girls" qadınlardan ibarət pop qrupunun üzvü kimi məşhurlaşıb. Halliuell qrupun bütün üzvləri arasında ən uğurlu solo karyeraya sahib olub, İngiltərə hit-paradlarında birinci yeri tutan dörd sinql və dörd milyon nüsxədən çox satışı olan albom buraxıb.
© AP Photo / Vianney Le CaerCerri Halliuell
Cerri Halliuell - Sputnik Azərbaycan, 1920, 05.08.2024
Cerri Halliuell
Vera Farmiqa (1973) - ABŞ teatr və kino aktrisası. Aktyorluq karyerasına teatrda başlayıb və 1997-ci ildə "Rouz Hill" televiziya filmində film debütü edib. "Gedənlər", "Qodzilla 2" və s. filmlərdə rol alıb.
© AP Photo / Peter KramerVera Farmiqa
Vera Farmiqa - Sputnik Azərbaycan, 1920, 05.08.2024
Vera Farmiqa
Avqustun 6-da dünyada baş verən tarixi hadisələr
1889-cu ildə iki ABŞ boksçusu olan Con Salpivan və Mitçell Kiprayvipp arasında sonuncu əlcəksiz döyüş baş verib.
1889-cu ildə Londonda hər otaqda hamamı olan dünyanın ilk oteli – "Savoy Hotel" açılıb.
1890-cı ildə öz məşuqəsini öldürməkdə təqsirli bilinən ABŞ sakini Uilyam Kemmler Nyu-Yorkdakı "Obern" Dövlət Həbsxanasında dünyada ilk dəfə elektrik stulunda edam edilib.
1932-ci ildə ilk Venesiya Film Festivalı açılıb.
1945-ci ildə ABŞ hərbi qüvvələrinin bombardmançısı Yaponiyanın Xirosima şəhərinə atom bombası atıb və bununla da, ilk dəfə döyüşdə nüvə silahından istifadə edilib. Partlayış nəticəsində şəhərin 60%-i dağılıb, 200 mindən çox insan həlak olub. Bu faciəli tarix Xirosima Günü və ya Ümumdünya Nüvə Silahlarının Qadağan edilməsi Günü kimi qeyd olunmağa başlanıb.
Xəbər lenti
0