Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Paris Olimpiadasında 40-dan çox idmançı COVID-19-a yoluxub – ÜST

© AP Photo / Aurelien MorissardEyfel Qülləsində Olimpiya Oyunlarının loqosu
Eyfel Qülləsində Olimpiya Oyunlarının loqosu - Sputnik Azərbaycan, 1920, 06.08.2024
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Mariya fon Kerkov Cenevrədə keçirilən brifinqdə Parisdə keçirilən Olimpiya Oyunlarında 40-dan çox idmançının COVID-19-a yoluxduğunu bəyan edib.
BAKI, 6 avqust — Sputnik. Parisdə keçirilən Olimpiya Oyunlarında 40-dan çox idmançı COVID-19-a yoluxub. Ümumiyyətlə isə dünyada yoluxma hallarının sayı hədsiz dərəcədə artıb.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Mariya fon Kerkov Cenevrədə keçirilən brifinqdə bəyan edib.
"Son aylarda, mövsümdən asılı olmayaraq, bir çox ölkədə COVID-19 hadisələri, o cümlədən ən azı 40 idmançının müsbət nəticələr alındığı Olimpiya Oyunlarında artım müşahidə edilib" – Mariya fon Kerkov bildirib.
Bundan əvvəl Belçikalı atlet Kler Mişelin Olimpiadada triatlon yarışı çərçivəsində Sena çayında üzdükdən sonra bağırsaq çöpləri xəstəliyinə tutulduğu barədə məlumat verilmişdi.
Xəbər lenti
0